Rəşt müqaviləsi. I Pyotrun ölümündən sonra saray çevrilişləri Rusiyanı zəiflətdi, onun beynəlxalq nüfuzu aşağı düşdü. Xəzəryanı əraziləri əldə saxlamaq imkanı məhdudlaşdı. Rusiya Osmanlıları Xəzər dənizinə buraxmamaq üçün Xəzəryanı torpaqları Səfəvilərə qaytarmağa razı idi. 1732-ci ildə Rusiya ilə Səfəvilər arasında Rəşt müqaviləsi bağlandı. Müqaviləyə görə Rusiya Kürə qədər olan torpaqları Səfəvi dövlətinə qaytardı, Səfəvilər isə bu ərazilərə Osmanlıları buraxmamağı öhdəsinə götürdü. Səfəvilər tutulmuş torpaqları Osmanlılardan geri aldıqdan sonra Kürdən şimaldakı torpaqlar Səfəvilərə qaytarılmalı idi. Rus tacirlərinə Səfəvi ərazisində ticarətdə güzəştlər verildi.