Şamaxı xanlığı. Nadir şahın ölmündən sonra yaranan xanlıqlardan biri də Şamaxı xanlığı idi. Xanlığın əsasını Hacı Məhəmmədəli və Xancobanı tayfasından olan Məhhəmməd Səid və Ağası qardaşları qoymuşdur. Xanlığın mərkəzi Yeni Şamaxı (Ağsu) olan hissəsini Məhəmmədəli xan, mərkəzi Şamaxı olan hissəsini isə Məhəmməd Səid və Ağası qardaşları idarə edirdilər. 1763-cü ildə Məhəmməd Səid Yeni Şamaxını tutdu, Məhəmməd xanı əsir aldı, Yeni Şamaxı Köhnə Şamaxıyla birləşdirildi və ikihakimiyyətliliyə son qoyuldu.
Qubalı Fətəli xanla Şamaxı xanılığı arasındakı münasibətlər daha da gərginləşdi. Fətəli xan və Şəki xanı Hüseyn xan birləşib 1767-ci ildə Şamaxını tutdular. Xanlığın bir hissəsi Quba xanlığına, bir hissəsi isə Şəkiyə birləşdirildi. Fətəli xanla Hüseyn xan arasında münasibətlər pisləşdi. Hüseyn xan Ağası xanla yaxınlaşdı, Fətəli xana qarşı mübarizəyə başladı. 1768-ci ildə onlar məğlub oldular və Şamaxı xanlığının bütün torpaqları Quba xanlığına birləşdirildi. Şamaxı xanlığı yalnız Fətəli xanın ölmündən sonra, 1790-ci ildə müstəqilliyini bərpa etdi.
Dostları ilə paylaş: |