İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Orta Paleolit (Mustye mədəniyyəti)



Yüklə 0,94 Mb.
səhifə36/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   32   33   34   35   36   37   38   39   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Orta Paleolit (Mustye mədəniyyəti). Orta paleolit eramızdan əvvəl 100-cü minillikdən 40-cı minilliyə qədərki 60 min illik dövrü əhatə etmişdir. Bu dövrə aid əmək alətləri ilk dəfə Fransada Le- Mustye arxeoloji abidəsindən tapıldığına görə orta paleolit dövrü Mustye mədəniyyəti dövrü də adlanır. Azərbay­canda aparılan arxeoloji tədqiqat­lar zamanı orta paleolitə (Mustye mədəniyyətinə) aid maddi mədəniyyət nümunələri Azıx mağarasının III təbəqəsində, Tağlar (Qara­bağ), Damcılı (Qazax), Zar (Kəlbəcər), Qazma (Naxçıvan), Lerik rayonu ərazi­sində Zuvand çayının sol sahilində tapılan Buzeyr mağa­ralarında aşkar edil­miş­dir. Azərbaycanda aid Orta paleolitdə yeni insan tipi-Neandertal adamı (bu tipli insan qalığı ilk dəfə Almaniyanın Neandertal dərəsində tapıldığına görə belə adlanır) meydana gəlmişdir.

Orta paleolitdə insanlar daha geniş ərazilərə yayılmışdır və elə o vaxt Kiçik Qafqazın cənubi-şərq yamaclarında insan məskənləri meydana gəlmişdir. Bu dövrdə yaşayan insanlar daha çox ovçuluqla məşğul olurdular ki, bu da onların daha geniş ərazilərə yayılmasına şərait yaratmışdır. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı Mustye dövründə neandertal tipli insanların qəbirləri aşkar olunmuşdur. Deməli, Mustye dövründə neandertal tipli adamların həyatında dəfn mərasimi olmuş və artıq onlarda bəzi dini görüşlər formalaşmağa başlamış, axirət dünyasına, heyvan və təbiət qüvvələrinə inam, totem, ovsun bu dövrdə meydana gəlmişdir.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin