İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə127/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   123   124   125   126   127   128   129   130   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Torpaq mülkiyyəti və vergilər. IX-XII əsrlərdə cəmiy­yətin əsas istehsalçıları kəndlilər idi. Kəndlilər iki yerə – uluclara və azad (icmaçı) kəndlilərə bölünürdülər. Uluclar asılı kəndlilər idi. Feodal özbaşına­lığından qurtarmaq üçün kəndlilər ərəb feodallarına sığınmalı olurdular, nəticədə həmin kəndlilərin torpağı həmin feodalın əlinə keçirdi. Bu ilcə ( hami ) torpaqları adlanırdı. Uluc­lar düzənlik ərazidə daha geniş yayıl­mışdı. Azad kəndlilər, əsasən, dağlıq ərazilərdə yaşayırdılar.

IX – XIII əsrin əvvəllərində Azərbaycanda aşağıdakı tor­paq mül­kiy­yət formaları var idi: 1) mülk ( əmlak ) torpaqları; 2) xassə torpaqları; 3) dövlət ( divan ) torpaqları; 4) iqta torpaqları; 5) vəqf torpaqları; 6) camaat ( icma) torpaqları.

Böyük Səlcuq imperiyası yarandıqdan sonra bütün Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda torpaq mülkiyyət forması və vergi sistemində müəyyən dəyişiklik baş verdi. Səlcuq imperiyası dövründə Azərbaycanda iqta başlıca dövlət mülkiyyət formasına çevrildi. Səlcuq sultanları mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün, hərbi-siyasi dayaq yaratmaq məqsədilə imperiyanın bütün ərazisini hərbi xidmət müqabilində iqta şəklində səlcuq əmirləri arasında bölüşdürdü. Məlikşah 46 min səlcuq süvarisinə iqta vermişdi. Sonralar həmin torpaqların mülkə çevrilməsi prosesi başlandı. Səlcuqların dövründə yaranan torpaq mülkiyyət formalarından biri uc torpaqları idi. Bu torpaqlar sərhədlərin qorunması müqabilində verilən torpaqlar idi.

Əsas vergilər xərac, cizyə, xüms, zəkat (sədəqə) idi. Torpaqdan istifadə müqa­bilində kəndlidən xərac alınırdı. Xərac toplamaq üçün ayrı-ayrı şəxslərə verilən icazə sənədi qəbalə adlanırdı. Xərac toplayan vergi məmuru mütəqəbbil və ya amil, maliyə müfəttişi mütəsərrif adlanırdı. Müsəlman olmayanlardan can vergisi - cizyə alınırdı.

Səlcuqların dövründə ənənəvi vergilərlə yanaşı, yeni vergi növləri meydana çıxdı. Mal üs-silah ( silah pulu ), şərab bahası ( şərab pulu ), nal bahası ( nal pulu ) və sair vergilər alınırdı. Bu zaman əhalidən alınan vergilərin sayı 19-a çatırdı.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin