İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Azərbaycan mühacirəti müharibə illərində



Yüklə 0,94 Mb.
səhifə330/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   326   327   328   329   330   331   332   333   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

20.4.Azərbaycan mühacirəti müharibə illərində,

Azərbaycan milli legion­la­rının təşkil olunması.
Azərbaycan mühacirəti müharibə illərində. Mühacirətdə yaşa­yan və Sovet ordusunda vuruşan bəzi azərbaycanlılar Almaniyanın qalib gəlməsindən sonra Azərbaycanın istiqlal qazanacağına ümid bəsləyirdilər. 1941-ci ildə M.Ə.Rəsulzadə Almaniyaya dəvət edildi. O, Almaniya hökumət nümayəndələri ilə danışıqlarda 12 maddədən ibarət memorandumla məqsədini bildirdi: Azərbaycan Milli Ordusu yaradıl­malı, onun komandiri azərbay­canlı­lardan olmalı, Azərbaycan Ordusu Azərbaycana birinci daxil olmalı, neft xalqa məxsus olmalı və s.

1943-cü ildə gözdən pərdə asmaq üçün Berlində Milli Azər­baycan Komitəsi yaradıldı. Komitə guya almanlar Qafqazı ələ keçirdikdən sonra ölkəyə rəhbərlik etməyi planlaşdırırdı.Əslində alman­lar Şimali və Cənubi Azərbaycanı oyuncaq “Böyük Tür­küstan” höku­mətinə qatmaq niyyətində idilər. M.Ə.Rəsulzadə faşistlərin bəd niyyətini başa düşdü və faşizmə qarşı çıxış etdiyinə görə Almaniyadan çıxarıldı. 1943-cü ilin noyabrında Berlində azərbaycanlıların qurultayı keçirildi, mühacir Azərbaycan parlamenti və Ə.Fətəli­bəyli başda olmaqla hökumət yaradıldı və bu “hökumət” 1944-cü ilin qışına kimi fəaliyyət göstərdi.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin