İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə45/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   41   42   43   44   45   46   47   48   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

İlk Tayfa ittifaqları. Sinifli cəmiyyət Azərbaycanın bütün ərazi­sində eyni vaxtda yaranmamışdı. Azərbaycanın cənubunda sinifli cəmiyyət e.ə. IV minilliyin sonu - III minil­liyin əvvəllərində meydana gəl­­mişdi. Bunun səbəbi Cənubi Azərbaycan ərazilərinin inkişaf etmiş Mesopotamiya ilə qonşuluqda olması, onunla siyasi, iqtisadi və mədəni sahədə əlaqələr qurması idi. Azərbaycanın şərq və şimal hissələri bu ölkədən və onun təsirindən uzaq olduğuna görə burada sinifli cəmiyyət və dövlət qurumları gec yaranmışdır.

E.ə. III-II minilliklərdə Azərbaycanın cənubunda Urmiya gölü hövzəsində lullubi, kuti, su, turukki, şimalında Mil-Qara­bağda qarqar, Naxçı­van ərazisində naxçe tayfaları yaşamışlar. Azərbaycanın cənu­bundakı tayfalar haqqında ilk yazı məlumat Şumer və Akkad mixi yazı­la­rındadır. Lullubi, su, turukki tayfaları Urmiya gölünün cənubunda, kutilər isə gölün qərbində məskun­laşmışdılar. Su və turukkilər lullubi tayfa ittifaqına daxil idilər.

E.ə. III minilliyə aid Şumer və Akkad mixi yazılarında Aərbaycan ərazisində yaşayan qədim soyların adları göstərilir. Azərbaycanda mövcud olmuş ən qədim soylar kimi lullubi, su, kuti, turukki tayfalarını göstərmək olar. Bu tayfalar Cənubi Azərbaycanın Urmiya gölünün hövzəsində, Sumer və Akkadın qonşuluğunda yaşayırdılar. E. ə. III minil­likdə bu soylar Azər­baycan ərazisində Aratta, Lullubi, Kuti, Turuk­kum kimi dövlət qurumları yaratmışlar.

Aratta ölkəsi. Azərbaycan ərazisində ilk dövlət qurumu Urmiya gölünün cənub-şərqində e.ə. III minilliyin birinci yarı­sında (e.ə. 3000 – 2500-cü illər) yaranmış Aratta dövlət qurumu olmuşdur.

Aratta haqqında məlumatlar Şumer dastanlarında əks olunmuşdur. Dövlətin paytaxtı Aratta şəhəri olmuşdur. Ölkəni tək hökmdar idarə edirdi ki, onu da “en” və yaxud “ensi” adlandırırdılar. Dövlətdə ikinci şəxs “vəzir” hesab olunurdu. Dini idarələrin rəhbəri baş kahin “maşmaş” adlanırdı və böyük nüfuza malik idi. Arattada çoxallahlılıq (politeizm) mövcud idi və baş allah İnanna adlanırdı.

Arattanın tarixi-coğrafiyasına gəldikdə İran, Əfqanıstan tarix­çilərinin bu dövlətin guya ki, indiki Tacikistan və Əfqanıstanın şimali ərazilərində olması barədə iddiaları əsassızdır. Qədim Şumer mənbə­lərinin təhlili göstərir ki, Aratta Mərkəzi Asiyada deyil, Şumerlə qonşu­luqda yerləşmişdir. “En Markar və Luqalbanda”, “En Markar və Aratta hökmdarı”, “En Markar və Sukuşsiranna” kimi qədim Şumer dastan­larında e.ə. XXVIII – XXVII əsrlərdə Şumer şəhər dövləti Urukun Arat­tanı ələ keçirmək cəhdlərindən, onlar arasında uzun müddət gedən müharibələrdən, eyni zamanda Şumer və Akkad dövlətləri ilə Aratta arasında mövcud olan iqtisadi, mədəni əlaqələrdən danışılır. Adı çəkilən mənbə­lərdən aydın olur ki, Aratta Urmiya gölündən cənub-şərq ərazi­lərdə mövcud olmuşdur.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin