İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Azərbaycan döyüşçüləri ön cəbhədə



Yüklə 0,94 Mb.
səhifə327/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   323   324   325   326   327   328   329   330   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Azərbaycan döyüşçüləri ön cəbhədə. Faşizmə qarşı döyüşlərdə azərbaycanlıların mərdliklə vuruşması haqqında ilk xəbər Brest qalasından gəldi. Brest qalasının müdafiə­sində 44 nəfər azərbaycanlı iştirak etmiş və son nəfəslərinə qədər qəhrəmanlıqla vuruş­muşdur. 1941-ci ilin dekabrında Novqorod yaxınlığında Pustinka kəndi uğrunda gedən döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov böyük şücaət göstərərək, azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 1941-ci ildə Moskva uğrunda döyüşlərdə tank bölməsinin komandiri Həzi Aslanov əsgəri xidmətinə görə “Qırmızı Ulduz” ordeni ilə təltif edildi.

Leninqradın 900 günlük mühasirəsində təyyarəçi Hüseynbala Əliyev 1942-ci ilin iyulun 13-də 6 düşmən təyyarəsi vurmuş, özü 17 ölümcül yara almasına baxmayaraq təyyarəni yerə endirə bilmişdi.

1942 – ci il mayın əvvəllərində faşistlər Kerçi, Sevas­topolu, Xarkovu tutdular və Qafqaza hücuma hazırlaşdılar. 1942-ci il sentyabrın 9-da Cənubi Qafqaz respub-lika­larında, o cümlədən Azərbaycanda hərbi vəziyyət elan edildi. Bakının ətrafında isteh­kamlar qurulmuş, düşmən 1942-ci ildə 71, 1943-cü ildə isə üç dəfə Bakının səmasına söxulmağa cəhd etmişdir.

Qafqaz uğrunda döyüşlər başlandı. 402, 416, 223-cü Azərbaycan diviziyaları zərbə qüvvəsi sayılır və Mozdok rayonunda döyüşürdülər. 416 və 223-cü atıcı diviziya­larının döyüş yolu Qafqaz dağlarının ətəklərindən başlanmışdır. 77-ci diviziya Kerç, Rostov, Stavropol və digər yaşayış məntəqələrini azad etdi. (1975-ci ildə 77-ci Azərbaycan diviziyasına Krımda, Sapun Qorada abidə qoyulmuşdur.) 1942-ci ildə Qafqaz və Krım uğrunda döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə Qafur Məmmədov və İdris Süley­manov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər. Qafur Məmmədov Tuapse uğrunda gedən döyüşlərdə 13 faşist öldürülmüş, sinəsini komandirinə sipər edib, özü həlak olmuşdu.

1942-1943-cü illərdə Stalinqrad uğrunda gedən döyüşlərdə azərbaycanlılar qəhrəmanlıqla vuruşurdular. Təyyarəçi qız Züleyxa Seyidməmmədova Stalinqrad səma­sında 40 uçuş keçirmişdir. 1942-ci il dekabrın 22-də H.Aslanov Stalinqrad uğrunda döyüş­lərdə göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Stalinqrad vuruşması nəticəsində müharibənin gedişində əsaslı dönüş yarandı.

1943-cü il iyunun 5-də Oryol-Kursk vuruşması başladı. M.Bağı­rov və İ.İsmayılov Kurtoy-luç kəndi rayonunda göstər­dikləri igidliyə görə Sovet İttifaqı Qəhramanı adına layiq görüldülər. Oryol şəhər üzərində qələbə bayrağını Hüseyn Əjdərov qaldırdı. 1943-cü il avqustun 30-da 416-cı diviziya Taqanroq şəhərini tutdu. Ona fəxri “Taqanroq diviziyası” adı verildi.

Dnepr çayının keçilməsində M.Məhhərrəmovun tağımı rəşadət göstərdi. Məhər­rəmov və onun 18 nəfər əsgəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər. Kiyev uğrunda döyüşlərdə Sovet İttifaqı Qəhrə­manı X.Mustafayev fərqlənmişdi. 416-cı diviziya Nikolayev, Odessa və Kişinyovu, 77, 227-ci diviziyalar Krımı, 77-ci diviziya Simferopolu azad etdilər. 271-ci diviziya “Qorlovka diviziyası”, 77-ci diviziya isə “Simferopol diviziyası” adını almışdılar. H.Aslanovun 35-ci qvardiya tank briqadası 1944-cü il iyunun 23-30-da Berezna çayını keçdi, düşməni 508 yaşayış məntəqəsindən qovdu. H.Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edildi. Onun haqqında fərman 1991-ci ildə həyata keçirildi. H.Aslanov 1945-ci il yanvarın 24-də döyüş əməliyyatı getməyən yerdə həlak oldu. Təyyarəçi Adil Quliyev 265 döyüş uçuşu keçirmiş, 18 düşmən təyyarəsini vurmuşdu. 1945-ci ilin fevralında ona Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Sovet Ordusu ölkənin ərazisini düşməndən təmizləyəndən sonra Şərqi Avropa ölkələrini azad etməyə başladı və burada kommunist rejimləri yaradıldı. 223-cü diviziya Yuqoslaviyanın azad edilməsində iştirak etmiş və “Belqrad diviziyası” adı almış, Vyana şəhərinin faşistlərdən təmizlənməsində də iştirak etmiş, Qırmızı bayraq ordeni ilə təltif edilmişdir.

271-ci diviziya Polşa və Çexoslavakiyanın azad edilmə­sində rəşadət göstərmiş, bu döyüşlərdə Z.Bünyadov, A.Vəzirov da daxil olmaqla 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

416-cı diviziya 1945-ci ilin fevralında Oder çayı sahilinə çıxaraq, Berlinə yol açan diviziyalardam biri oldu. Həmin ilin fevral-mart aylarında Berlinin qapısı sayılan Küstrinin alınmasında iştirak etdi, 1945-ci il mayın 2-də Berlinin Branden­burq darvazası üzərində qələbə bayrağı sancdı. Berlinin küçə döyüşlərində Yusif Sadıqov Reyxstaqın alınmasında böyük rəşadət göstərdiyinə görə, Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   323   324   325   326   327   328   329   330   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin