İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


XVI əsrin sonunda Osmanlı – Səfəvi ziddiyətlərinin davam etməsi



Yüklə 0,94 Mb.
səhifə175/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   171   172   173   174   175   176   177   178   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

XVI əsrin sonunda Osmanlı – Səfəvi ziddiyətlərinin davam etməsi. 1580-ci ilın avqustun 15-də Səfəvi elçiləri III Muradla görüşdü və şahın məktubunu ona verdilər. Məktubda Osmanlı tərəfinin hərəkətlərinə narazılıq bildirilir, sülhün bərpa olunmasına çağırış edilirdi. Osmanlılar tutduqları Şirvanı qaytarmaq istəmir, Səfəvilər isə onu israrla geri tələb edirdilər. 1580-ci ildə qızılbaşlar Şirvana hücum etdi. Bu zaman III Murad Os­manlı ordusunun komandanı Sinan paşanı Şirvan üzərinə göndərdi. Qışı Ərzurumda qalan Sinan paşa hədələyici məktubla Səfəvi sarayına elçi göndərdi. Lakin elçiyə çox sərt cavab verildi və bildirildi ki, 100 minlik qızılbaş ordusundan bir nəfər qalana kimi mübarizəni davam etdirəcəklər.

1580-ci ildə Səfəvilər Şirvanı ələ keçirdilər. Bu zaman Krım xanının Azərbaycana dördüncü hücumu baş verdi və onların köməyi ilə Bakı osmanlılar tərəfindən tutuldu. Lakin osmanlılar qızılbaşların həmlələrinə tab gətirməyib Dərbəndə çəkildilər, Krım tatarları isə Azərbaycanı tərk etdilər. 1581 – ci ilin yazında Krım xanı Qazı Gəray və Os­man­lı qoşun­ları Şirvana hücum etdi, lakin yeni qüvvə almış Peykər xan Şamaxı - Şabran arasında onları məğlub etdi, tatar xanı Qazı Gərayı əsir aldı və təcili Xorasana qayıtdı: Xorasanda şaha qarşı qiyam başlamışdı. Xorasana yürüş edən qızılbaşların geri qayıtmamasından istifadə edən osmanlılar 1582-ci ildə Şamaxını yenə ələ keçirdilər. 1583-cü ilin yazında Şamaxı yaxınlığında Osmanlı qoşunları məğlub oldu, lakin bir necə gün sonra Samur çayı yaxınlığında baş verən “Məşəl döyüşündə” Osmanlılar qələbə çaldılar. Qızılbaşların məğlubiyyəti ölkənin ağır daxili vəziyyəti ilə bağlı idi.

1583 – cü ildə Osmanlı – Səfəvi danışıqları başladı. III Sultan Murad Şirvanın Osman­lıya verilməsi şərtilə sülh təklif etdi. Qızılbaşlar Amasya sülhünə (1555) uyğun sülh istəyirdilər. Danışıqlar nəticəsiz qaldı və müharibə yenidən qızışdı.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin