İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Cənubi Azərbaycan mədəniyyəti 1920-1930-cu illərdə



Yüklə 0,94 Mb.
səhifə324/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   320   321   322   323   324   325   326   327   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Cənubi Azərbaycan mədəniyyəti 1920-1930-cu illərdə. 1920-ci illərin əvvəl­lərin­də İranda xalq maarifi və mədəniyyyəti sahəsində bir sıra mütərəqqi addımlar atılmışdı: icbari təhsil tətbiq edilməyə başlandı, pulsuz xüsusi qız məktəbi açıldı, dərslər Azərbaycan türk dilində tədris olunmağa başladı. Lakin 1925-ci ilin dekabrında Rza xan şah elan olunduqdan sonra bütün bu tədbirlər ləğv edildi.

Ədəbiyyat sahəsində yeni şeir üsulu yarandı ki, bu üsulun müəllifi “Təcəddüd”, yəni yenilik nəzəriyyəsinin banisi Ş.M.Xiyabani idi. Bu üsulla ilk şeirlər yazan “Aza­distan” qəzetinin redaktoru Mirzə Tağı Rəfət olmuşur. Hələ 1920-ci il sentyabrın 8-də, yəni “Azadistan” respublika­sının məhvinə bir həftə qalmış C.Məmmədquluzadə Təbrizə gələrək Ş.M.Xiyabani ilə görüşmüşdür. Lakin gənc respubliknın şah rejimi tərəfindən ləğvinə görə C.Məmmədquluzadə planlaşdırdıqlarını 1921-ci ildə həyata keçirmişdir. Cənubi Azərbaycan aktyorları onun “Ölülər” pyesini tamaşaya qoymuş, tamaşadan yığılan maliyyə vəsaiti hesabına “Molla Nəsrədin” jurnalının nəşri davam etdirilmişdir. Cənubi Azərbaycanda ən fəal mollanəsrəddinçi Şəbüstəri Mirzə Əli Möcüz (1873-1934) olmuşdur. Jurnalın 5-ci və 6-cı saylarında onun iki şeiri çap olunmuşdur.

1921-ci ildə Təbrizdə “Xeyriyyə Teatr Cəmiyyəti” yaradıldı. 1921-1925-ci illərdə Sovet Azərbaycanının artistləri Cənubi Azərbay­canın Təbriz, Urmiya, Ərəbil və s. şəhərlərində teatr tamaşaları göstər­dilər. Şimali Azərbaycan artistlərinin təsiri ilə Cənubi Azər­baycanda da teatr sənətində oyanış başladı, yerli aktyorlar Üzeyir Hacıbəyovun bir neçə musiqili komediyasını, H.Cavidin “İblis” və digər əsərlərini tamaşaya qoydular. 1921-1925-ci illərdə Azərbaycan SSR-lə Cənubi Azərbaycan arasında mədəni əlaqələr genişlənmişdir. Ancaq 1925-ci ilin dekabrından sonra İranda yeridilən paniranizm siyasəti bu əlaqələrin inkişafına və Cənubi Azərbaycanın mədəni həyatına böyük zərbə vurdu. 1925-1930-cu illərdə Şimali və Cənubi Azərbaycan arasında əlaqələr demək olar ki, yox idi. Rza şahın faşizmi müdafiə etməsi, İran cəmiyyətində faşizm idologiyasının təbliği SSRİ – İran münasibətlərinin soyuqlaşmasına gətirdi və Azərbaycan SSR-lə Cənubi Azərbaycan arasındakı əlaqələr demək olar ki, kəsildi.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   320   321   322   323   324   325   326   327   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin