İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə86/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   82   83   84   85   86   87   88   89   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Alban xaç daşları. Azərbaycan Respublikası və indiki Ermə­nis­tanın müxtəlif bölgələrində toplu və tək halda yayılmış xatirə daşları və stellalar olan alban xaç daşlarında xristianlıqdan əvvəlki müəyyən dünya görüşü və simvolik təsəvvürlər əks olunmuşdur. Alban xaç daşlarının obrazları bir çox əsrlər ərzində, əvvəlcə dini obrazlarda üzvi şəkildə çarpazlaşmış iki, sonra üç dinin təsiri altında təşəkkül etmişdi. Xaç daşlarının orijinallığı və erməni xaçkarlarından əsaslı fərqi də bundan irəli gəlir.

Araşdırmalar göstərir ki, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox qabaq qədim türk tayfalarının böyük rolu olmuşdur. Alban xaçı dünyada yeganə xaçdır ki, xristian­lığaqədərki inamların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur.

Cənubi Qafqaz ərazisinə səpələnmiş alban xaç daşlarını əsasən dörd qrupda cəmləş­dirirlər ki, onlar da Xaçın, Arsak, Cuğa və Yenivəng xaç daşlarıdır.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin