İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə165/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   161   162   163   164   165   166   167   168   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Bakının tutulması. XV əsrdə Bakı Xəzər dənizində Azərbaycanın mühim liman şəhəri idi. O, üç tərəfdən qala divarları və bir tərəfdən dənizlə əhatə olunmuşdu. Şirvan­şahların sarayı və xəzinəsinin bir hissəsi burada saxlanılırdı.

Cabanı döyüşündən sonra İsmayıl qoşuna dinclik vermək və qışlamaq üçün Muğana getdi. Burada xəbər aldı ki, Bakı xərac verməkdən imtina edir. 1501 – ci ilin yazın­da Bakıya qarşı Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunun başçılığı ilə qoşun göndərdi. Bu zaman Bakını Şirvanşahın oğlu Qazı bəy idarə edirdi. Lakin o, şəhərdə olmadığı üçün müdafiəyə arvadı başçılıq edirdi. Qızılbaşlar ondan şəhəri təslim etməyi tələb etdilər, lakin rədd cavabı aldılar. Şəhəri döyüşsüz təslim etməyi məsləhət bilən darğa Əbdül Fəttah edam olundu. İsmayıl Bakıya Nədim bəyi də göndərdi və sonra özü də gəlməli oldu. Qala divarlarının altından lağım atmaq yolu ilə bürclər dağıdıldı, qoşun şəhərə daxil oldu, şəhər talan edildi. Beləliklə, 1501 – ci ildə Səfəvilər Bakını tutdular, Şirvanşahların xəzinəsini ələ keçirdilər.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin