18. 5. XI Qızıl Ordunun Azərbaycana təcavüzü, AXC-nin süqutu və Azərbaycan tarixində yeri.
1919-cu ilin sonu və 1920-ci ilin əvvəllərində Azərbaycanda vəziyyət çox gərgin idi. Bir tərəfdən sovet müdaxiləsi təhlükəsi, ictimai qüvvələrin, siyasi partiyaların qütbləşməsi, Azərbaycanın inkişaf yollarına dair baxışların, mövqelərin barışmazlığı, o biri tərəfdən də iqtisadi və maliyyə böhranın üst-üstə düşməsi Azərbaycan Xalq Cümhuriyyətinin vəziyyətini xeyli gərginləşdirdi.
1919 –cu il 24 dekabrda Beşinci hökumət təşkil edildi. Hökumətin sədri Nəsibbəy Yusifbəyli seçildi və onun rəhbərliyi ilə bu hökumət 1920-ci ilin martın sonunadək fəaliyyət göstərdi. Beşinci hökumət çox çətin şəraitdə fəaliyyət göstərirdi.
Parlamentdə və hökumətdə parcalanma baş vermişdi. Mövcud quruluşu devirmək yolunu seçən qruplar meydana gəlmişdi.Bütün çətinliklərə baxmayaraq Nəsibbəy Yusifbəylinin başçılığı ilə hökumət bir sıra nailiyyətlərə imza atdı.
Dostları ilə paylaş: |