Səfəvi – Osmanlı münasibətləri. Səfəvilər dövlətinin geniş kütlələri arasında siəliyin təbliğatı və şiəliyin Osmanlı ərazilərinə də yayılması Sultan II Bəyazid Dərvişi (1481-1512) çox narahat edirdi. Lakin II Bəyazid Dərviş Səfəvilərə qarşı hərbi əməliyyata başlamağı düşünmürdü və 1504-cü ildə Səfəvilər dövlətini rəsmən tanıdığını bəyan etmişdi. Lakin Osmanlı dövləti Azərbaycan torpaqlarını ələ keçirmək məqsədindən əl çəkmirdi. Şah I İsmayıl isə Gürcüstan, Göyçə ətrafı və Osmanlı dövlətinin şərqində bir sıra torpaqları ələ keçirməyə çalışırdı.