İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Ağa Məhəmməd şah Qacarın Azərbaycanın şimalına ikinci yürüşü



Yüklə 0,94 Mb.
səhifə226/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   222   223   224   225   226   227   228   229   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Ağa Məhəmməd şah Qacarın Azərbaycanın şimalına ikinci yürüşü. Rusların Azərbaycanı tərk etməsindən sonra 1797-ci ilin yazın­da Qacar ikinci dəfə Azərbaycana yürüş etdi. İbrahimxəlil xan Balakənə qohumu Ümmə xanın yanına qaçdı. Qacar Şuşanı ələ keçirdi, əhali üzərinə çoxlu xərac qoydu.

1797- ci il iyunun 4-də İbrahimxəlil xanın qardaşı oğlu Məhəm­məd bəyin təşəbbüsü ilə Qacarın yaxın adamları Səfərəli və Abbas bəy tərəfindən ona sui-qəsd edildi və öldürüldü. İran qoşunları Şuşanı tərk etdi. Şuşada hakimiyyət Məhəmməd bəyin əlinə keçdi. O, İrahimxəlil xanın Qacar tərəfindən həbs edilmiş vəziri Vaqifi edam etdirdi. Lakin sonra İbrahimxəlil xan geri qayıdıb hakimiy­yətini bərpa etdi. Qacarın cəsədini onun qardaşı oğlu Fətəli şaha təhvil verdi. Şah İbrahimxəlillə qohum olmaq arzusunu bildirdi. Xan qızı Ağabəyimi şahın sarayına göndərdi və gərginliyi aradan qaldırdı. İbrahimxəlil xanın qar­daşı oğlu Məhəmməd bəy Şəki xanı Məhəmmədhəsən xanın yanına qaçdı.O, isə Məhəm­məd bəyi tutub Şamaxı xanına təhvil verdi və Şamaxı xanı Mustafa xan Məhəmməd bəyi edam etdirdi.

XVIII əsrin sonlarında Rusiyanın Şimali Azər­baycanı işğal etmək planları baş tutmadı.İran Qacarlar dövlətinin də Şimali Azərbaycanı özünə birləşdirə bilmədi. Azərbaycanın, şimal xanlıq­larının müstəqilliyi pozulmadı, lakin onlar bu əlverişli vəziyyət­dən istifadə edə bilmə­dilər.Xanlıqlar arasında müha­ribələr yeniən başladı.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin