İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Ermənilərin Şimali Azərbaycana kütləvi şəkildə köçürülməsi



Yüklə 0,94 Mb.
səhifə243/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   239   240   241   242   243   244   245   246   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Ermənilərin Şimali Azərbaycana kütləvi şəkildə köçürülməsi. Azərbay­can torpaqlarında xristian-erməni dövləti yaratmaq Rusiya dövlətinin ənənəvi siyasi məqsədi idi. 1724-cü ilin noyabrın 10-da I Pyotrun verdiyi fərmandan sonra başlanan bu siyasət sonrakı illərdə də davam etdirilmişdir. İkinci Rusiya-İran (1826-1828) müharibəsi başa çatdıqdan sonra bağlanan Türk­mənçay müqaviləsinin 15-ci maddəsində xristianların İrandan Cənubi Qafqaza köçürülməsi nəzərdə tutulmuşdur. Beləliklə, I Pyotrun dövründən başlanan ermənilərin Azərbaycan torpaq­larında yerləşdirilməsi Türkmənçay müqavilə­sindən sonra praktiki olaraq həyata keçirilməyə başlandı. İkinci rus-türk (1828-1829) mühari­bəsinin nəticəsi kimi bağlanan 1829-cu il Ədirnə müqaviləsində də Osmanlı dövlə­tindən ermənilərin Cənubi Qafqaza köçürülməsi haqqında maddə salınmışdır. Mühari­bələr bitdikdən sonra çar hökuməti köçürmə siyasətinin hüquqi cəhətdən təmin edilməsi üçün tədbirlər görməyə başladı. Katalikos Nerses Aştaraketsi ermənilərin köçürülmə­sini həyata keçirmək üçün layihə hazırladı. Ermənilərin köçürülməsinə rəhbərlik etmək üçün Yegizar Lazaryan 1827-ci ildə Təbrizə göndərildi. Köçürmə işinə rəhbərlik İrəvan və Naxçıvan köçürmə komitələrindən həyata keçirilirdi. Hazırlıq işləri görüldükdən sonra köçürmə prosesi başladı. İran və Osmanlı ərazisindən köçürülən erməni əhalisi ən çox Naxçıvan, Qarabağ və İrəvan torpaqlarında yerləşdirildi. Təkcə 1828-1836-cı illərdə İrandan və Osmanlı dövlətindən 124 min erməni Şimali Azər­baycana köçürüldü.

1826-1828-ci illərin II Rusiya-İran müharibəsində azərbay­canlıların 420 kəndi dağıdıldı. 1828-1871-ci illərdə azərbaycan­lılar yaşa­yan daha 146 kənd ermənilər tərəfindən zəbt edilərək özünün­küləşdirildi. 1812-1826-cı illərdə Cənubi Qafqazda cəmi 51 min 530 erməni yaşayırdı ki, bu da regionun ümumi əhalisinin 9,4%-i demək idi. 1897-ci ilin siyahıyaalmaya görə ermənilərin sayı artıq 784 min 346 nəfərə çatmışdı. Rus müəllifi E.Şavrov 1911-ci ildə yazırdı:”1828-ci ildən 1830-cu ilədək biz (yəni - ruslar) 40000 İran və 84 600 Türkiyə ermənisini Zaqaf­qaziyaya köçürdük və onları İrəvan quberniyasının məhsuldar torpaq­larında yerləşdirdik”. Onun apardığı hesablamalarına görə, 1911-ci ildə Cənubi Qafqazda yaşayan 1,3 milyon erməni əhalisinin 1 milyonu çarizmin davamlı köçürmə siyasəti nəticə­sində buraya gətirilmişdi. Azərbaycanda yerləşdirilən erməni əhalisinə bəylərə məxsus ərazilərdən çoxlu torpaq sahələri verilmişdi. Erməni müəllifi Zaren Kardakyan «Население советской Армении в 1831-1931 годы» adlı kitabında yazır: “1820-ci ilə qədərki dövrdə bu günkü Ermənistan ərazisində mövcud olan 2300 yaşayış məntəqəsindən 2000 yaşayış məntəqəsində azərbaycanlılar yaşayırdılar”. Köçürmə nəticə­sində Şimali Azərbaycanın qərb rayonlarında, xüsusi ilə Qarabağ, Naxçıvan və İrəvanda əhalinin etnik tərkibində ciddi dəyişikliklər baş verdi, bu ərazilərdə ermənilərin sayı süni şəkildə artırılmağa başlandı.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin