İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə37/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   33   34   35   36   37   38   39   40   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Üst Paleolit təqribən 40 min il bundan əvvəl başlayaraq, e.ə. 12-ci minillikdə başa çatmışdır. Azərbaycan ərazisində Üst Paleolit dövrünə aid maddi mədəniy­yət nümunələri Qarabağ (Yataq yeri və Zar açıq yaşayış yerində) və Qazax bölgəsində (Damcılı mağa­rasında), aşkar olunmuşdur. Damcılı mağarasının daş məmulatı içərisində Üst Paleolit dövrünə aid əksəriyyəti çaxmaq və dəvəgözü daşlarından hazırlanmış qaşovcuqlar, kəsici alətlər, bizlər və bıçaq tipli, gəzlidişli, üçbucaq formalı əmək alətləri qeydə alınmışdır.

Üst Paleolit dövründə nəhəng heyvanların və mağara ayılarının kökü kəsilmiş, insanlar, əsasən, Qafqaz maralı, ceyran, cüyür, dağ keçisi və s. ovla­mış­lar. Ağıllı insan (Homo Sapiens) tipi Azərbaycanda 40 min il bundan əvvəl formalaşmışdır. İbtidai insan sürüsü 30 min il bundan əvvəl qəbilə icması ilə əvəz­lənmişdir. Nəsli qəbilə quruluşunda qadın­ların əsas işi uşaqlara baxmaq, yemək hazırlamaq, giləmeyvə, bitki toxumu toplamaq, odu qoruyub saxlamaq idi. Qəbilə icmasında insanlar biri-birilə qan qohumluğuna görə bağlı idilər və bu birlik nəsli qəbilə quruluşu adlanır. Anaxaqanlığında (ana nəsli) qohumluq ana xətti ilə müəyyən edilirdi.



Mezolit dövrü. Mezolit (Orta daş dövrü) e.ə. XII-VIII minillik­ləri əhatə edir və Mezolit mərhələlərə bölünmür. Azər­baycanda mezolit və neolit mədəniy­yətlərinin izlərinə ilk dəfə Qazax rayonunda Avey dağında Damcılı mağarasında təsadüf olunmuşdur.

Bu dövrdə iqlim istiləşmiş, buzlaşma qurtarmış, təbii şərait yaşayış üçün daha əlverişli olmuşdur. Ox və kaman ixtira edilmiş, ov­çuluq əsas peşəyə çevril­miş, heyvanların əhililəşdirilməsi, nəticədə ibtidai maldarlığın əsası qoyul­muş, yabanı dənli bitkilərin mədəni şəkil­də becərilməsinə başlanmış, ibtidai əkin­çilik vərdişləri yaranmışdı. Mənim­səmədən ibtidai istehsal təsər­rüfatına ke­çi­din əsası Mezolit dövründə qoyulmuşdur.

Azərbaycanda Mezolit dövründə yaşamış insanların yaşayış və məşğuliyyəti Bakı yaxınlığın­dakı Qobustan abidələri əsasında öyrənil­mişdir. Ehtimal olunur ki, Qobustan düşər­gələrində yaşayan sakinlər vahid (nəsli) icmalardan ibarət idi. Arazın o tayındakı ayrı-ayrı yaşayış yerlərinin sakinləri haqqında da eyni sözü demək olar. O dövrdə cəmiy­yətin əsas özəyini kollektiv təsərrüfat aparan nəsli icmalar təşkil edirdi. Burada yaşamış insanların məşğuliyyəti ovçuluq, balıqçılıq və yığıcılıq olmuşdur. Öküzlər, Ana zağa, Firuzə kimi qədim insan düşər­gələrində çaxmaqdaşı və sümükdən düzəldilmiş müxtəlif əmək alətləri tapıl­mışdır. Qazax rayonunda Damcılı mağarasında Mezolit dövrünə aid kiçik ölçülü ox ucları, müxtəlif tipli daş alətləri, cilalanmış dişli lövhələr aşkar edil­mişdir. Bu dövrdə daş nüvələrindən qoparılmış qəlpələrdən müxtəlif əmək alətləri hazırlanırdı. Mezolit dövründə oturaq həyata keçid başlamışdır.

Mezolit dövründə ibtidai incəsənət xeyli inkişaf etmişdi. Qobustan qaya rəsmlərində qədim insanların ovsun-totem inamları, dini ayinlər, axirət dünya­sına inam, ov səhnələri təsvir olunmuşdur. Axirət dünyasına inamla əlaqədar dəfn zamanı ölulərin yanına məişət əşyaları qoyulurdu. Ölülərin doli­xokran və braxikran antropoloji tipə mənsub olduğu müəyyən edilmişdir.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin