İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə261/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   257   258   259   260   261   262   263   264   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Zaqatala üsyanı. 1863-cü ildə baş vermiş bu üsyan həm sosial-iqtisadi, həm də dini amillərlə bağlı olmuşdur. 1863-cü ildə Gürcüstanda aqrar islahata hazırlıq görülməsi Zaqatala dairəsində avar və ləzgi əhalisinin həyəcanına səbəb oldu. Zaqatala dairəsində torpaq mülkiyyət forması keşkəl torpaq sahibliyi adlanırdı.

Bu torpaq sahibliyinin yaranma tarixi haqqında mənbələrdə belə məlumat verilir ki, hələ XVI-XVII əsrlərdə Dağıstandan avar, ləzgi, saxur və sair dağlı xalqlarının Azər­baycanın şimal-qərb bölgəsinə axını başlamışdı.Onların bir hissəsi Səfəvi hökuməti tərəfindən sərhədlərin qorunması məqsədilə köçürül­müşdürsə, bir qismini isə yerli muğal (türk) və ingiloy kəndli torpaq sahibləri dəvət etmişdilər. Yerli muğal və ingiloy əhalinin “köç, gəl ” çağırışına yüzlərlə imkansız, yoxsul dağlı əhali cavab verdi. Yerli muğallar və ingi­loy­lar müsəlman kimi, qazan­dıq­larının 10 faizini zəkat olaraq “sinəsi, başı açıq” adlan­dırdıqları gəl­mə avarlara, ləzgilərə ayırırdılar. Əvəzində avarlar, ləzgilər onlara əra­zi­­lərin basqınlardan qorunması və sair kimi müxtəlif xidmətlər göstərir­dilər.Beləliklə, bu xeyriyyəçilik addımı sonralar daimi xarakter aldı və bir növ məcburi ödənişə çevrildi. Dağlıq ərazilərə köçən avar və ləzgi kəndliləri muğal və ingiloyların torpaqlarına keşgəl hüququnun olduğunu iddia etdilər və uzun müddət keşgəl torpaq sahibləri kimi yerli muğal və ingiloylardan keşgəl vergisi alırdılar. 1860 - cı illərdə Gürcüstanda aqrar isla­hat­lar başlayanda, Zaqatala dairəsinin yerli muğal və ingiloy əhalisi dövlət orqanlarına müraciət edərək onların keşgəl torpaq sahiblərindən azad olunmasını xahiş etdilər. Yayılan məlumatlara görə ingiloyların və muğalların illik qazanclarının 10 qatı həcmində birdəfəlik pul ödəməklə keşkəl torpaq sahiblərindən azad edilməsi planlaşdırılırdı. Bu xəbər hər il ingiloylardan və muğallardan keşgəl vergisi alan avar və ləzgi kəndlilərinin narazılığına səbəb oldu.

Digər tərəfdən çar hökuməti Balakənin müsəlman əhalisinin, xüsusən ingiloyların və avarların xristianladırılması siyasətini yeridirdi. Xristianlığı qəbul edənlərə xüsusi imtiyazlar verilirdi. Aleksandr Qacalov adlı bir balakənlinin xristianlığı qəbul edərək 1862-ci ildə Balakəndə kilsə inşa etdirməsi, müsəlman balakənlilər üzərində vergiləri dəfələrlə artırması əhalinin narazılığına səbəb oldu.

Beləliklə, 1863-cü ilin 5 iyun tarixində Zaqatalada çar hökumətinə qarşı üsyan baş­ladı. Üsyanın başçısı keçmiş çar zabiti Hacı Murtuz, onun köməkçiləri isə Balakən sakini Bürcəli və carlı Molla Zəngi idi. Üsyanın mərkəzi Xutraoba kəndi idi. Buradan Zaqatala qalasına hücum edən üsyançılar müvəf­fəqiyyətsizliyə uğradılar. Dağıstandan vəd olunan kömək gəlmə­di. Hökumət İlisu və Temir Xan Şuradakı (Maxaçkaladakı) hərbi qüvvələrini Zaqatalaya gətirdi və üsyan yatırıldı. Üsyançılardan 18 nəfər edam edildi, bir çoxları, o cümlədən Hacı Murtuz Sibirə sürgün edildilər. Çar hökuməti aqrar islahatın şərtlərinin hazır­lanması istiqa­mətində işlərə diqqəti artırdı,1866-cı ildə islahatın layihəsinin hazır­lanması məqsədilə Bakı, Şuşa, İrəvan və Tiflis şəhərlərində bəylərdən ibarət komissiyalar yaradıldı.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin