İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Eldənizlər dövlətinin zəifləməsi, süqutu və tarixdə yeri



Yüklə 0,94 Mb.
səhifə123/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   119   120   121   122   123   124   125   126   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Eldənizlər dövlətinin zəifləməsi, süqutu və tarixdə yeri. Qızıl Arslanın ölümündən sonra hakimiyyəti M.C.Pəhlə­vanın oğlu, həm də Qızıl Arslanın tərbiyəsi ilə böyüyən Əbu Bəkr (1191-1210) ələ keçir­di.Əbu Bəkrdən narazı qüvvələr ona qarşı çıxdılar və hakimiyyət uğrunda ara müharibələri yenidən qızışdı. Dövlətin əraziləri İnanc Xatun (Rey şəhəri), Qutluq İnanc və Əmiran Ömər (İsfahan, Həmədan və ətraf əyalətlər), Xəlifə və Əyyubilər (İraq və Mosul) arasında bölüşdürüldü. Əbu Bəkrin əlində yalnız Azərbaycan qaldı.

Mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda mübarizə geniş­ləndi. Ara savaşları və çəkişmələr dövlətin çökməsini sürətlən­dirdi. Eldənizlər dövlətinin zəifləməsindən istifadə edən Xarəz­mşahlar, Əyyubilər, Abbasilər, Şirvanşahlar, gürcü çarları fəallaşdılar. 1192-ci ildə sultan III Toğrulun Naxçıvanda həbsdən qaçması və Təbrizə hücum etməsi vəziy­yəti daha da mürək­kəbləşdirdi. O, az vaxt içərisində Rey, İsfahan və Həmə­danı ələ keçirdi. 1192-ci il III Toğrul Həmədanda taxta çıxdı.

III Toğrul tərəfindən məğlub edilən Qutluq İnanc kömək üçün Xarəzmşah Təkəşə müraciət etdi və onun köməyi ilə Qutluq İnanc III Toğrulu Həmədandan qovdu. 1194-cü ildə III Toğrul Xarəzmşah Təkəş və Qutluq İnancın birləşmiş qüvvələrinə qarşı vuruşmada (1194) öldürüldü.Bundan istifadə edən Təkəş Xorasan, Rey və Həmədanı ələ keçirdi. Qutluq İnanc onun bu hərəkətinə qarşı çıxdı. Çox keçmədən işğal etdiyi əraziləri əldə saxlamağa çalışan Təkəşlə Qutluq İnanc arasında 1196-cı ildə toqquşma baş verdi və bu mübarizədə Qutluq İnanc öldürüldü. Yaxınlaşan xarici təhlükəni qabaqlamaq məqsədilə müba­rizəyə qoşulan Əbu Bəkr Xarəzmşahların hərbi qüvvələri üzərində bir sıra qələbələr qazansa da, dərinləşməkdə olan çəkişmələrin qarşısını almaq mümkün olmadı.Yalnız 1200-ci ildə Təkəşin ölümündən sonra Əbu Bəkr Həmədan, Rey və Xorasanı geri qaytara bildi.

Yaranmış durumdan Şirvanşahlar və gürcü çarı istifadə etdilər. Şirvanşah I Axsitan qızını Əmir Əmiran Ömərə ərə verdi və ona qardaşı Əbu Bəkrə qarşı hərbi qüvvə ilə yardım göstərdi. Əmir Əmiran Ömər gürcü çarı Tamardan da kömək istədi. Gürcü çarı yaranmış fürsətdən dərhal istifadə etdi. Gürcüstan və Şirvanşahların birləşmiş qoşunları Şəm­kir və Beyləqan vuruşmalarında (1194) Əbu Bəkri ağır məğlu­biyyətə uğratdılar. Bundan sonra Əmir Əmiran Ömər və gürcü sərkərdəsi David Soslanın hərbi qüvvələri Gəncəyə soxuldu. Əmir Əmiran Ömər Gəncəni hiylə ilə ələ keçirə bildi. Gürcü qoşunları Azərbaycanı tərk etdikdən bir-necə il sonra – 1197-ci ildə gəncəlilər qiyam qaldırıb Əmir Əmiran Öməri öldürdülər. Şəhər yenidən Əbu Bəkrin hakimiyyəti altına keçdi.

Gəncə hadisələrindən xəbər tutan gürcü qoşunları yenidən Azərbaycan sərhəddini keçdilər. 1198-ci ildə gürcü qoşunları Ərdəbildə qırğınlar törətdilər.Sərxoşluğa qurşanmış Əbu Bəkr dövlətin müdafiəsini başlı-başına buraxaraq Naxçıvana, oradan da Təbrizə getdi. Gürcü qoşunları Gəncəni mühasirəyə aldılar. Çariça Tamar öz qoşunlarını ruhlandırmaq üçün Gəncə ətrafına gəldi. Ona sədaqətini nümayiş etdirən I Axsitan da Gəncə yaxınlığına - Tamarın görüşünə gəldi. Lakin Gən­cənin müdafiəçi­ləri təslim olmadılar. 25 günlük mühasirədən sonra Gən­cəni ala bilməyən gürcü qoşunları 1203-cü ildə Eldənizlərin hakimiyyəti altında olan Dəbili (Dvini) qarət etdilər. Qərbi Azərbaycan torpaqlarının Gürcüstana qatılması təhlükəsi yarandı. Şirvanşahlar Azərbaycanın qərb sərhədlərinin müdafiəsinə qalxmadılar. Dövlət işləri ilə az məşğul olan Əbu Bəkr 1203-cü ildə gürcülərin Gəncəyə hücumunu qarşısını ala bilmədi və gürcü qızı ilə evlənərək gürcülərdən asılı vəziyyətə düşdü.

Bundan istifadə edən gürcü qo­şunları 1210-cu ildən yenə Azər­bay­can torpaqlarına dağıdıcı basqınlar etdilər. Naxçıvanı müha­sirəyə aldılar, lakin ələ keçirə bilmədilər. Naxçıvandan sonra Təbriz istiqa­mətində hərəkət edərək Mərəndi talan etdilər. Sonra isə Təbriz müha­sirə olundu. Şəhər hakimi Zahidə Xatun (Məhəmməd Cahan Pəhlə­vanın arvadı) çoxlu pul, daş-qaş və sənətkarlıq məhsulları verib şəhəri dağın­tıdan qurtardı. Lakin şəhər ətrafı kəndlər amansızcasına qarət olundu. Təbrizlilərin bütün mal-qarası sürülüb aparıldı. Miyanə də tutuldu. Lakin gürcü qoşunları geri çəkilən kimi miyanəlilər üsyan qaldırıb gürcü qarnizonunu qırdılar. Buna cavab olaraq yenidən şəhərə hücum edən gürcü cəza dəstələri şəhər hakimini ailəsi ilə birlikdə qılıncdan keçirdilər, dərilərini soyub minarənin başından asdılar, sonra isə şəhəri qarət edib yandırdılar. Zəncan, Qəzvin və Əbhər əhalisinə də divan tutuldu. Təb­rizdən Ərdə­­bilə hücum edən başqa gürcü qoşunu Uçan şəhərini qarət etdi. Ərdəbilin, demək olar, bütün varidatını karvanlarla Gürcüstana daşıdılar. 12 min ərdəbilli qılıncdan keçirildi. Gürcü qoşun­ları qayıdan başı müdafiəsiz qalan xalqa amansız divan tutdu, Azərbaycanın sərvətini talayıb apardı. Ölkənin müda­fiəsinə başçılıq etməyə qadir olmayan Əbu Bəkr gürcü çarının qızı ilə evlənməkdən başqa çıxış yolu tapmadı.

Əbu Bəkrin ölümündən sonra hakimiyyətə qardaşı Özbək (1210-1225) gəldi. Onun həyat yoldaşı, III Toğrulun qızı Mehri­can dövlət işlərində fəal iştirak edirdi.Əyyaşlığa qurşanan, vaxtını qumarxanalarda keçirən Özbəyin hakimiy­yəti illərində Eldənizlər dövlətinin çökməsi davam etdi.

Beləliklə, monqolların yürüşü qarşısında Azərbaycan dövlətləri ölkəni xarici təhlü­kədən qorumaq iqtidarında deyildilər.





    1. Yüklə 0,94 Mb.

      Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin