İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Şimali Azərbaycanın iqtisadi hə­ya­tında kapi­talist münasibət­lərinin meydana gəlməsi



Yüklə 0,94 Mb.
səhifə263/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   259   260   261   262   263   264   265   266   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

16.2. Şimali Azərbaycanın iqtisadi hə­ya­tında kapi­talist münasibət­lərinin meydana gəlməsi.

İslahatdan sonrakı dövrdə Şimali Azərbaycanın kənd təsər­rüfa­tında kapitalist münasibətlərinin inkişafı. İslahat ölkədə məh­suldar qüvvələrin inkişafı üçün əlverişli şərait yaratdı. İri maşınlı sənaye ilə yanaşı, kənd təsərüfatı da yeni kapitalist əsasları üzərində qurulmağa başladı. Burjua islahatı nəticə-sində Azərbaycan kəndində bir sıra yeniliklər baş verdi. Kürboyu ərazi pambıqçılıq, Şəki, Şirvan, Şuşa və Naxçıvan ipəkçilik, Quba və Zaqatala bağçılıq, Lənkəran və Şəki çəltik­çilik sahəsində ixtisaslaşdı. Bağçılığın inkişafına kömək məqsədilə H.Z.Tağıyev tərəfindən Mərdəkanda bağçılıq məktəbi açıldı.

Kənd təsərrüfatında yeni əmək alətləri ilə yanaşı, maşınların da tətbiqinə başlanıldı. Bu sahədə 1850-ci ildə Tiflisdə yaradılmış “Qafqaz kənd təsərrüfatı cəmiyyəti” və onun yerlərdəki şöbələri mühüm rol oy­nadı. Ənənəvi alətlərlə yanaşı, varlı kəndlilər məhdud şəkildə olsa da, taxıldöyən, samandöyən maşınlardan da istifadə edirdilər. Azərbaycanda yeni becərmə üsullarının yayılmasında H.Zərdabinin 1875-1877-ci illərdə nəşr etdirdiyi “Əkinçi” qəzeti mühüm rol oynadı.

Azərbaycanda süni suvarma olmadan əkinçiliyi inkişaf etdirmək mümkün deyildi. Torpaqların suvarılması işini qanun-qaydaya salmaq üçün 1890-cı il dekabrın 3-də “Sudan istifadə haqqında Əsasnamə” qəbul edildi, Qafqaz su müfəttişliyi yaradıldı. Su üzərində xüsusi mül­kiy­yət ləğv edildi. Suyu bölüşdürən inzibati şəxslər mirab və cuvar adlanırdı.

İslahatdan sonra əkinçilikdə yenə də əsas yeri taxılçılıq tuturdu. Azərbaycanda istehsal olunan taxılın bir hissəsi Rusiya bazarlarında satılırdı.

Rusiya toxuculuq sənayesinin ehtiyacını nəzərə alaraq, barama istehsalına xüsusi diqqət yetirilirdi. 1887-ci ildə Tiflisdə “Qafqaz ipəkçilik stansiyası” açıldı. Onun yerlərdə şöbələri var idi. İpək qurdunun bəslənilməsinin öyrədilməsinə başlanıldı.

Rusiya toxuculuq sənayesini boya maddəsi ilə Azərbay­canda istehsal edilən boya bitkisi – marena təmin edirdi. Lakin 1869-cu ildə daş kömürdən süni boya- alizarinin alinmasından sonra boya bitkisinin becərilməsi azaldı.

Pambıqçılıq kənd təsərrüfatının gəlirli sahələrindən biri idi. Azərbaycanda sənaye pambıqçılığı 1880-ci illərdən inkişaf etməyə başladı. Bu sahədə muzdlu əməkdən geniş istifadə edilir­di. Tütünçülük Azərbaycanda yeni sahə idi, əsasən, Zaqa­tala, Quba və Şəkidə becə­rilirdi.

XIX əsrin son rübündə Kür-Araz çayları boyunda biyan kökü istehsal edilirdi ki, bundan alınan cövhərdən yeyinti və əczaçılıqda geniş istifadə edilirdi. Kənd təsərrüfatının digər sahələri olan üzümçülük və maldarlığın da inkişafı nəzərə çarpırdı.

XIX əsrin ikinci yarısında Azərbaycan kəndliləri iki qrupa bölünürdü: dövlət və sahibkar kəndliləri. Dövlət kəndliləri ümumi kənd­lilərin 80 faizə qədərini təşkil edirdi. Çarizmin müstəm­ləkəçilik siyasəti nəticəsində yerli bəylər dövlət kəndlilərinin torpaqlarını tez-tez zəbt edirdilər. Torpaqsız və aztorpaqlı kəndlilər ağır şərtlərlə torpaq icarəyə götürürdülər və bəylərdən müvəqqəti asılı vəziyyətdə idilər. Hakim sinif həm öz şəxsi ixtiyarında olan, həm də pay torpaqları şəklində kəndlilərə verilən torpaqların sahibi idi. Onlar pay torpaqları hesabına öz torpaq­larını artırırdılar. Sahibkar kəndliləri aztorpaqlılıqdan və torpaq­sızlıqdan əziyyət çəkirdilər. Çar hökuməti ən yaxşı torpaqları köçürmə fonduna ayırırdı. XIX əsrin 60-70-ci illərində çarizmin Şimali Azər­baycana köçürmə siyasəti gücləndi. Azərbaycanda yeni rus kəndləri: Yeliza­vet­pol, İvanovka, Borisovka, Qalitsino, Andreyevka, Zubrovka, Petrovka, Prişib və s. salındı.

Azərbaycan kəndi kaptalist inkişafına cəlb edildikcə, köhnə feodal münasibətlərinin süqutu prosesi gücləndi. Bu özünü torpaq üzərində feodal mülkiyyətinin dağılmasında daha qabarıq göstərirdi. Daha varlı kəndlilər mülkədar və xəzinədən aldığı torpağı özünün xüsusi mülkiy­yətinə çevirirdi. Bu proses zəif olsa da, daimi bir prosesə çevril­mişdi. Azər­bay­canda kapitalizmin inkişafı torpağın alınıb-satılmasında, icarəyə verilməsində, girov qoyulmasında özünü göstərirdi. Burjua torpaq mülkiyyətinin meydana çıxması ilə torpaq getdikcə bahalaşırdı. Ticarət əkinçiliyinin inkişafı kənddə burjualaşmanı gücləndirdi.

Kapitalist münasibətlərinin inkişafı Azərbaycan kəndində təbəqələşməyə təkan verir, yeni tipli kəndli əhalisinin meydana gəlmə­sini stimullaşdırırdı. Kəndlilər içərisində varla­naraq qolçomaqlara çev­rilən varlı kəndlilər, yoxsullaşaraq muzdurlara çevrilən yoxsul kəndli­­lər formalaşırdı. Kəndlilərin təbəqələşməsi ilə kənd icmaları dağılır, fərdi torpaq sahələri artırdı.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin