İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur



Yüklə 389,5 Kb.
səhifə10/32
tarix01.01.2022
ölçüsü389,5 Kb.
#50644
1   ...   6   7   8   9   10   11   12   13   ...   32
İfadəli oxudan praktikum-599-Dərs vəsaiti

Həyəcanlı vurğu hiss və həyəcanları ifadə etmək üçün cümlədə və ya abzasda sözün, yaxud ifadənin həyəcanlı deyilməsidir.

Cümlədəki və ya misradakı hiss, həyəcan, şadlıq, qəzəb və s. psixoloji keyfiyyətlər intonasiya vasitəsilə aşkar olunur. Nitqin ahəngi, ritmi, nitqin tempi və ya sürəti, intensivliyi, məntiqi vurğusu və s. kimi hadisələrin məcmusuna intonasiya deyilir. İntonasiya cümlə üzvlərinin düzgün qruplaşdırılmasını təmin edir, sadə və mürəkkəb cümləlrin, habelə tabesizlik və tabelilik əlaqələrinin şərtləndirilməsinə xidmət edir. Həmçinin məntiqi vurğunun, ara sözlərin müəyyənləşdirilməsinə imkan yaradır. İntonasiya danışanın məqsədi, istək və arzuları ilə əlaqədar olduğundan, modallıq bildirir. Onun vasitəsilə məlumat vermə, sual və əmr intonasiyalarını fərqləndirirlər. Xitabların, ara söz və ara cümlələrin intonasiya da fərqlənir. Lakin intonasiya ifadəli oxuyan şəxsdən yox, mətnin tələbindən doğur. Ona görə də nitqin məzmunundan kənara çıxıb mətndaxili mənadan uzaqlaşıb istənilən intonasiya və diksiyadan istifadə etmək olmaz. İfadəli oxuyan şəxs intonasiya və diksiyadan o zaman düzgün istifadə edə bilər ki, o, ifadəli oxudan qabaq məntiqi oxuya tam nail olsun. İfadəli oxu zamanı sözün və ya cümlənin istənilən yerində fasilə etmək olmaz. Həmçinin, məntiqi vurğunu da istənilən sözün üzərinə salmaq olmaz. İfadəli oxu zamanı cümlədəki mənanı diqqətlə öyrənmək və onun tələbinə uyğun fasilədən istifadə etmək lazımdır.Cümlələr və ya misralar arası fasilələr orfoqrafiyada vergüllə işarə olunursa, ədəbi tələffüzdə vergülü intonasiya və fasilə əvəz edir. Burada həm diksiya, həm intonasiya, həm də fasilə normaları birləşir.



Klassik poeziyada daxili fasilələr əksər hallarda məntiqi vurğulu sözdən sonra başlayır.Əruz vəznində olan şeirlərdə daxili fasilələri şeirin qəlibindəki təfilələr tələb edir. Məsələn: M.Füzulinin məşhur “Məni candan usandırdı” qəzəlinə nəzər salaq. Bu qəzəl Həcəz bəhrinin I növ, I variantında yazılıb. Qəlibi (MəFAİlün) təfiləsinin dörd dəfə təkrarlanmasından əmələ gəlib. Bütün misralar rahatlıqla iki bərabər ölçülü hissəyə bölünə bildiyindən o, müsəmməd qəzəl adlanır. Şeirin məzmunu, ideyası, əsərdə təsvir olunan qəhrəmanın duyğuları, iztirab və həyəcanları tələb edir ki, şeiri orta avazla, ağır oxu ilə ifadə edək.Həmçinin təfilənin tələbinə uyğun olaraq daxili fasilələrə düzgün riayət edək. Bunun üçün şeiri təfilələrə ayırmaq lazımdır. Aşağıdakı cədvələ nəzər salaq:


Yüklə 389,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin