İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Nadir xanın Osmanlılar üzərində qələbəsi



Yüklə 0,94 Mb.
səhifə196/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   192   193   194   195   196   197   198   199   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Nadir xanın Osmanlılar üzərində qələbəsi. Xorasandan qayıt­dıqdan sonra, 1732-ci ilin avqustunda Nadir xan II Təhmasibi hakimiy­yətdən saldı. Onun oğlu Abbas Mirzəni – III Şah Abbası şah elan etdi, özünü isə onun qəyyumu təyin etdi. Nadir xan öncə Osmanlılarla bağ­lanmış Girmanşah müqaviləsini ləğv etdi və Osmanlılardan Səfəvi torpaqlarını geri qaytarmağı tələb etdi. Rədd cavabı aldıqda yüz minlik qoçunla bir neçə istiqamətdə hücuma keçdi. 1733-cü ilin yanvarında Bağdad ətra­fında Osmanlı qoşunlarına böyük zər­bə vuruldu. Əhməd paşa sülh təklifi etdi. Bağdadda sülh bağlandı. Sülhə görə Osmanlılar 10 il müddətində tutmuş olduqları Səfəvi torpaqlarını geri qaytarmağa razılaşdılar və buna qismən əməl etdilər.Nadir xan hərbi əməliyyatları Azərbaycanın şimalına keçirdi. 1734-cü ildə Şamaxı tutuldu, müqavimət göstərdiyinə görə şəhər dağıdıldı, əhalisi indiki Ağsu ərazisinə - Yeni Şamaxıya köçürüldü. Bundan sonra Nadir xan Qazıqumuxda gizlənmiş Surxay xanın üzərinə hücum etdi, Surxay xan qaçdı, Qazıqumux qarət edildi. Daha sonra Nadir xan Osmanlıların ən çox cəmləşdiyi Gəncə üzərinə hərəkət etdi. Şəhər 4 ay mühasirədə saxlandı. Mühasirədə sax­lanılan osmanlılara kömək etməyə gələn qüvvələr Üçmüədzin ətrafında Nadir xan tərəfindən darmadağın ediləndən sonra Gəncədəki Osmanlı qarnizonu təslim oldu. Beləliklə, Osmanlılar Səfəvi torpaqlarından tamamlilə çıxarıldı.

Köhnə Səfəvi sülaləsinin nümayəndələri və feodal əyanları artıq xalq arasında öz nüfuzlarını tamamilə itirmişdilər və ölkəni dağıntıdan xilas etmək iqtidarında deyil­dilər. 1730-1736-cı illərdə Səfəvi İmperiya­sının ali baş komandanı, 1732-1736-cı illərdə isə Şah III Abbasın qəy­yumu olan Nadirqulu xan Əfşar III Şah Abbasın qəflətən ölümün­dən sonra, qədim Türk qaydasına görə,1736-cı ilin martın 21-də Suqovu­şanda (indiki Sabir­abad rayonunda Kürlə Arazın qovuşduğu yer) toplanmış Muğan düzündə qurultay çağırdı. Bu qurultaya hərbi, mülki və dini əyanlardan, şəhər və kənd başçılarından ibarət 100 minə yaxın adam toplanmışdı. Muğan qurultayında Nadir özünü şah elan etdi. Beləliklə, Səfəvilər sülaləsinin haki­miy­yətinə son qoyuldu. Keçmiş Səfəvilər imperiyasının ərazilərini əhatə edən və türk mənşəli Əfşarlar sülaləsi tərəfindən idarə edilən Əfşarlar imperiyası meydana gəldi.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin