VII FƏSİL
AZƏRBAYCAN IX ƏSRİN İKİNCİ YARISI-XI ƏSRİN ORTALARINDA
Plan
IX əsrin ortalarında Azərbaycanda qədim dövlətçilik ənənələrinin yenidən dirçəlməsi, Şirvanşah Məzyədilər dövləti.
Sacilər və Salarilər dövlətləri.
Şəddadilər və Rəvvadilər dövlətləri.
Şəki hakimliyi, Dərbənd və Tiflis əmirlikləri
Slavyanların (rusların) Azərbaycana basqınları
Azərbaycan Səlcuq imperiyasının tərkibində. Səlcuq türklərinin Azərbaycan xalqının və dilinin formalaşmasına təsiri
7.1. IX əsrin ortalarında Azərbaycanda qədim dövlətçilik ənənələrinin yenidən dirçəlməsi, Şirvanşah Məzyədilər dövləti.
Siyasi oyanış. IX əsrin II yarısında Şirvanşahlar və Sacilər dövlətlərinin yaranması. VIII əsrin ikinci yarısı – IX əsrin birinci yarısında baş verən üsyanlar, xalq azadlıq hərəkatları, xüsusən xürrəmilər hərəkatı Ərəb xilafətinin iqtisadi, siyasi qüdrətini sarsıtdı. Xilafətin ucqarlarında müstəqillik meylləri gücləndi, daxili çəkişmələr artdı. Fürsətdən istifadə edən vilayət başçıları mərkəzə vergi verməkdən imtina edir, öz vilayətlərində dövlətə xas olan bütün atributları bərpa edirdilər. Beləliklə, IX əsrin ortalarında Xilafətin ucqar ərazilərində, o cümlədən Azərbaycanda kiçik dövlətlər – Bərdə, Qəbələ, Şəki, Tiflis, Dərbənd və sair əmirliklər yarandı.
IX əsrin ikinci yarısından başlayaraq Azərbaycan ərazilərində Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilər kimi feodal dövlətləri mövcud olmuşdur.
Dostları ilə paylaş: |