İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


VI FƏSİL AZƏRBAYCAN ƏRƏB XİLAFƏTİNİN TƏRKİBİNDƏ



Yüklə 0,94 Mb.
səhifə91/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   87   88   89   90   91   92   93   94   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

VI FƏSİL

AZƏRBAYCAN ƏRƏB XİLAFƏTİNİN TƏRKİBİNDƏ
Plan


  1. Xilafət işğalları ərəfəsində Azər­baycanda siyasi vəziy­yət, Cavan­şirin fəaliyyəti.

  2. Azərbaycan Ərəb xilafətinin tərkibində.

  3. Ərəb xilafətinə qarşı Xürrəmilər hərəkatı.Babək.

  4. Ərəb xilafəti dövründə Azər­bay­can mədəniy­yəti





6.1. Xilafət işğalları ərəfəsində Azər­baycanda siyasi vəziy­yət, Cavan­şirin fəaliyyəti.
Azərbaycan ərəb yürüşləri ərəfəsində.VII əsrin əvvəllərində Sasani-Bizans müha­ri­bəsinin yeni mərhələsi başlandı (603-628-ci illər) və bu müharibələrin əsas meydanı Azərbaycan torpaqları idi. Ümumi­likdə, Sasani və Bizans impe­riyaları Cənubi Qafqaz uğrunda fasilələrlə 200 ildən artıq bir dövrdə müha­ribələr aparırdılar və bu müharibələr Azərbaycanın təsərrüfatının dağıl­ma­sına, məhsuldar qüv­vələrin məhv edilməsinə səbəb olmuşdu. VII əsrin birinci rübündə Sasani-Bizans qarşıdurmasına o dövrün daha bir möhtəşəm dövləti – Dərbənddən şimalda yerləşən Xəzər xaqanlığının qoşulması regionda hərbi-siyasi vəziyyəti daha da mürəkkəbləşdirdi. Azərbaycan uğrunda gedən bu müba­rizədə Bizans və Xəzər xaqanlığı müttəfiq kimi çıxış edirdilər. 628-ci ildə Bizansla Sasani imperiyası arasında bağlanan sülhə görə Cənubi Azərbaycan torpaqları (Adərbayqan) Sasani dövlətinin tərkibində qaldı. Şimali Azərbaycan (Albaniya) isə daxili müstə­qillik elan etsə də, siyasi cəhətdən yenə Sasanilərdən asılı vəziyyətdə idi. Sasani-Bizans-Xəzər müharibə­ləri təzəcə ara vermişdi ki, tarixi səhnəyə yeni bir qüvvə - gənc Ərəb dövləti çıxdı. VI yüzilliyin sonu-VII yüzil­liyin başlanğıcı üçün Ərəbistan yarımadasının siyasi birləş­məsi,müstəqil ərəb dövlətinin yaran­ması meyli güclənməkdə idi.

Sasanilər şimalda Bizansla və Xəzərlərlə ağır savaşlar aparır­kən,ərəb qəbilələrinin siyasi birləşməsi yeni dünyəvi tanrılıq (monoteist) dini olan İslamın bayrağı altında sona yetişməkdə idi.Fəqət bu din onun yaradıcısı olan Həzrəti Məhəmmədin ilk xələfləri illə­rində artıq ərəb ali təbəqələrinin istəklərinin silahına çevrildi. Başqa ölkələrə qarşı yürüş­lərdə, bu ölkələrdə yaşayan “kafir” xalqların “gerçək, düzgün yola” gətiril­məsi hər bir müsəlman üçün yüksək mənəvi borca, müqəddəs bir işə çevrildi. 632-ci ildə peyğəmbər Məhəmməd Həzrətlərinin ölümündən sonra onun yaxın silahdaşı və qayınatası Əbu Bəkr xəlifə seçildi (632-634).Onun hakimiyyəti illərində Ərəbistan yarımadasının dövlət şəklində birləşdirilməsi prosesi başa çatdı.İslam bütün ərəblərin dini oldu.Ömər İbn Xəttabın onillik (634-644) xəlifəliyi dövründə isə islamın və bir dövlət olmaqla Xilafətin (Peyğəm­bərin xələfləri tərəfindən idarə olun­duğu üçün belə adlanırdı) yer üzünə yayılma dövrü başlandı. İraq, Suriya, Misir tutuldu. Ərəblər Bizans və Sasani imperatorluqlarının hüdudlarına çıx­dılar. 633-cü ildə ərəblər Sasani imperiyasına hücum etdilər. Sasanilərdən asılı ölkələr, o cümlədən Albaniya ərəblərə qarşı döyüşmək məqsədilə sərkərdə Cavanşirin başçılığı ilə 20 minlik süvari qoşunu göndərməyə məcbur oldu. Alban çarı, Cavanşirin atası Varaz Qriqor (628-642-ci illər) ölkəni Xəzər basqınlarından qorumaq üçün Sasani imperiyası ilə yaxınlıq saxlayırdı və bu səbəbdən oğlu Cavanşirin başçılığı ilə ərəblərə qarşı ordu göndərmişdi. Ərəblərlə Sasanilər arasında ilk böyük döyüş 636-cı ildə baş verdi.Tarixdə Kadusiyyə kimi tanınan bu döyüşdə Cavanşirin rəhbərlik etdiyi alban süvariləri böyük şücaət göstərdilər və buna görə Cavanşir Sasani şahı tərəfindən qiymətli mükafatlara layiq görüldü. 638-ci ildə ərəblər Sasanilərin paytaxtı Ktesifonu (Mədaini) mühasirəyə aldılar və alban süvariləri də 6 ay bu şəhərin müdafiə­sində iştirak etdilər. Lakin 7 il Sasanilərlə ərəblərə qarşı ağır döyüşlərdə iştirak edən Cavanşir bütün qüvvəsini Albaniyanın müdafiəsinə cəmləşdirməyi qərara aldı ki, bu da Sasani şahının Albani­yaya qarşı qoşun göndərməsi ilə nəticələndi. Mənbələrdən göründüyü kimi, Cavanşir Sasanilərlə üç dəfə döyüşməli oldu. Bərdəyə soxulan Sasanilər Cavanşirin ailəsini,qardaşları,ata və anasını əsir apardı­lar. Sasani qoşunlarının uğursuzluğu III Yezdəgirdi məcbur etdi ki, onun əsir götürülən ailə üzvlərini azad buraxsın. Albaniya ilə Sasani dövləti arasında müvəqqəti barışıq imzalandı. 642-ci ildə qoca Varaz Qriqor çarlıq taxt-tacını oğlu Cavanşirə verdi və Cavanşir 681-ci ilə qədər Albaniyanı idarə etdi. VII əsrin 30-cu illərində Sasani impe­riyasının qərb hissəsini ələ keçirən ərəblər Azərbaycan istiqamətində kəşfiyyat xarakterli yürüşlər təşkil etdilər.

639-cu ildə ərəb qoşunu Urmiya gölü tərəfdən Adər­bayqana (Azərbaycana) soxuldu. 642-ci ildə Nəhavənd döyü­şündən sonra isə ərəblər baş şəhər Ərdəbil üzərinə gələrək, ölkəni tabe etməyə girişdilər. Yerli mərzban İsfəndiyar ibn Fərruxzad qardaşı Bəhramla birlikdə güclü müqavimət göstərdi, ancaq müqa­vimət bir nəticə vermədi. Mərzban ərəblərlə I Ərdəbil müqaviləsini bağlamağa məcbur oldu. Azərbaycan əhalisi ərəb­lərə tabe olub torpaq və can vergisi ödəməyi öhdəsinə götürdü. Evində bir ərəb əsgərini saxlayan şəxs bir il vergilərdən azad edilirdi.

Ərəb qoşunu Muğana yollandıqdan sonra Adərbayqan əhalisi Bəhram ibn Fərruxzadın başçılığı ilə üsyana qalxıb müqa­viləni yerinə yetirməkdən boyun qaçırdı. 646-cı ildə Xilafətin göndərdiyi yeni qoşun üsyanı yatırdı və yenidən bağlanan II Ərdəbil sülhünə görə, Adərbayqan əhalisi ərəblərə ildə 800 dirhəm vergi ödəməli idi. 639-642-ci illərdə ərəblər Muğan əhalisinin müqavimətini qırdıqdan sonra Şirvana soxuldular və Xəzər sahili ilə Dərbəndə doğru hərəkətə başladılar. Dərbənd əhalisi müqavimət göstər­mədən tabe oldu və ərəblərlə müqavilə bağladı.Müqavilənin şərtlərinə görə dərbənd­lilər şəhərin Xəzər basqın­larından qorunmasında fəal iştirak etməli idilər və bunun müqabilində vergilərdən azad olunurdular. 643-cü ildə Əbdur­rəhman ibn Rəbiə adlı ərəb sərkərdəsi öz qoşunları ilə Dərbəndə gəldi. Elə həmin il Dərbənddən şimalda Bələncər yaxınlığında xəzərlərlə ərəblər arasında döyüş oldu. Xəzərlər qələbə çaldılar, sərkərdə Əbdurrəhman ibn Rəbiə döyüşdə öldürüldü. Bundan sonra 646-cı ildə onun qardaşı Salman ibn Rəbiə öz qoşunları ilə Azərbaycana göndərildi. Onun qarşısında strateji məntəqə olan Dərbəndi ələ keçirmək, xəzər­lərin cənuba yürüşlərinin qarşısını almaq vəzifəsi qoyulmuşdu. Naxçı­vandan keçərək Beyləqanı, Bərdəni, Şəmkiri, Şəkini, Qəbələni, Şirvanı, Şabranı ələ keçirən Salman ibn Rəbiə Dərbəndə çatdı, xəzərləri bu şəhərdən qovdu, 653-cü ildə Bələncər yaxınlığında xəzərlərlə ərəblər arasında daha bir qanlı döyüş baş verdi. Tarixə II Bələncər döyüşü kimi düşən bu döyüşdə yenə xəzərlər qalib gəldilər, Salman ibn Rəbiə öldürüldü. Göründüyü kimi, ilkin ərəb yürüşləri keçirilərkən, Cənubi və Şimali Azər­baycan torpaqlarında köklü sosial-siyasi-mənəvi sarsıntılar törədilməsi nəzərdə tutul­murdu.Ərəblər hələ yerli dini görüşlər üzərinə barışmaz yasaq qoyub islamın sözsüz qəbul edilməsini tələb etmirdilər. Ələ keçirilən bölgələrdə onlar ilk öncə Xilafət ağalığını hərbi-siyasi baxımdan qəbul etdirmək, bir də məğlub xalqı torpaq (xərac) və can vergisi (cizyə) ödəməyə məcbur etmək istəyirdilər. Buna görə də, Xilafət ağalığı “ikitərəfli” barışıq şəklində yazılı olaraq sənədləşdirilirdi. Ərəb yürüşləri hələ “yumşaq” xarakter daşıyırdı.

Albaniyanın siyasi vəziyyəti getdikcə mürəkkəbləşirdi. 639-653-cü illərin ərəb yürüşləri ölkənin müstəqilliyinin tam ləğvinə gətirməsə də, Cavanşir başa düşürdü ki, bu cür vəziyyət çox davam etməyəcək və gələcəkdə Xilafətin Albaniyaya iddiaları daha təcavüzkar xarakter alacaqdır.Ancaq vəziyyətdən çıxış yolu axtarışında olan alban əyanları heç də həmfikir deyildilər. Atası Varaz Qriqor daha çox ərəb asılılığına meyl göstərdiyi halda, Cavanşir özü Bizans imperiyası ilə yaxınlığa üstünlük verirdi. Cavanşir Bizans imperatoru II Kons­tan­tinə məktubla müraciət etdi, onun himayədarlığını qəbul etmək arzusunu bildirdi və müsbət cavab aldı. 654-cü ildə Albaniya ilə Bizans arasında müttə­fiqlik haqqında müqavilə bağlandı. 660-cı ildə Cavanşirin II Konstantinlə ikinci görüşü baş tutdu. Cavanşirin Bizansla yaxınlaşması həm ərəblərə qarşı müharibədə müttəfiq qazanmaq, həm də dövlətin sərhədlərinin xarici bas­qınlardan qorunması məqsədi güdürdü. Bu dövrdə şimaldan xəzərlərin hücumları daha da kəskinləşmişdi. 662-ci ildə Alba­niyaya soxulan xəzərlər Kür sahilində məğlub olub geri qayıtdılar. 665-ci ildə xəzərlər daha böyük qüvvə ilə Albaniyaya hücum etdilər. Xəzərlərin hücumlarının dəf edilməsində çətinlik çəkən Cavanşir onlarla sülh bağlamağa və Xəzər xaqanını qızı ilə evlənməyə məcbur oldu. Xəzərlər qarət edilmiş mal-qaranı, əsir aparılan əhalini geri qaytardılar. Albaniya Xəzər xaqanlığından asılı vəziyyətə düşdü.

Xilafət daxilindəki çəkişmələr iki xəlifənin-Osman ibn Əffanın (644-656) və Əli ibn Əbu Talibin (656-661) öldürülməsi ilə başa çatdı. Haşimilər sülaləsi hakimiyyətdən uzaqlaşdırıldı. Əməvilər sülaləsinin (661-750) banisi, Suriya hakimi I Müaviyə hakimiy­yəti ələ keçirdi. Beşinci xəlifə paytaxtı şimala, Bizans və Qafqaza yaxın olan Dəməşqə köçürdü. Albaniyanın vəziyyəti kəskin şəkildə pisləşdi. Bizans özü ağır günlər yaşadığı üçün Cavanşirə kömək əli uzatmaq durumunda deyildi. Cavanşir xilafətlə yaxınlaşmağı qərara aldı. O, 667-ci ildə Dəməşqə gedib danışıqlar apardı. Yaxşı qəbula baxmayaraq, I Müaviyənin ağır şərtləri ilə razılaşıb, xəzinə gəlirinin üçdə ikisini Xilafətə verəcəyini öhdəsinə götürdü. Bu birtərəfli güzəştlər qarşısında Cavanşir knyaz titulunu, daxili hakimiyyətini saxladı, başlıcası isə ölkəsini ərəb qoşun­larının gözlənilən basqınından qurtardı. Cavanşirin Dəməşqə ikinci səfəri 670-ci ilə təsadüf edir. Bu səfər zamanı Cavanşir böyük hörmətlə qarşı­lan­mış, hətta Bizansdan gələn nümayəndələrlə danışıqlar zamanı Xəlifə ondan vasitəçi olmağı xahiş etmişdi. Xəlifənin isti münasibə­tindən yarar­lanaraq, Cavanşir əhalisindən toplanan verginin miqdarını endirməyə nail olmuşdur. İndi Albaniya yığılan verginin üçdə ikisini deyil, üçdə birini Xilafət xəzinəsinə göndərməli idi. Xəlifə Cavanşirə çoxlu hədiyyələr vermiş, Kür və Araz ərazilərini əhatə edən Sünik knyaz­lığının idarə edilməsini ona tapşırmışdı. Kür çayından şimaldakı alban ərazilərini Xəzər türkləri idarə edirdilər. Cavanşirin uzaqgörən siyasəti Albani­yanı bizanslıların, ərəblərin və xəzərlərin qarətindən qurtardı. Ölkə sabitlik qazandı, inkişaf üçün şərait yarandı, şəhərlər abadlaşdırıldı, gözəl məbədlər inşa edildi. Ticarət yenidən canlanmağa başladı. Lakin Cavanşirin müsəlman ölkəsi Ərəb xilafətilə yaxınlaşması, islam dininə hörmətlə yanaşması, sarayda qərar tutmuş xaçpərəst Bizans tərəfdar­larının ürəyincə deyildi və 681-ci ildə onlar Cavanşirə qarşı sui-qəsd təşkil etdilər. Arxadan ağır qılınc yarası alan Cavanşir üç gün yaralı yatdıqdan sonra dünyasını dəyişdi. Hakimiyyət Cavanşirin qardaşı oğlu Varaz Tridatın əlinə keçdi. Kürəkəninin öldürülməsi ilə bağlı Xəzər xaqanı Alp İlitver Albaniyaya hücum etdi, Qəbələ və Bərdə talan edildi. Varaz Tridat böyük məbləğdə xərac verərək xəzərlərlə sülh bağlamağa məcbur oldu.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin