İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Səlcuq imperiyasının sultanlıqlara parçalanması



Yüklə 0,94 Mb.
səhifə119/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   115   116   117   118   119   120   121   122   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Səlcuq imperiyasının sultanlıqlara parçalanması. Sultan Alp Arslanın (1063-1072) və Məlikşahın (1072-1092) hakimiy­yəti illərində səlcuq türkləri daha geniş əraziyə yayıldılar. Malazgird vuruşmasından sonra demək olar ki, bütün Kiçik Asiya Səlcuq dövlətinə birləşdirildi. Sonralar Suriya, Fələstin, indiki Ermənistan əraziləri və Gürcüstan, Orta Asiyada Amu Dərya ilə Sır Dərya çayları arasındakı torpaqlar səlcuq türklərindən asılı vəziyyətə düşdü. Nəticədə, Yaxın və Orta Şərqin siyasi xəritəsində Böyük Səlcuq imperatorluğu kimi qüdrətli dövlət yarandı. XI yüzilin ikinci yarısında bütün Orta Asiya, İran, Cənubi Qafqaz, İraq, Suriya, Kiçik Asiya və Ərəbistan yarımadası səlcuq türklərinin əlinə keçdi.

Orta əsrlərin başqa imperiyaları kimi Böyük Səlcuq dövləti də uzun zaman yaşamadı. Bu geniş türk imperatorluğu natural təsərrüfatın hökmranlığı şəraitində yaran­mışdı. Əmtəə-pul münasibətləri hələ başlıca iqtisadi əlaqə forması deyildi. Ölkənin iri sənətkarlıq və ticarət mərkəz­ləri arasın­da əlaqələrin xeyli geniş olmasına və imperiyanın ərazisindən çox mühüm beynəlxalq karvan yolları keçməsinə baxma­yaraq, Böyük Səlcuq imperator­luğunun əhatə etdiyi torpaqların və xalqların vahid iqtisadi və siyasi mərkəz ətrafında sıx birləşməsi, mərkəzləşmiş dövlətə çevrilməsi o zaman mümkün deyildi. Buna görə, ilk zamanlar, başqa ölkələr və dövlətlər üzərinə aramsız yürüşlər dövründə oğuz-səlcuq cəmiyyətinin möhkəm hərbi-siyasi birliyinə dayanan Səlcuq dövləti XI yüzilin sonlarında – hərbi yürüşlər ara verdikdə çökməyə başladı.

Vaxtilə hərbi xidmət müqabilində səlcuqlu sultanlarının bütöv vilayətləri, mahalları iqta olaraq bağışladığı ayrı-ayrı sərkərdələr - əyalət hakimləri artıq mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Əsarət altına salınmış ölkələrin, xalqların azadlıq mübarizəsi genişlənmədə idi. Bundan əlavə, Birinci Xaç yürüşü (1096-1099) dövründə Qərbi Avropa səlibçilərinin kütləvi yürüşlərinə qarşı mübarizə, Aralıq dənizinin Kiçik Asiya, Suriya və Fələstin sahillərində çox mühüm ərazilərin itirilməsi də Böyük Səlcuq imperiyasının çökməsinə təsir göstərdi. Sultan Məlikşah və onun vəziri, məşhur "Siyasətnamə" əsərinin müəllifi Nizaməl­mülkün mərkəzi hakimiyyəti güvvətləndirmək cəhdləri nəticəsiz qaldı. Sultan Məlikşahın oğulları sultan Mahmud (1092-1094), sultan Börküyarıq (1094-1104), sultan Məlik-şah (1104-1105) və sultan Məhəmmədin (1105-1118) hakimiyyəti illərində impe­riyanın çökməsi daha da dərinləşdi. Səlcuqlu hökmdarı Sultan Səncərin (1118-1157) hakimiyyəti, demək olar ki, formal xarakter daşıyırdı. İmperiya ayrı-ayrı müstəqil dövlət­lərə -sultanlıqlara, əmirliklərə parçalanmışdı. Onların sırasında ən nüfuzluları Konya, Suriya (Hilat), İraq və Kirman sultanlıqları idi. Bu dövlətləri səlcuqlu sultanlarının vəliəhdlərinin tərbiyəçiləri olan atabəylər idarə edirdilər.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin