Sosial zümrələr. Xanlıqlarda hakim zümrəyə xanlar, sultanlar, məliklər, bəylər, ağalar, elat başcıları, qolbəyilər, maaflar daxil idilər.
Kəndlilər cəmiyyətin əsas istismar olunan və əsas istehsalçı təbəqəsi idi. Onlar hüquqi və mülki vəziyyətinə görə rəiyyət, rəncbər, elat və s. bölünürdülər. Rəiyyət kəndlilər divan, mülk və vəqf torpaqlarında çalışırdılar. Onların müəyyən hissəsinin kiçik torpaq payı da var idi. Dövlət torpağında çalışan rəiyyətin vəziyyəti mülk torpağında çalışanların vəziyyətinə nisbətən yüngül idi. Torpağı olmayan kəndli rəncbər adlanırdı və onlar hakim zümrənin torpağında çalışır, əldə edilən məhsulun çox az bir hissəsi onlara çatırdı.
Dostları ilə paylaş: |