İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə114/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   110   111   112   113   114   115   116   117   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Harun ər-Rəşidin ölümündən sonra Dərbənd əmirliyi I Haşim ibn Suraka tərəfindən yaradılmışdır. Onun adından da Dərbənd əmirliyi idarə edən sülalə Haşimilər sülaləsi adlanmışdır. Onun ata-babaları VII əsrin ortalarında ərəb qoşunlarının tərki­bində Dər­bəndə gəlmiş və burada məskunlaşmışdılar. 861-ci ildə I Haşim ibn Suraka Dərbənd əmiri olmuş, ərəb xilafətindəki daxili ixtilaflardan istifadə edərək 869-cu ildə Dərbənd əmirliyini müstəqil elan etmişdir. Dərbənd əmirliyi Azərbaycanın şimal-şərqində yer­ləşirdi. Paytaxtı Dərbənd şəhəri idi. Dərbənddən sonra ən əhəmiyyətli şəhərləri Məsqət və Şabran olmuşdur. 883-cü ildə Dərbənd əmirliyi xəlifə Əl - Mütəmid tərəfindən tanın­mışdır və Bakının neft mədənlərnin, duz göllərinin idarəçiliyi Dərbənd əmirlərinə həvalə edil­mişdir. Beləliklə, IX əsrin sonuna Dərbənd əmirliyinin ən önəmli şəhərləri sırasına Bakı da əlavə olundu. Əmirlik siyasi quruluşuna görə monarxiya idi, yəni hakimiyyət irsi xarakter daşıyırdı. Əmirdən sonra əmirliyin idarə olunmasında rol oynayan ikinci şəxslər rəislər idi. Rəislik də atadan oğula keçən bir titul idi. Dərbənd əmirliyinin xüsusiyyəti onda idi ki, əmir titulu irsən ötürülsə də, bu titula namizəd rəislər tərəfindən təsdiqlənməli idi. Əgər, hər hansı bir namizəd rəisləri qane etməzdisə, o, əmir seçilə bilməzdi və əvəzinə əmir sülalə­sindən olan başqa namizəd irəli sürülə bilərdi.

Əmirliyin dövlət dili ərəb dili olmuşdur və sonrakı dövr­lərdə Dərbənddə yaşayan ərəb nəsilləri tam türkləşmiş və dövlət idarəçiliyində Azərbaycan türk dilindən istifadə edilmişdir. Kargüzarlıq isə yalnız ərəb dilində aparılırdı. Ticarətdə ərəb pullarından – dirhəm və dinardan istifadə edilirdi. Əmirliyin əhalisinin əsas hissəsini hələ eramızdan əvvəl VII-VI əsrlərdən Dərbənddə məskunlaşan müxtəlif türk tayfaları təşkil edirdi.VII əsrin orta­larından burada yurd salan gəlmə ərəb əhalisi də əhəmiyyətli çəkiyə malik idi. Dağıstan xalqlarına yalnız ucqar kəndlərdə rast gəlinirdi. Dərbənd şəhərinə onlar yalnız alış-veriş etmək üçün gələrdilər.

I Haşim ibn Surakadan sonra Dərbəndi haşimilər nəslindən olan daha 21əmir idarə etmişdir. Əmirliyin son illəri ara müharibələri ilə keçmişdir. Belə ki, əmir II Maymunun (ikincinin) dövründə əvvəlcə şəddadilər, daha sonra – 1065-ci ildə Şirvanşah I Fəribürz Dərbəndi talan etmişdir. Elə həmin il Müfərric adlı tanınmış rəislərdən biri 6 yaşlı şahzadə III Əbdülmalik ibn Ləşkərinin adından istifadə edib II Maymunu devirmişdir. Lakin III Əbdülmalik 1075-ci ildə devrildi, həbs edildi və II Maymun hakimiyyətə qaytarıldı. 1075-ci ilin dekabrında II Maymun səlcuqlar tərəfindən devrildi və Dərbənd əmirliyinin əraziləri Səlcuq imperiyasının vassalı Şirvanşahlar dövlətinə birləşdirildi.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin