İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur


İfadəli oxunun fonetik-üslubi vasitələri



Yüklə 389,5 Kb.
səhifə12/32
tarix01.01.2022
ölçüsü389,5 Kb.
#50644
1   ...   8   9   10   11   12   13   14   15   ...   32
İfadəli oxudan praktikum-599-Dərs vəsaiti

6. İfadəli oxunun fonetik-üslubi vasitələri

Ayrı-ayrı sözlərin, cümlə və misraların lüğəti mənaları ilə onların məzmunlu səslənməsi arasında ahəngdarlığın təmin edilməsi üçün istifadə olunan fonetik vasitələr və imkanlar içərisində fonetik-üslubi vasitələr başlıca yer tutur. Fonetik-üslubi vasitələrin müəyyən qismindən həm yazılı, həm də şifahi nitqdə istifadə olunur. Əslində yazıda istifadə olunan bütün vasitələr tələffüz zamanı meydana çıxır. Məlumdur ki, Azərbaycan dilində də səslərin yamsılanması yolu ilə sözlər yaranır. Belə sözlərə sövti-təqlidi sözlər deyilir. Sövti-təqlidi sözlərdən daha çox bədii üslubda istifadə olunur. Məsələn: Yazılı ədəbi dilimizin ilk nümunəsi olan Həsənoğlunun məlum qəzəlində orijinal üslubi vasitələrdən məharətlə istifadə olunur:

Apardı könlümü bir xoş qəməryüz canfəza dilbər.

Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.

Mən ölsəm sən, büti-şəngül, sürahi eyləmə qülqül.

Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.

Başımdan getmədi hərgiz səninləniçdiğim badə,

Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.

Əzəldə canım içində yazıldı surəti -məni,

Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.

Şaha şirin sözün qılır Misirdə bir zaman kasid,

Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.

Tutuşmayınca dər atəş bəlirməz xisləti-ənbər,

Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər.

Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadiq,

Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.

Bu şeirdə Həsənoğlu aşiqin keçirdiyi mənəvi iztirablarını vermək üçün sövti-təqlidi sözlərdən istifadə etmişdir. Şeirdə işlədilən qül-qül ifadəsi sövti-təqlidi sözdür. Əslində bu söz sürahinin su tökülərkən çıxardığı səsdir. Şeirdə aşiqin məşuqəsi sürahiyə, onun ağlaması isə sürahidən tökülən suyun çıxardığı səsə bənzədilir. Sevgilisi sürahidən şərab süzür, şərab süzüldükcə sürahinin ağzından çıxan səs qül-qül edir. Həmin səs vasitəsilə şair sövti-təqlidi söz fiquru yaratmış və həmin fiqurla məşuqəsinin göz yaşı tökməsindən aşiqin narahatlığını vermişdir. Beləliklə, qül-qül sövti-təqlidi ifadəsi vasitəsilə aşiqin məşuqə üçün çəkdiyi iztirabın bədii tablosu yaradılmışdır. Sövti-təqlidi sözlərə təkcə klassik poeziyada deyil, ədəbiyyatımızın müxtəlif mərhələlərində yazıb-yaradan sənətkarlarımızın yaradıcılığında da rast gəlirik. M.Ə.Sabirin aşağıdakı şeirinə nəzər salaq:

Adətimiz daş idi dəva günü

Tullarıdıq əldə sapan qıjhaqıj.
Hər kəsə dəysəydi edərdi haman

Bir neçə gün ahü fəğan, ufhauf.


Mərhəm olurdu, sağalırdı yara,

Əldə qalırdı yenə can sapbasağ;


İndi revolverdi, dönüm başına,

Nagəh olur gülləfəşan partapart.


Onda görürsən yıxılıb yanbayan

Bir neçə növrəstə cavan laybalay.


Tüf belə dövranə ki, bədtər olur

Seyri-fələk, dövri-zaman ilbəil!


Milləti-islam qırır bir-birin,

Allah aman, bu nə yaman qırhaqır!


Qardaşa bax qardaşını öldürür,

Vəhşi olub əhli-cəhan sərbəsər.


Milləti gördükcə belə hərcü mərc

Könlüm olur dopdolu qan qatbaqat.


Burada şair sövti-təqlidi sözlər vasitəsilə XX əsrin əvvəllərinin ictimai-siyasi mühitini canlandırmış, inqilab illərinin ziddiyyətli hadisələrinin bədii təsvirini verə bilmişdir. Bu onu göstərir ki, sövti-təqlidi sözlər əsərdəki ideyanın açılışı üçün əsrs şərtlərdəndir.

XX əsrin II yarısında yazıb-yaradan sənətkarlarımızın da yaradıcılığında sövti-təqlidi sözlərdən istifadə edilmişdir. Məsələn, uşaq şeirini tanınmış yaradıcılarından olan Teymur Elçin “Sərşə” şeirində sövti-təqlidi sözlərdən məharətlə istifadə etmişdir:

Səhər-səhər bağçada,

Bir sərçə dən yeyirdi.

Hərdən baxıb üzümə,

“Cik-cik, cik-cik” deyirdi.


O yedi doydu, qaçdı,

Birdənitdi gözümdən.

Bəs, o balaca sərçə

Hara getdi gözümdən?!

Bu şeirdəki “cik-cik, cik-cik”- sövti-təqlidi sözlərdir. Başqa bir uşaq şeirinə nəzər salaq:

Qonub budağa,

Elədi “cik-cik”.

Nə gözəl qüşdür,

Allah, sərçəcik.

Şeirdə samit səslərin bir –birini izləməsinə və təkrarına alleterasiya deyilir. Alleterasiyadan sənətkarlar həm yazılı poeziyada, həm də şifahi xalq yaradıcılığında istifadə etmişdir. Xalq ədəbiyyatından bir nümunəyə nəzər salaq:

Çay mənim, çeşmə mənim,

Çayımdan keçmə mənim.

Sən ki, təbib deyilsən,

Yaramı deşmə mənim.

Şifahi xalq ədəbiyyatının bu nümunəsində ç və ş səslərinin köməyi ilə qüvvətli ifadəlilik yaradılmışdır.

Bu xüsusiyyət yanıltmaclarda özünü daha çox göstərə bilir. Yanıltmaclar da şifahi xalq ədəbiyyatının, xalq yaradıcılığının bir növü olub əyləncəli səs oyunundan ibarətdir. Uşaqları körpə vaxtlarından səlis və düzgün danışığa alışdırmağın əsas vasitələrindən biri yanıltmaclardır. Yanıltmaclar iki yerə bölünür: Birincisi danışıq dili ilə əlaqədar olan dil yanıltmacları; ikincisi isə fikir yanıltmaclarıdır.




Yüklə 389,5 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin