Dekorativ tətbiqi sənət sahəsində bir sıra uğurlar olmuşdu. Dekorativ tətbiqi sənətin gözəl nümunələri olan Azərbaycan xalçaları dünya şöhrəti qazanmışdı. Təbriz və başqa şəhərlərdə metalişləmə sənəti inkişaf etmişdi. Təbriz ustalarından Yusif ibn Əhmədin 1319-cu ildə hazırladığı bədii kasa (hazırda Londonda Viktoria və Albert muzeyində saxlanılır), 1399-cu ildə Əmir Teymurun sifarişi ilə Əbdüləziz ibn Şərafəddin tərəfindən hazırlanmış 2 ton ağırlığında tiyan (hazırda Sankt-Peterburqda Ermitajda saxlanılır) yüksək zövqlə hazırlanmış bədii sənət əsərləridir.Minatür sənətinin nümunələrindən kitabların tərtibatında, tikilən memarlıq abidələrində geniş istifadə edilmişdir.
Görkəmli musiqişünas Səfiyəddin Urmavi (1230-1294) “Kitab əl-ədvar” (“Musiqi dövrləri haqqında kitab”) kitabını yazmışdır. XV əsrdə Azərbaycanda yetişmiş ən mahir musiqiçilərdən Əbdülqadir Marağaini (1353-1445) göstərmək olar. Onun yaratdığı mahnılar, muğamlar, rəqs melodiyaları Yaxın və Orta Şərq mədəniyyətinə böyük təsir göstərmişdir. Əbdülqadir Marağai ilk dəfə 12 əsas muğamdan törəmə 24 şöbə sistemini elmi cəhətdən əsaslandırmış, musiqi mətnləri və Azərbaycan dilində şeirlər yazmışdır.
Dövrün tanınmış rəssamı Əmir Dövlətyar rəssamlıq məktəbi yaratmış, onlarla rəssamlar yetişdirmişdir.
Dostları ilə paylaş: |