Yazı və Ədəbiyyat. Alban əlifbası. III-VII əsrlərdə Atropatenada pəhləvi yazısından istifadə edilirdi. Albaniyada isə V əsrdə 52 hərfdən ibarət əlifba yaradılmış, kilsə məktəbləri açılmışdır. Alban tarixçisi Musa Kalankatlı yazısı olan xalqlar içərisində madayları və albanları xüsusi qeyd edərək yazırdı: "Yazıya malik olan xalqlar budur: yəhudilər, romalılar (bunların yazısından bizanslılar da istifadə edirlər), ispanlar, yunanlar, madaylar, ermənilər və albanlar".
Tarixi mənbələrə görə, Alban əlifbası V əsrdə albaniyalı din xadimi iyerey Benyamin tərəfindən hazırlanmış və parf mənşəli maarifçi Mesrop Maştots tərəfindən təkmilləşdirilmişdir. Alban yazısının çiçəklənmə dövrü V-VI yüzilliklər sayılır. Ərəb Xəlifəsinin göstərişi ilə Alban Həvari Kilsəsi Erməni Qriqoryan Kilsəsinə tabe edildikdən sonra erməni katolikosu İlyanın göstərişi ilə Alban əlifbası və alban əlifbasıyla yazılmış kitablar qədim erməni dilinə tərcümə edildikdən sonra məhv edilmişdir.Uzun müddət itmiş hesab edilən Alban əlifbası 1937-ci ildə aşkara çıxarılmışdır. 1948-ci ildə Mingəçevirdə arxeoloji qazıntılar zamanı həmin əlifba ilə yazılmış qısa mətnli epiqrafik nümunələr tapılmışdır. Burada həmçinin üzərində alban yazısı olan dördkünc şamdan da tapılmışdır. Alban yazı abidəsi kimi III əsrdə Romaya göndərilmiş yazılı məlumatı, V əsrdə alban dilində tərtib edilmiş fərmanı da göstərmək olar.
VII əsrin sonu - VIII əsrin əvvəllərində yaşamış Musa Kalankatlı “Albaniya tarixi” əsərinin birinci və ikinci kitablarını yazmışdı. Əsərin birinci kitabı Bibliya tarixindən VI əsrə qədər, ikincisi VI əsrdən VIII əsrin əvvəllərinə qədər, üçüncüsü VIII əsrdən X əsrə qədər olan dövrdə baş vermiş hadisələri əks etdirir. Əsərin üçüncü kitabı X əsrin sonunda Musa Kalankatlının davamçıları tərəfindən yazılmış və onun “Albaniya tarixi” əsərinə əlavə edilmişdir.
VII əsrdə Albaniyanın alban dilində yazan ən məhşur şairi Dəvdək yaşamışdır və bu günümüzə onun Cavanşirin ölümünə yazdığı mərsiyə qalmaqdadır.Türk-oğuz ədəbiyyatının ən qiymətli nümunəsi olan “Kitabi Dədə Qorqud” dastanlarının formalaşması VII əsrdə oğuz türklərinin Azərbaycan Albaniyasında məskunlaşdığı dövrdən başlamışdır.
Albaniyada incəsənət və memanrlıq da inkişaf etmişdi. Memarlıqda günbəzli tikililər VIII əsrə qədər yayılmışdı. Tərtərçay üzərində körpü, Qazaxda Əskipara kəndi yaxınlığındakı monastr kompleksi də bu dövrdə tikilmişdi.
Dostları ilə paylaş: |