Ev sənətkarlığı. Eneolit dövründə ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliyyətə çevrilmişdi, məşğuliyyətdə sənətkarlıq mühüm yer tutmağa başladı. xüsusən B u dövrdə sənət sahələri daha çoxcəhətli idi. Daş və sümük əşyaları hazırlama, dəriişləmə kimi ənənəvi peşələrlə yanaşı, yeni istehsal sahələri - ağacişləmə, toxuculuq inkişaf edirdi. Daş baltaların cilalanması və itilənməsi geniş yayılmışdı. Töyrətəpə eneolit yaşayış yerində(Ağstafa) bir otaqda döşəmə üzərində nəhəng daş həvəng, zərbə daşı, parçalanmış daşlar, çoxlu sümük, o cümlədən yarımçıq qalmış sümük-məmulat, həm də alətlər üçün tədarük materialı tapılmışdır. Əliköməktəpədən tapılan boğazlı çəkmə formasında gil qab dəridən ayaqqabı hazırlanması ehtimalını yəqinliklə söyləməyə imkan verir. Sənətkarlar adi və boyalı saxsı qablar, daş, sümük və misdən əmək alətləri, məişət, bəzək əşyaları düzəldirdilər.
Mis-daş dövründə qoşa nigah yarandı. Qadına nəslin yaradıcısı, qəbilə və ailə ocağının qoruyucusu, ilahi qüvvə, bərəkət, əmin-amanlıq, firavanlıq, ilahəsi kimi baxılırdı. İctimai həyatda ağsaqqallar şurası rol oynamağa başladı. Anaxaqanlığı yavaş-yavaş zəifləməyə başlasa da, tapılmış qadın heykəlləri bu dördə anaxaqanlığının hələ də möhkəm olduğunu sübut edir.
Eneolit abidələrindən insanlların dini inamları, ovsun, dini və dəfn mərasimlərini əks etdirən maddi-mədəniyyət nümunələri tapılmışdır. Ölülər yaşayış məskənlərində, binaların arasında, evlərin içərisində dəfn edilirdilər.Dəfn zamanı ölülərin üzərinə qan rəmzi olaraq qırmızı boya çəkir və yaxud qırmızı oxra səpirdilər.
Dostları ilə paylaş: |