Quruçay mədəniyyəti.Azıx mağara düşərgəsi Azərbaycan Respublikasının QarabağAzərbaycanda bu dövr Qarabağda Füzuli rayonu ərazisində Quruçay dərəsində aşkar edilən Azıx mağarasında əldə edilən arxeoloji tapıntılar əsasında öyrənilir. Alt paleolitdə əmək alətləri ağacdan, adi çay daşlarından hazırlanırdı. Min illər keçdikdən sonra çaxmaqdaşı, bazalt və dəvəgözündən əl çapacaqları, qaşov, ərşin və sair alətlər düzəldilmişdi. Alt paleolitdə 1,5 milyon il bundan əvvəl Azıxda ilk insan kollektivi – ibtidai insan sürüsü (ulu icma) yaranmışdı. İbtidai insan sürüsü insan quruluşunun ilk pilləsində meydana gəlmiş qeri-sabit insan kollektivi idi. Bu kollektivin üzvləri artıq əmək alətləri hazırlayırdılar və buna görə onlar elmdə “bacarıqlı insan” (“homo habilius”) adlandırılmışlar. Ən qədim insanın ilk məşğuliyyəti yığıcılıq və ovçuluq idi. Ən qədim insanlar ildırım vurması və ya üzvü maddələrin öz-özünə qızışıb yanması nəticəsində əmələ gələn təbii oddan istifadə etmişlər. Azıx mağarasında tapılmış ocaq izləri 700 min il bundan əvvələ aiddir.
1968- ci ildə arxeoloq M.Ş. Hüseynovun Azıxda aşkar etdiyi 18 yaşlı qızın alt çənə sümüyünün bir hissəsi qədimliyinə görə dünyada dördüncü tapıntıdır. Alimlər onu Azıxantrop (Azıx adamı) adlandırmışlar. Azıxantroplar 400-350 min il bundan əvvəl mövcud olmuşlar. Bu tapıntı Azərbaycan ərazisinin qədim insanın formalaşdığı regionlardan biri olduğunu göstərir. Alt paleolitin sonunda əmək alətləri təkmilləşir, onların yeni növləri-dişli, ucu oymalı, qaşov tipli alətlər hazırlanırdı.
Dostları ilə paylaş: |