İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Səlcuq imperiyasının Azərbaycan xalqının və dilinin forma­laş­ma­sına təsiri



Yüklə 0,94 Mb.
səhifə120/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   116   117   118   119   120   121   122   123   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Səlcuq imperiyasının Azərbaycan xalqının və dilinin forma­laş­ma­sına təsiri. Səlcuq türkləri onların hakimiyyəti altına düşən bütün xalqların və ölkələrin sonrakı tarixi inkişafında eyni rol oynamadılar. Qonşu ölkələrdən və xalqlardan fərqli olaraq Səlcuq dövrü Azərbaycanın və Azərbaycan xalqının tarixi müqəd­dəratında mühüm rol oynadı.Hələ səlcuqların gəlişinə qədər Azərbaycan qədim türk tayfa­larının - sakların, iskitləri, kimmer­lərin, hunların,barsillərin, bulqarların, xəzərlərin, qıpçaqların, oğuz türklərinin və s. yaşadığı ərazi idi. Azər­baycan Sasani impe­riyası və Ərəb xilafətinin tərki­bində olarkən Azərbaycan xalqının təşəkkül tapması prosesi gedirdi. Xilafət dövründə Azərbaycan əhalisi islam dini ətrafında daha sıx birləşdi, islam-türk etnik siyasi amilli daha da gücləndi. IX əsrin ikinci yarısından Xilafətin parçalanması nəticə­sində Qafqazda islam dininə qarşı fəallaşan Bizans-xristian amilini dayandıra biləcək yeganə etnik - siyasi amil Azərbaycan türkləri idi. Gürcü və erməni feodalları müsəlman türklərə qarşı məkrli siyasət yeridərək türk-müsəlman amilini Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və Azər­baycan torpaqlarını öz aralarında bölüdürmək niyyəti güdürdülər.

Azərbaycan Səlcuq imperiyası tərkibinə qatıldıqdan sonra türk tayfalarının yeni dəstələri burada məskunlaşmağa başladı. Eyni kökə, eyni dilə, eyni dinə malik olan oğuz-səlcuq türkləri qədim yerli türklərlə qaynayıb qarışdılar. Azərbaycanın Böyük Səlcuq imperatorluğunun tərki­binə qatılması buranı türklüyün başlıca etnosiyasi dayaqlarından birinə çevirdi. Səlcuq axınları zamanı türk boylarının yeni toplumları Azərbaycanda yerləşdilər. Eyni kökdən olan, eyni dildə danışan və islamı qəbul etmiş səlcuq türkləri ilə Azərbaycan türkləri tez bir zamanda qaynayıb-qarışdılar.VII-VIII əsrlərdə təşəkkül tapmağa baş­ayan Azər­baycan türk xalqının və Azərbaycan dilinin formalaşması prosesi başa çatdı.

Səlcuqların axınları nəticəsində Cənubi Qafqazda və Ön Asiyada oğuz-turk tayfaları başlıca etnik amilə çevrildi, bu isə Yaxın və Orta Şərqin sonrakı tarixində mühüm rol oynadı. Avropa feodallarının Şərq torpaqlarını işğal etmək məqsədilə təşkil etdikləri soyğunçu Xaç yürüş­ləri zamanı səlibçilərə sarsıdıcı zərbələr endirən səlcuq türkləri o zaman Yaxın və Orta Şərqin siyasi xəritəsinin Qərbi Avropa dövlət­lərinin xey­rinə dəyiş­məsinə imkan vermədilər.

Erməni və gürcü feodalları müsəlman türklərinə qarşı məkrli siyasətlərini həyata keçirmək üçün Qərbi Avropa cənga­vərləri və Bizans imperiyasına arxalanırdılar. Səlcuq türklərinin axınları Bizans impe­riya­sının Cənubi Qafqazda möhkəmlənmək siyasətini və qəsbkarlıq plan­larını da puça çıxardı. Səlcuqların hücumları Cənubi Qafqazda möhkəm­lənməyə çalışan Bizans-erməni-gürcü təcavüzünün qarşısının alınma­sında mühüm rol oynadı. Türklük və islam amilləri Qafqazda qəti olaraq möhkəmləndi




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin