İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Azərbaycan Səfəvi dövləti Şah I Təhmasibin döv­ründə



Yüklə 0,94 Mb.
səhifə171/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   167   168   169   170   171   172   173   174   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

11.2. Azərbaycan Səfəvi dövləti Şah I Təhmasibin döv­ründə
Şirvanın Səfəvi dövlətinə birləşdirilməsi. Şah I İsmayıl Şirvanşahları məğlub etsə də, yerli sülalənin hakimiyyətini saxlamışdı. Şirvanşahlar Səfəvilərə tabe olmaqdan tez-tez boyun qaçırırdılar. Şirvanşah II İbrahim (Şeyxşah) (1501-1524) Buğurd qalasına çəkilərək müqavimət göstərirdi. Lakin 1517-ci ildə müqaviməti dayandırdı, oğlu Sultan Xəlili çoxlu hədiyyələrlə Səfəvi sarayına göndərdi. Sultan Xəlil Şah I İsmayılın qızı ilə evləndi. II İbrahim isə qızını Şah I İsmayıla verdi. Şirvanşah II İbrahimin ölümündən sonra oğlu Sultan Xəlil II Xəlilullah adı ilə hakimiyyətə gəldi (1524-1535). II Xəlilullahın ölümündən sonra Şirvanda hakimiyyətə Şahruh (1535-1538) keçdi. Şahın gənc olmasından istifadə edən əyanlar özbaşınalığa başladılar və bu şaha qarşı xalqın narazılığını artırdı. 1537-ci ildə özünü Şirvanşahın qardaşı adlandıran Kələntər Məhəmməd Amin hakimiyyəti ələ keçirmək üçün xalqı üsyana çağırdı. Lakin Salyan yaxınlığında üsyançılar məğlub edildi və üsyanın rəhbəri öldürüldü.

Bu qarışıqlıqdan istifadə edən Şah I Təhmasib (1524-1576) 1538-ci ilin yazında qardaşı Əlqas Mirzənin başçılığı ilə Şirvana 20 minlik qoşun göndərdi. Dörd ay müha­sirədən sonra Buğurd qalası təslim oldu. Şahruh əsir alındı, Təbrizə aparıldı və orada gizli şəkildə öldürüldü. Beləliklə, 1538-ci ildə Səfəvilərin Şirvana yürüşü Şirvanın qəti şəkildə Səfəvilər dövlətinə birləş­dirilməsi ilə nəticələndi. 861-ci ildə yaradılan Azərbaycanın ən uzunömürlü feodal dövləti olan Şirvan­şahlar dövləti ləğv edildi. Şirvan bəylərbəyliyə çevrildi, onun ilk bəylərbəyi Əlqas Mirzə oldu.

Şirvan əyanlarının mərkəzdən uzaqlaşma meyllərindən istifadə edən Əlqas Mirzə özünü müstəqil hakim kimi aparmağa cəhd edirdi və 1547-ci ildə Səfəvilərin hakimiyətinə qarşı üsyan qaldırdı. Əlqas Mirzəyə Şəki hakimliyi və Osmanlı dövləti dəstək olurdular. 1549-cu ildə Əlişaban döyüşündə qiyam yatırıldı, Əlqas Mirzə Osmanlı dövlətinə qaçdı.Şirvan ikinci dəfə Şah I Təhmasibin hücumuna məruz qaldı.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin