İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Ağa Məhəmməd xan Qacarın Azərbaycanın şimalına birinci yürüşü



Yüklə 0,94 Mb.
səhifə223/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   219   220   221   222   223   224   225   226   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Ağa Məhəmməd xan Qacarın Azərbaycanın şimalına birinci yürüşü. Qacarın yürüşü ərəfəsində Azərbaycanın simal xanlıqlarının beynəlxalq vəziyyəti mürəkkəb idi. Xanlıqlar arasında düşmənçilik və cəkişmələr davam edirdi. Xan­lıqların bəzisi Osmanlı dövlətinə, bəziləri isə Rusiyaya meyl göstərirdi. Lakin, onlar Rusiyaya etibar etmirdilər. Ağa Məhəmməd xan Qacar da diplomatik əlaqələrini genişləndirib Osmanlı dövləti ilə yaxınlaşdı, Sultan isə onu Gürcüstanı tutduqdan sonra şah kimi tanıyacağını bildirdi.

Ağa Məhəmməd xan Qacar gürcü çarı II İraklinin və Qarabağ xanı İbrahim­xəlilin Rusiya himayəsinə keçmək niyyətində olduqlarını bilirdi. İranın tabeçi­liyində olan gürcü çarı II İraklinin Qacarların dədə-baba torpaqlarını – Qarabağ, Gəncə, İrəvan xanlıqlarının Rusiyaya birləşdir­mək niyyətini Qacar xəyanət və Azərbaycan xanlıqlarının daxili işinə qarış­maq kimi qəbul edirdi.

Ağa Məhəmməd xan Qacar Azərbaycanın şimal torpaq­larını əvvəlcə dinc yolla özün­dən asılı salmağa çalışaraq xanlara məktub yazmış, onun hakimiyyətini qəbul etmələrini tələb etmis, lakin onlardan rədd cavabı almışdı. Qarabağ xanı İbrahimxəlil xan onun qasidinə demişdi: “Mənim atam vəsiyyət etmişdir ki, heç kəsə bac - xərac ver­məyim, hec bir dövlətə də tabe olmayım”.

1795-ci ildə Ağa Məhəmməd xan Qacar 85 minlik qosunla Azər­bay­cana hücum etdi. Qoşun üç yerə bölündü: kiçik bir hissə Dağıs­tanı tutmaq üçün Muğan istiqamətində, əksər hissəsi Ağa Məhəmməd xan Qacarın başçılğı ilə Qarabağa, üçüncü dəstə isə şahın qardaşlarının rəhbərliyi altında İrəvan xanlığına doğru hücuma keçdilər.Qacarın başçılıq etdiyi qoşunlar Şuşanı mühasirəyə aldı. Şuşanın mühasirəsi zamanı gürcü çarı II İrakli Gəncəyə hücum etdi və bu səbəbdən Ağa Məhəm­məd xan Qacar Şuşanın mühasirəsindən əl çəkib II İrakliyə qarşı Tiflis üzərinə hücuma keçdi. Gəncə xanı Cavad xan Ziyad­oğlunun bu yürüşdə Qacara fəal köməklik göstərməsi də müəyyən dərəcədə II İraklinin Gəncə üzərinə talançı basqınlarına cavab məqsədi güdürdü.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin