İlhami Cəfərsoy
İBER VƏ H’AY
FOLKLORUNDA TÜRK MİFİK TƏFƏKKÜRÜNÜN İZLƏRİ
BAKI - 2014
Elmi redaktor: Tofiq Hacıyev
Akademik
Rəyçilər: Seyfəddin Rzasoy
Filologiya elmləri doktoru
Çingiz Qaraşarlı
Filologiya elmləri doktoru
İslam Sabuq
Filologiya üzrə fəlsəfə doktoru
İlhami Yusif oğlu Cəfərsoy. İber və H’ay folklorunda türk mifik təfəkkürünün izləri. Bakı, 2014, 217 səh.
Monoqrafiya iber və h’ay adı altında gizlədilən türk etnoslarının folkloruna, dilinə və etnik tarixinə həsr olunmuşdur.
Əsərdə sübuta yetirilir ki, iber dili indiki gürcülərin, h’ay dili indiki ermənilərin dili deyildir. İberlər və h’aylar iltisaqi dilli olub, Azərbaycan və Anadolu türklərinin qan qohumlarıdır.
Kartli çarı VI Vaxtanqın zamanında – 1709-1736-cı illərdə ayrı-ayrı qəbilə-tayfa dillərində yazılmış salnamələr gürcü dilinə tərcümə olunmuş, ilkin nüsxələri məhv edilmişdir. Eyni qayda ilə ermənilər qıpçaq, bulqar, xəzər dillərində yazılmış ədəbi-tarixi nümunələri öz dillərinə çevirib, orijinalları yandırmışlar.
Nəticə olaraq bildirilir ki, türklər qədim Ön Asiyanın – Troyanın, Şumer, Elam, Misir mədəniyyətinin yaradıcılarından biri olmuşlar.
İSBN . . . . . . . . . . . . . . . . . . . . . .
İlhami Cəfərsoy
Bars dərisi geymiş koma:
Aran eposu
Gürcüstan mədəniyyətinin qızıl dövründə – XII əsrdə yazılan “Bars dərisi geymiş koma” poeması orijinal bir əsər olmayıb, Aran folklorundan tərcümədir.
A
K.ma o qullara deyilirdi ki, 1. gənc aşiq, 2. gözəl oğlan, 3. cəsur döyüşçü, 4. vassal olsun.
ran həm ölkənin, həm də ölkənin hakim nəslinin adıdır. Həmin nəslin böyük qanadları Albaniyanı, kiçik qanadları İberiyanı idarə edirdi. İberiyanın ilk çarı Aran nəslindən Azon olmuşdur. O, eradan qabaq IV əsrin sonlarında makedoniyalıların vassalı kimi İberiyanı idarə etmişdir (Картлись Цховреба 1905. 204; Мамулиа 1979. 181, 182).
Sasanilərin zamanında İberiya Aran hakimi tərəfindən idarə olunurdu. İberiya çarı Vaxtanq Qorq Aslan (446-499) Aran hakiminin bacısı oğlu idi (Джуаншериани 1986. 58, 59; Патканов 3160. 208). O Qorq Aslan ki, onu Mari Brosse və İ.O.Senkovski hansısa türk tayfasının başçısı adlandırırlar (Хантедзе 1970. 83).
M
“Türkmən şəcərəsi”ndə koma sözü qul arvadı, kəniz mənalarında işlənmişdir.
ari Brossenin, O.İ.Senkovskinin, N.Y.Marrın, İ.M.Rubanovskinin tədqiqatları göstərir ki, çoxtayfalı İberiyanın çoxdilli ədəbiyyatını indiki gürcülər yaratmamışlar. Baqrationlar Tiflis müsəlman əmirliyinə gələnə – XI əsrə qədər Aran nəsilləri burada Kala, Ucarma, Bazar, Kərəm, Safar şəhərlərini salmış, kitabxana işinin, tərcüməçiliyin əsasını qoymuşdular.
İslamiyyətin və xristianlığın yanaşı yaşadığı bu ölkədə bir-birindən fərqli iki ədəbiyyat yaranırdı. Monastırlarda müqəddəs kitabların üzü köçürülür, mədrəsələrdə Aran folklorunun və Şərq ədəbiyyatının seçmə nümunələri yerli dillərə tərcümə edilirdi (Джанашвили 1900. 20, 70, 77).
Tərcümə işi baqrationların zamanında da davam etdirilirdi. Onlardan biri Şota Rustavelinin “Bars dərisi geymiş koma” əsəridir. Əsər yanlış olaraq Azərbaycan dilinə “Pələng dərisi geymiş pəhləvan” adı ilə tərcümə olunmuşdur. Pələng və bars ayrı yırtıcı heyvanlardır. Koma isə pəhləvan yox, vassal deməkdir. Əsərin baş qəhrəmanları Tariyel də, Aftandil də komadır – Ərəbistan və hind şahlarının vassallarıdır (Марр 1910. X, XIV, XV).
Q
İber salnaməsindəki koma qul deməkdir.
ədim İberiya salnamələrində koma etnoqrafik termini k.ma kimi yazılır. N.Y.Marr yazır: – İber salnaməsindəki k.ma pəhləvan yox, qul deməkdir. O qullara koma deyilirdi ki, 1. gənc aşiq, 2. gözəl oğlan, 3. cəsur döyüşçü, 4. vassal olsun ( Марр 1985. 228-229; Марр 1910. X, XI, XIII). Buna uyğun olaraq türk dillərinin tarixi leksikasında koma, yəni kəniz, qul arvadı sözləri vardır (Кононов 1958. 50).
Ə
Komaqena məbədində komalar – kəniz qadınlar xidmət edirlər.
bülqazi Bahadur xanın “Türkmən şəcərəsi”ndə koma sözü qul arvadı, kəniz mənalarında işlənmişdir (Кононов 1958.50). Buna uyğun olaraq Şumer gil lövhələrində geme sözü var. Geme həmin yazılarda “qul qadın”, “kəniz” deməkdir (Канева 1996. 23). Bu kimi faktlar tələb edir ki, qədim gürcü poetik mətnlərinin dili yalnız Qafqaz dillərinin yox, eyni zamanda türk dillərinin tarixi leksikası əsasında öyrənilsin.
Koma etnotoponimləri türk xalqlarının yaşadıqları çox böyük coğrafi ərazilərdə mövcud olmuşdur. Kuban çayının tarixi adlarından biri Kuma idi (Апостолова 1897. 126). İ.İ.Şopen yazır ki, İrəvan quberniyasında Kuma adlı çay var. Kuma çayı “kəniz çayı” deməkdir (Шопен 1866. 19).
Fikrimizcə, koma sadəcə kəniz deyil. O daha qədim etnoqrafik termin olub, qadına sitayişlə bağlıdır. Çünki yunanların Komaqena adlandırdıqları Kuma e.ö. II-I minilliklərdə Anadolunun ən böyük qadın məbədlərinin yerləşdiyi ölkə idi (Меликишвили 1960.429; Нойман 1980. 352). Türk dillərinə qohum olan Şuşa (Suziana) və Xatti yazılarında da kuma sözü “kəniz” anlamında işlənmişdir. Şota Rustavelinin poemasının tarixi əhəmiyyəti ondadır ki, orada qadına sitayişin əski, çox əski izləri qalmaqdadır.
O ki qaldı koma sözünün gürcü mənbələrində k.ma kimi yazılmasına, burada təəccüblü bir şey yoxdur. Çünki gürcü dilində çox zaman sözlərin birinci və ikinci hecalarının saitləri yazılmır. Nəticədə Metex şəhərinin adı Mtsxeti, Tubal etnonimi Tbilisi formasına salınır.
Koma sözü gürcü dilinə türk dillərindən keçmiş, gürcü dövlət sənədlərində XIX əsrədək “vassal” mənasında işlənmişdir. Çar VI Vaxtanqın “Qanunlar”ında mərkəzi hakimiyyətdən asılı olan vilayət hakimləri k.ma adlandırılır (Законы Вахтанга VI 1980. 50).
Ş
Tariyelin atası Sarı Dan əslən Xatayetidən – Çin Türküstanındandır.
ota Rustavelinin əsərində koma titulunun daha 2 formasına təsadüf edirik: si+k.ma “gənc aşiq-cəngavər”, mo+kma “böyük aşiq-cəngavər” (Марр 1895. 228-229; Марр 1910. X-XIII).
Poemanın baş qəhrəmanlarının ikisi də komadır, yəni aşiq-vassaldır. Tariyelin atası Sarı Dan əslən Xatayetidən – Çin Türküstanından olub, Hindistanın bir vilayətini ələ keçirmiş, sonra Hind şahının vassalına çevrilmişdir (Шота Руставели 1982.46, 47).
İ
Əsərdə Gürcüstanla bağlı kəlmə belə yoxdur.
kinci qəhrəman Avtandil Xoşbəxt Ərəbistanın şahının vassalıdır. Eyni zamanda şah qızının qulu-komasıdır (Марр 1910. XIV, XV).
D.Z.Bakradze, M.Q.Canaşvili və b. yazırlar ki, poemanın əsas ideyası sevgi və vətənpərvərlikdir. Əslində isə əsərdə vətəndən, Gürcüstandan kəlmə belə yoxdur. Poema başdan-başa ülvi sevgi və aşna-vassal süjeti üzərində qurulmuşdur.
Gürcü tarixçiləri ilə eyni fikirdə olan Dilarə Əliyeva poemanın Azərbaycan dilinə tərcüməsinə ön sözündə yazır: – Əsərin əsas ideyası vətənpərvərlikdir. O, bütünlükdə XII əsr Gürcüstan həyatının, ənənələrinin, arzu və istəklərinin ifadəsidir (Şota Rustaveli 1988. 4-5).
Ə
Əsərin tarixi kökləri Ran, yəni Aran poetik düşüncəsindən gəlir.
ksinə, əsərin tarixi kökləri Ran, yəni Aran ərənlik fəlsəfəsindən gəlir. Əsərin əsas ideyası vətənpərvərlik yox, cəngavərlikdir. Özü də o, indiki gürcülərin deyil, İberiyanın qədim sakinlərinin – Эreti əhalisinin arzu və istəklərinin ifadəsidir.
B
“Bars dərisi” poemasının ideyası tanrıya, krala və qadına sədaqətdir (Mari Brosse).
əzi Azərbaycan və gürcü alimlərindən fərqli olaraq hələ 1895-ci ildə N.Y.Marr yazırdı ki, Şota Rustavelinin poeması hər cür milli hisslərdən və vətənpərvərlikdən uzaqdır. Əsərin əsas ideyası aşna-vassal münasibətləridir (Марр 1895, 228-229). Həmin fikri bir qədər yumşaq şəkildə fransız şərqşünas-alimi Mari Brosse irəli sürmüşdür. Akademik M.Brosse 1828-ci ildə Asiya Сəmiyyətində etdiyi məruzəsində bildirirdi ki, “Bars dərisi” poemasının ideyası tanrıya, krala və qadına sədaqətdir (Буачидзе 1983, 96).
A
Əsər İslam dininə hörmət ruhunda yazıldığına görə, kilsə şairi lənətləyir, təqib edirdi.
vropanın digər tədqiqatçıları da poemanı milli hisslərdən uzaq bir əsər hesab edirlər. Roland Aristo yazır: – “Bars dərisi” qeyri-milli əsərdir. Onun ruhu müəyyən dərəcədə italyan ruhuna bənzəyir. M.Q.Canaşvili həmin fikirlə razılaşmasa da (Джанашвили 1900. 85), əsərdə gürcülərə və xristianlığa aid bircə işarəyə təsadüf etmirik. Əsərin əsas surətləri müsəlman, hadisələrin baş verdiyi yer Ərəbistan, Hindistan və Xatayeti – Çin Türküstanıdır.
M.Y.Marr yazır ki, əsərin əsas ideyası qadına sitayiş, qadın qarşısında itaətdir. Avropa cəngavərlik romanlarında olduğu kimi, burada da hər fəsildə qadına ehtiram, qadına hörmət aydın görünür (Марр 1910. I).
“Bars dərisi” müəyyən mənada Avropa cəngavərlik romanlarına bənzəsə də, özünün şərq ruhu və düşüncəsi ilə onlardan fərqlənir. Əsər İslam dininə hörmət və azad sevgi ruhunda yazıldığına görə, kilsə şairi lənətləyir, təqib edirdi. Saray tərəfindən himayə olunmasına baxmayaraq kilsə şairdən əl çəkmirdi. Onların gözü qarşısında katolikos I Antoni əmr etmişdi ki, poemanın əlyazmalarını Kür çayına atsınlar (Шота Руставели 1885.1-2). Bu baxımdan Şota Rustaveli ərəblərin Uzra məhəbbət şairlərinə və Finikiyanın Astara kahinlərinə ruhən daha yaxındır. M.Q.Canavşili yazır ki, bəziləri Şota Rustavelini İran və yunan təsiri altında olan şair sayırlar, belə deyil. Əsəri düzgün başa düşmədiklərinə görə, din xadimləri şairi təqib edirdilər (Джанашвили 1900. 83, 92).
Ə
Gürcülərin katolikosu I Antoninin fitvası ilə Şota Uruztavelinin əlyazmalarını Kür çayına atdılar.
slində çariça Tamarın və aşnalarının həyat tərzinə nifrət edən keşişlər əsərin ideyasını düzgün başa düşürdülər. Ona görə də Rustavelini, Çaxruxadzeni, Tmoqvelini ölkədən qovur, oda atıb yandırırdılar.
Мы в стихах Мосе Хонели Амирана узнаем.
Прочитав Абдул Мессию дан Шавтели воздаем
Деларгета пел Тмогвели, сожигаемый огнем,
Тариела Руставели, горько плачущий о нем.
(Шота Руставели 1982, 330).
Söz yox ki, şairin yaradıcılığına Suriya, Xaldey şairlərinin və Afina filosoflarının təsiri olmuşdur. XI əsrdən başlayaraq Gürcüstan sarayı qərb yönümlü siyasət yürüdürdü. Qurucu Davidin sərəncamı ilə hər il Yunanıstana təhsil almağa 12 gənc oğlan göndərilirdi. Güman edilir ki, həmin gənclərdən biri Şota Rustaveli olmuşdur (Буачидзе 1983. 281).
M.Q.Canaşvili yazır ki, Şota Rustaveli Xaldey və Suriya peyğəmbərlərinin şeirlərinin tərcümələri ilə tanış idi. Çox ehtimal ki, poemanı yazarkən həmin şeirlərin təsiri altında olmuşdur (Джанашвили 1900. 90). Belə hesab edirik ki, Şota Rustavelinin və digər azad düşüncəli şairlərin təqib olunmasının səbəbini burada axtarmaq lazımdır. Həmin şairlərin cəngavər-feodal əxlaqı kilsə-monax əxlaqına uyğun gəlmədiyinə görə (Джанашвили 1900. 89; Марр 1910. 51) onlar vətənlərindən didərgin salınır, odda yandırılırdılar.
N
Bəzilərinə görə, “Bars dərisi”nin süjeti İran folklorundan gəlmədir. Ancaq İran ağız ədəbiyyatında belə bir süjet yoxdur.
.Y.Marr yazır: – Deyilənə görə, “Bars dərisi”nin süjeti İran folklorundan gəlmədir. Ancaq İran ədəbiyyatında belə bir süjetə təsadüf etmirik. Çox ehtimal ki, şair əsərin gürcü folklorunda yayılan bir süjetinin tərcüməsindən istifadə etmişdir (Марр 1895. 228-229; Марр 1910. I).
Şair əsərin süjetini İran ədəbiyyatından deyil, özünə anlaşıqlı olan Aran folklorundan götürmüşdür. Qədim iber və orta yüzil gürcü salnamələrində həm Aran, həm İran adları Ran formasında yazıya alınırdı (Патканов 3160.225; Картлис Цховреба 1905.204; Дондуа 1967. 36; Джуаншериани 1986. 9, 63).
Düzdür, XII-XVII əsrlərdə İran ədəbiyyatının ən yaxşı nümunələri gürcü dilinə tərcümə edilmişdir. Bunlar “Rostomiani”, “Cimşidiani”, “Miriani” (Mehr və Müştəri), “Şahnamə”, “Rusudaniani” və başqalarıdır (Марр 1895.227, 228, 229, 233; Буачидзе 1983, 61, 78). Onların içində “Bars dərisi” poeması yoxdur. N.Y.Marr yazır:– Ümid edirəm ki, gec və ya tez, nə zamansa Gürcüstanın qədim əlyazmaları arasından “Bars dərisi”nin ilkin nüsxəsi tapılacaq. O zaman biz süjetin hansı xalqa məxsusluğu haqqında son sözü deyə biləcəyik (Марр 1895. 229; Марр 1910. I).
Qədim yazılı abidələrdə Aran, orta yüz il xristian salnamələrində Eran kimi yazıya alınan İran farsların ölkəsi deyil. Aran vilayətinin əhalisinin farsdilli olmadığını V-X əsr erməni, fars və ərəb tarixçiləri dəfələrlə bildirmişlər. VII-X əsr ərəb tarixçiləri yazırlar ki, Azərbaycan və Ərməniyyənin dili ərəb və fars dilləridir. Ancaq Bərdə və ətrafındakı kəndlərdə Aran dilində danışırlar (Fazili 1984. 127; Vəlixanlı 1974. 48).
Bərdə Aran vilayətinin mərkəzi şəhəri, Ereti Er və Aran nəsillərinin qədim yurdu idi. Hətta sasanilər dövründə İberiya Bərdədən idarə olunurdu. İberiyanın qüdrətli çarlarından biri Vaxtanq Qorq Aslan Aran hakiminin bacısı oğlu idi (Буачидзе 1983. 153). O Qorq Aslan ki, O.İ.Senkovski onu hansısa türk tayfasının başçısı adlandırır (Хантадзе 1970. 83). Aran hakiminin göndərdiyi 12 minlik qoşun olmasaydı, Qorq Aslan İberiya üzərində hakimiyyətini qura bilməzdi. Bu barədə nə qədər üzərində əl gəzdirilsə də, sonrakı gürcü salnamələrində bilgilər qalmaqdadır (Джуаншериани 1986. 63, 80). “Kartlis tsxovreba” da göstərilir ki, Aran Kartvellərin çarı idi. Aranın oğlu Azon Makedoniyalı İskəndərin vassalı kimi Metexdə çar oldu və İberiyanı 24 il idarə etdi (Картлис цховреба 1905.204; Мамулиа 1979.182).
A
Vaxtanq Qorq Aslan Aran hakiminin bacısı oğlu idi.
Poema yalnız gürcülərin poetik dastanı deyil, çoxmillətli Gürcüstanın çoxdilli xalqlarının ədəbi abidəsidir.
zonın ölümündən sonra hakimiyyətə gələn Parnauz (Вермишев 1904. 102) Aran nəslinin Metexdəki bütlərini sındırmadı. Öz bütlərinin yanında Aran nəslinin bütlərini saxladı. Bu o deməkdir ki, ölkədə müxtəlif etnosların konsolidasiyası nəticəsində yeni dövlət yarandı. Yeni dövlət ən güclünün mütləq ağalığı ilə deyil, qohum və yad etnosların qardaşlaşması ilə quruldu (Мамулиа 1979. 176-179).
F
Aran İbrahim peyğəmbərin qardaşıdır. Onun qəbri Ur şəhərində indiyəcən durur (Иосиф Флавий).
ikrimizcə, poemanın süjeti İran əfsanələrindən yox, iberlərlə qardaşlaşan, ortaq dövlət quran Aran nəslinin ağız ədəbiyyatından gəlmədir. Bunu duyan N.Y. Marr yazır ki, poema yalnız gürcülərin poetik dastanı deyil, çoxmillətli Gürcüstanın çoxdilli xalqlarının ədəbi abidəsidir.
Aran nəsli e. ö. III əsrin əvvəllərinə – İberiyada hakimiyyəti ələ alana qədər uzun bir alplıq və ərənlik yolu keçmişdir. Yəhudi tarixçisi İosif Flavi (I əsr) yazır ki, Aran İbrahim peyğəmbərin qardaşıdır. Onun qəbri Hələb ölkəsinin Ur şəhərində indiyəcən durur (Иосиф Флавий 52390.32-33). Bəzi tarixi mənbələrdə isə Aran İbrahim peyğəmbərin oğludur (Вигуру 1897. 474-475). Nəzərə alsaq ki, hər üç dinin müqəddəs peyğəmbəri olan Avraham miladdan qabaq XIX əsrdə yaşamışdır, Aran nəslinin Ön Asiyanın ən qədim sakinlərindən biri olduğuna şübhə yeri qalmaz.
İ.İ.Şopen Ernst Renana (Эрнст Ренан IV.77) istinadən yazır ki, Aranın adını samilər öz dillərinə çevirərək Misraim (Misir adı burdandır) şəklinə salıblar. Aran Oğuz, yəni öküz totem adının başqa bir formasıdır (Шопен 1866. 204-205). Aran etnik adının kökündə ar sözü durur. Mahmud Kaşğari yazır ki, ar Arqu dilində buğa deməkdir (MK IV. 2006. 38).
D
Şota Rustavelinin surətləri kilsəyə deyil, məscidə ibadətə gəlirlər. Tariyelin atasının yasında Quran oxunur.
üzdür, Aran dilində qədim mətnlər bizə gəlib çatmamışdır. Yalnız ayrı-ayrı kitabələrdə sözlər qalmışdır ki, həmin sözlər Aran dilinin arxaik türk dillərindən biri olması fikrini söyləməyə bəs edir. Aran dilində göyə gök, yerə yir, suya suy, süvariyə atli, vulkana atma, qartala kuş və s. deyilirdi (Шопен 1866. 9, 111, 113, 143, 384; Мещанинов 1927. 4, 7, 8).
G
Şairin poeması xristian ehkamlarından azaddır. Əsərin ruhu İslam ruhudur.
ürcü din xadimlərinin qısqanclığına səbəb həm də o idi ki, poema İslam dininə, adətlərinə dərin rəğbətlə yazılmışdır. Əsərin əsas surətləri müsəlmandır. Poemanın baş qəhrəmanları kilsəyə deyil, məscidə ibadətə gəlirlər. Tariyelin atasının yasında Quran oxunur (Шота Руставели 1982. 75, 113).
N.Y.Marr yazır: – Poema hər cür xristian ehkamlarından azaddır, əsərin ruhu İslam ruhudur (Марр 1910. I). Onda belə bir sual qarşıya çıxır: – Şair müsəlmandırsa, nəyə görə ömrünün sonunu sürgündə Qolqof monastırında keçirmiş (Джанашвили 1900. 89), Yerusəlim mədrəsələrindən birində başa vurmamışdır?
Düşünürük ki, bu, şairin əvvəl İslam dininə iman gətirib, xristian dinini sonradan qəbul etməsi və ya bir zaman əcdadlarının müsəlman olması ilə bağlıdır. Şota Rustaveli çariça Tamarın atası III Georgi ilə vuruşan vilayət hakimi Şota Arçovadzedirsə, o, əvvəllər xristian deyildi. Həmin Şota Arçovadze baqrationlarla uzun zaman döyüşmüş, sonra qaladan çıxaraq təslim olmuşdu (Джанашвили 1900. 92).
N
Şah İsmayılın və
Şah Abbasın dönəmində Tiflis müsəlman şəhəri olmuşdur (P.İoseliani).
əzərə alsaq ki, xırda fasilələrlə 644-cü ildən 1121-ci ilə qədər Tiflis, Ucarma, Safar, Kərəm müsəlman şəhərləri idi (Сенковский 1859. 170, 174-175, 195; Ибн Хордадбех 1986. 297), ən azı şairin əcdadlarının xristian olmadığını düşünmək olar. Tiflis cəmi 105 il – 1121-1226-cı illərdə xristianların şəhəri ola bilmişdir. Sonra gürcülər Xarəzmşah Cəlaləddinə məğlub oldular, 1127-ci ildə şəhəri yandırıb dağlara qaçdılar (Вермишев 1904. 29). Bundan sonra onlar yüz illərlə İslam mədəniyyətinin təsiri altında yaşadılar və şərq ədəbiyyatının seçmə incilərini öz dillərinə tərcümə etdilər (Сенковский 1859. 169-175; Хантадзе 1970. 102; Вермишев 1904. 6, 8, 75, 77). XIX əsrdə yaşamış görkəmli gürcü tarixçisi və arxeoloqu Platon İoseliani yazır ki, sonralar Şah İsmayılın və Şah Abbasın dönəmində də Tiflis müsəlman şəhəri olmuşdur (Бакрадзе 1870. 85).
İvan Ratişvili belə hesab edir ki, poemanın folklor variantında xristian elementləri çox imiş, Şota Rustaveli onları müsəlmanlaşdırmışdır (Marr 1910. II). Əgər doğrudan da belədirsə, xristian şairi nə vadar edirdi ki, əsərin məzmununu və ideyasını dəyişsin?
D
Gürcüstanda kilsə ilə saray bir-birini sevmirdi.Kilsə və saray ədəbiyyatı birləşib vahid gürcü ədəbiyyatına çevrilmədi (akad. Marr).
üşünürük ki, dönmə Şota Rustaveli öz müsəlman əсdadlarını unutmadığına görə, İslam aləminə sevgisini gizlətməmişdir. Əsərdəki Patma ərəbcə Fatmanın, Usan Hüseynin, Kais Qeysin, Micnun Məcnunun (Шота Руставели 1982. 46, 332, 382) gürcüləşmiş formasıdır. Başqa bir səbəb odur ki, heç I Tamar şairlərdən monastır monaxlarının ruhuna uyğun əsərlər yazmalarını tələb etmirdi. O, şairlərə hədiyyələr verirdi ki, hakim nəsillərin istəklərinə uyğun gözəllik və cəngavərlik romanları yaratsınlar. O dövrdə kilsə sarayı, saray kilsəni sevmirdi. Hətta iş o yerə çatmışdı ki, yüksək rütbəli keşişlər 1184-cü ildə çariça Tamarın tacqoyma törəninə qatılmamışdılar (Джанашвили 1900. 40-49).
T
Saraya yaxın olan şairlər Aster və Karam (Əsli və Kərəm) sevgisini tərənnüm edirdilər.
Qurucu Davidin qızı Şirvanşahla sevişirdi. Həmin sevişmənin Gürcüstanın güclənməsində və Azərbaycanın zəifləməsində az rolu olmamışdır.
amar monax və keşişlərin yox, hərbçi feodalların dəstəyi ilə hakimiyyətə gəlmişdi. Müxtəlif millətlərin nümayəndələri olan hərbçi feodallar dindar xristianlardan fərqli bir həyat tərzi keçirirdilər. Həmin həyat tərzi Aran və Kənan yaşamının, düşüncəsinin davamı idi. Çaxruxadze, Tmoqveli, Rustaveli, Musa Xoneli kimi dünyəvi şairlər Aran və Kənan folklorundan gələn Aster və Karam (Əsli və Kərəm) sevgisini tərənnüm edirdilər. Həmin sevgini öz həyatında yaşayan çariça Tamar onları mükafatlandırırdı.
Hələ eradan öncə I minilliyin əvvəllərində Kənan mənşəli Tir çarları öz qızları İzebeli və Ateli Samaria sarayına ərə vermiş, bu yolla qonşu ölkələri özlərinə tabe etmişdilər. Yaxud çariça Tamarın ulu babası Qurucu David (1084-1125) qızının Şirvanşahla sevişməsinə şərait yaratmışdı (Меликсетбеков 1939. 8-9). Həmin sevişmənin Gürcüstanla Şirvanın yaxınlaşmasında və Azərbaycanın zəifləməsində az rolu olmamışdı.
Q
Şota Rustavelinin poemasına dəfələrlə əlavələr edilmiş (Mari Brosse), əsərin orijinalı yoxa çıxmışdır (Vermişev).
urucu Daviddən sonra III Georgi, I Tamar və Rusudan həmin siyasəti davam etdirdilər. Tamarın və qızı Rusudanın ərlərindən başqa çoxsaylı aşnaları vardı (Бакрадзе 1870.39; Джанашвили 1900. 25).
Akademik Mari Brosse yazır ki, Şota Rustavelinin poemasına dəfələrlə əlavələr və düzəlişlər edilmişdir (Буачидзе 1983, 266, 267; Хантадзе 1970. 102). Ancaq yenə də orada şərq və müsəlman dövlətçiliyindən gələn çoxsaylı titullar, vəzifə adları qalmışdır. Vazir-vəzir, spasalar-qoşun başçısı, Koran-Quran, Kəbə-müqəddəs yer, zaradxana-silah anbarı, çanq-cəng, maydan-meydan, nay-balaman və s. (Марр 1910. 26; Бакрадзе 1887. 6; Шота Руставели 1982. 113, 331, 333).
Əsərdə qədəh anlamında ayaq, eşikağası mənasında eşikaqas etnoqrafik terminləri işlənmişdir (Şota Rustaveli 1988.102). Tacir arvadı Patma poemada gah xatun, gah xanım titulu ilə verilir (Шота Руставели 1982. 222, 265, 333). Quş adlarından turac əsərdə bir neçə dəfə təkrar olunur. Ancaq əsəri nəşrə hazırlayanlar onun türk sözü olması barədə bir söz demirlər (Шота Руставели 1982. 332). Bircə onu qeyd edirlər ki, turac yalnız Qafqazda yaşayan ov quşudur.
Şota Rustaveli Xatayetinin hökmdarını xan adlandırır (Шота Руставели 1982. 95). Xatayeti Kitay türklərinin ölkəsidir. İbn-əl-Əsir (XIII əsr) “Əl-kamil-fi-t-tarix” əsərində yazır: – Xatay Çinin bir mahalının və Xəta türklərinin adıdır (İbn-əl-Əsir 1959. 50). Mahmud Kaşğarinin lüğətində deyilir: - Çin adlanan ölkə üçdür. Orta Çinə Xitay deyirlər (MK IV. 2006. 726).
X
Xatay və Kaşğar
ölkələri indiki Suriya və Turkiyə arasında idi.
Çovkan VII əsrdə Azərbaycanda oynanırdı. Tarixçi Sebeos bu haqda məlumat verir.
atay eyni zamanda Türkiyə ilə Suriya arasındakı qədim mahalın adıdır. Şota Rustaveli Xatayeti deyərkən onlarn hansını nəzərdə tutur, bu məlum deyil. Məlum olan odur ki, həm Çin Türküstanında, həm də Şimali Suriyada Xatay və Kaşğar adlı mahallar, şəhərlər olmuşdur. E.ö.II minilliyə aid Xett və e.ö.I minilliyə aid Urartu kitabələrində Xatay mahalının adı Xate, Kaşğar şəhərinin adı Kaşqar kimi yazıya alınmışdır (Арутюняи 1985. 122, 237; Меликишвили 1960. 429). Şah İsmayıl Xətayi Suriyadan Ərdəbilə köçürülən xataylardan çıxmışdır (Cəfərsoy 2010. 263-265).
Şota Rustavelinin poemasında çokan oyun adı var. Azərbaycan dilinə tərcümədə o söz top oyunu kimi verilmişdir. Rus dilinə tərcümələrdə isə onun orijinala yaxın çovkan forması saxlanılmışdır. N.Y. Marrın fikrincə, çokan fars dilindəki covkan sözündəndir (Марр 1910. 40). N.Y.Marr nəzərə alınır ki, çovkanı oturaq farslar yox, atlı türklər oynayırdılar. Çovkan türk dillərindəki çovumaq felindən törəmişdir. Fars dilində belə söz yoxdur.
Ş
Kaşğar nəslindən çıxan yepiskoplardan biri VII əsrin əvvəllərində İran xristianlarının başçısı olmuşdur.
ota Rustavelinin poemasında Siren mifoloji obrazı var. Siren cənnətdə şirin səslə oxuyan quşlara deyilir (Шота Руставели 1982. 332). Gürcü həmkarından fərqli olaraq Nizami Gəncəvi Şirinin adını şirinliklə bağlayır və onu şəkərlə müqayisə edir.
Şota Rustaveli Şirin obrazının daha arxaik variantını dünyəvi ədəbiyyata gətirmişdir. Onun kilsə xadimləri tərəfindən lənətlənməsinin bir səbəbi də budur. Kilsələr sinaqoqlarla müqayisədə Astarta-Afrodita sevgisinə qarşı daha kəskin mübarizə aparırdı.
Ş
Poemada Aran və Qurd dillərinin sözləri o qədər çox idi ki, çar VI Vaxtanq onu yenidən redaktə etdi.
ota Rustaveli Türküstan xanının arvadını İtiçine adlandırır (Марр 1895. 229). Əslində İtiçine, yəni itiçənə, zəvzək xanımın adı deyil, ləqəbidir. V.V.Radlov çine sözünün türk dillərində çənə mənasında işləndiyini göstərmişdir. Əgər Şota Rustavelinin poemasının redaktə olunmamış variantları əlimizdə olsaydı, biz orada daha çox Aran sözləri tapa bilərdik.
Poema Aran dilinin və düşüncəsinin izləri ilə o qədər zəngin idi ki, çar VI Vaxtanq 1712-ci ildə onu yenidən redaktə etdi. Daha doğrusu, redaktə etmədi, əsərdə qalmış bütün qeyri-gürcü beytləri mətndən çıxartdı.
İ
Çar VI Vaxtanq əsəri redaktə etməmişdir, redaktə adı altında onun ən qiymətli beytlərini qayçılayıb atmışdır (İ.M.Rubanovski).
.M.Rubanovski poemanın Peterburqun “Academia” nəşriyyatı tərəfindən çap olunan 1937-ci il nəşrinə ön sözündə yazır: – Çar VI Vaxtanq əsəri redaktə etməmişdir, redaktə adı altında onun ən qiymətli fəsillərini və beytlərini qayçılayıb atmışdır (Шота Руставели 1937. 18-19). Gürcü tədqiqatçıları son dövrdə nəşr etdirdikləri əsərlərdə belə bir iddianı əsaslandırmağa çalışırlar ki, əsərin dəyərli hissələrini çar VI Vaxtanq kəsib atmamışdır. Əlyazmanın üzünü köçürən şair-katiblər poemanın təsirindən vəcdə gələrək ona özlərindən beytlər, misralar artırmışlar (Буачидзе 1983. 283).
Akademik Mari Brosse hələ XIX əsrin əvvəllərində gürcü salnamələrində belə əlavələrin olduğunu müşahidə etmişdi. Görmüşdü ki, həmin abidələrin fəsilləri arasında gürcü əlifbası ilə yazılmış türk dilində mahnılar var (Буачидзе 1983. 283).
B
Mari Brosse gürcü dilli mətnlərdə türkcə mahnılar tapmışdır.
A.İ.Saraçişvili poemada 13 şübhəli beytin olduğunu sübuta yetirmişdir.
elə çıxır ki, Şota Rustavelinin və digər şairlərin əsərlərinin üzünü köçürənlər arasında yerli xristian türk şairləri olmuşdur. “Bars dərisi”nə artırmaları Mari Brossedən başqa A.İ.Saraçişvili də görmüşdür. O, ilk olaraq poemada 13 şübhəli beytin olduğunu sübuta yetirdi (Марр 1910. III). Əsərin 1712-ci ildən öncəki nüsxələri əlimizdə olsaydı, biz birmənalı şəkildə deyərdik: – “Bars dərisi geymiş koma” Aran epik dastanı olub, Şota Rustaveli tərəfindən Qurd dilinə tərcümə edilmişdir. Şair özü əsərin başlanğıcında bunu etiraf edir. Ancaq poemanın sətri tərcüməsini hazırlayan gürcü mətnşünasları Ran, yəni Aran adını İran, Qord adını qurci kimi yazaraq diqqəti yayındırmışlar.
Bu bir İran dastanıydı, dolaşırdı dildə-dilə,
Onu gürcü dilində mən şerə saldım bilə-bilə/
Эта повесть из Ирана занесенная давно,
По рукам людей катилась, как жемчужное зерно.
(Шота Руставели 1982. 8).
Gürcü salnamələrindəki Ran (İоселиани 1860. 24; История Грузии 1946. 216), Albaniya tarixindəki Aran, Eran və İrank (История Aгвaн 1861. 31.71, 90, 136) Albaniyanın Aran vilayətinin adıdır. Şota Rustavelinin zamanında İran deyəndə indiki İran yox, bütünlükdə Qarabağ və Cənubi Azərbaycanın Əraq mahalı başa düşülürdü.
İ
VI Vaxtanqdan sərəncamı ilə yalnız Şota Rustavelinin poemasına yox, “Kartli çarlarının tarixi”nə də əlavələr edilmişdir (Mari Brosse).
.M.Rubanovski yazır: – “Bars dərisi” 1937-ci ilə qədər 30 dəfə nəşr olunmuşdur. Bütün nəşrlər fəsillərin və beytlərin sayına görə bir-birindən fərqlənir (Шота Руставели 1937. 18). Həmin fikri daha əsaslı şəkildə M.İ.Brosse söyləmişdir. Fransız şərqşünası 1828-ci ildə Asiya Cəmiyyətində məşhur məruzəsində bildirmişdir ki, “Bars dərisi”nə xeyli əlavələr edilmişdir (Хантадзе 1970. 102). M.İ.Brosse yazır ki, VI Vaxtanqdan sərəncamı ilə yalnız Şota Rustavelinin poemasına yox, “Kartli çarlarının tarixi”nə də əlavələr edilmişdir. “Kartlis tsxovreba” 1709-cu, “Bars dərisi” 1712-ci ildə yenidən işlənmişdir (Хантадзе 1970. 122-123).
S
“Bars dərisi” 1937-ci ilə qədər 30 dəfə nəşr olunmuşdur. Bütün nəşrlər fəsillərin və beytlərin sayına görə bir-birindən fərqlənir.
VI Vaxtanqın sərəncamı ilə yalnız Şota Rustavelinin poemasına yox, “Kartli çarlarınınm tarixi”nə də əlavələr edilmiuşdir (Mari Brosse).
onra şahzadə Vaxuşti ixtisarla atası Vaxtanqın redaktə etdiyi nüsxənin üzünü köçürmüş (Сенковский 1859. 173), əsər bizə 2-ci düzəlişdən sonra çatmışdır.
X.A.Vermişev yazır ki, VI Vaxtanqın əmrilə redaktə olunan qədim əlyazmaların heç birinin ilkin nüsxəsi əlimizdə yoxdur (Вермишев 1904. 89).
Hər şey gün kimi aydındır: – Əlyazmalarda Aran dili və tarixi üçün qiymətli bilgilər olmasaydı, onlar çarın sərəncamı ilə məhv edilməzdi.
Ç
VI Vaxtanqın əmrilə redaktə olunan qədim əlyazmaların heç birinin ilkin nüsxəsi bizə gəlib çatmayıb.
ar VI Vaxtanq poemanın 48, 49, 50-ci fəsillərinin nəşrinə icazə verməmişdir (Шота Руставели 1937. 19). Buna səbəb nə idi? Güman edirik ki, buna səbəb son fəsillərdə əsərin Aran mənşəyinin açıq-aşkar bilinməsi olmuşdur.
V
VI Vaxtanq öz əli ilə əsərin 22 beytini qayçılayıb atmışdır (V.Rubanovski).
I Vaxtanq öz əli ilə əsərin 22 beytini qayçılayıb atmışdır (Шота Руставели 1937. 19). Özü də həmin beytlərin beşi əsərin nəticə hissəsindən çıxarılmışdır. Nəzərə alsaq ki, nəticə cəmi 15 beytdən ibarət idi, onun beşinin kəsilib atılması o deməkdir ki, son fəsildəki məzmun əsaslı şəkildə dəyişdirilmişdir.
Əsərin nəticə hissəsində göstərilir ki (doğrudan da əlyazmada göstərilibsə), şair milliyyətcə Mesxdir (Бакрадзе 1870. 34). Gürcü salnamələrində Mesx formasına salınmış etnonim “Bibliya”nın xalqlar cədvəlindəki Meşexdir. Meşex və ya Metex tayfası İudeya sınırlarından Qafqaza köçərək Mtsxeti şəhərini salmışdır (Патканов 3160. 240, 245).
“Albaniya tarixi”nə görə Meşex, yəni Metex Yafəsin oğludur. Deməli, o, iberlərin (Baqration mənşəli indiki gürcülərin yox) əcdadlarından biridir. Quram Lordkipanidzenin fikrincə, Metex Şərqi İber tayfasıdır. Onlar e. ö. III əsrdə Kür çayı boyunda yaşayırdılar (Лордкипанидзе 1978. 20). Metexlər İber etnosudursa, onun indiki İudeya mənşəli gürcülərə nə aidiyyatı var? Kerop Patkanova görə, Metex Misirdəndir. O, gürcülərə qohum deyil (Вермишев 1904. 78).
Q
Vaxtanq Qorq Aslanın (446-499) dönəmində şəhər Meşex və ya Mtsxeti yox, Metex adlanırdı.
ədim “İber salnaməsi”nə görə, Metex şəhərini Kartlosun oğlu Metex tikdirmişdir. Belə hesab edirik ki, eponimin “Bibliya”dakı Meşex yox, İber salnaməsindəki Metex forması daha düzgündür. Çünki sonrakı mənbələrdə şəhər Meşex yox, Metex adlandırılır (Габашвили 1949, 19; Буачидзе 1983. 214). Gürcüstanlı soydaşlarımız indi də həmin şəhərə Metex deyirlər.
Vaxtanq Qorq Aslanın (446-499) dönəmində şəhər Meşex və ya Mtsxeti yox, Metex adlanırdı. V.Qorq Aslan 455-ci ildə Tiflis şəhərini saldırıb, inzibati mərkəzi ora köçürtdü. Metex şəhəri dini mərkəz kimi uzun müddət qalmaqda davam etdi (İоселиани 1866. 9-12). Qeyd etmək lazımdır ki, əsərdə şair özünü Metexli Şota adlandırmır, Rustavlı Şota adlandırır.
P.İoseliani yazır ki, Metex şəhərinin və kilsəsinin adı yunanca “məbədə aparan yol” deməkdir (İоселиани 1866.23). Müəllif nəzərə almır ki, buna uyğun olaraq “Albaniya tarixi”ndə matax “qurbanlıq” sözü vardır. Bu məqamda Aran və Ellada panteonundakı bir uyğunluğu görməmək mümkün deyil. Həm Albaniyada, həm də bəzi Ellada etnoslarında matax adlandırılan insan qurbanları yedirilib kökəldilər, sonra məbədə aparan yolda nizə ilə vurulub öldürülərdi. Qarabağ erməniləri bu gün də matax sözünü qurban mənasında işlədirlər: matax onim – qurban olum.
Gürcü tarixçiləri Metexi “ölkədəki bütün şəhərlərin anası” sayırlar (Бакрадзе, Берзенова 1870. 84). Doğrudan da, həm xristianlıq dönəmində, həm də ondan öncə Metex İberiyanın mənəvi və inzibati mərkəzi olmuşdur. Armazın, Şotanın, Kaçinin (Keçinin) qızıldan bütləri Metex dağında idi. İlahə Ana və Nənə bütləri isə Metex yolunun üstündə qoyulmuşdu (Марр 1897. 301; Меликсетбеков 1914. 19; Шопен 1866. 239).
M
Metex kultu İberiyaya Şuşa panteonundan gəlmişdir.
etex kultu Misirə, oradan İberiyaya Şuşa (Suziana) panteonundan gəlmişdir. Eradan öncə II minilliyin əvvəlində Elamın bir vilayəti və vilayətin mərkəzi şəhəri Mataktu adlanırdı (Мещанинов 1917. 6; Юсифов 1968.270). –tu2 bizim –lı4 şəkilçisinin arxaik variantıdır.
Elam dövləti çoxtayfalı, Elam etnosları üçdilli olsa da, ölkənin aparıcı etnoslarının dili türk dillərinə qohum olmuşdur. Bunu alman alimi Fridrix Vaysbax hələ XIX əsrin sonlarında sübuta yetirmişdir (Veissbash 1911. 3-241).
Gürcüstanın qədim ədəbiyyatını albanlar, iberlər və türklər yaratmışlar.
Gürcüstanın qədim ədəbiyyatını albanlar, iberlər və türklər yaratmışlar. Hələ 1866-cı ildə arxeoloq və tarixçi P.İ.İoseliani yazırdı ki, Albaniyanın seçmə nəsilləri cənubdan gələn işğalçılara tabe olmamış, Kaxeti və Eretinin dağlarına çəkilərək öz varlıqlarını qorumuş, sonralar gürcü xalqının tarixi təkamülündə mühüm rol oynamışlar (İoсeлиани 1866, 3-11).
Albaniya və İberiyanın xristianlıqdan öncəki nəsilləri Sınıq körpü ilə Tiflis arasında Kala, Safar, Ucarma, Şuşa, Bazar, Kərəm şəhərlərini salmışlar. Xristianlıqdan sonra həmin nəsillər Şatberdi, Alaverdi, Bertuban, Ərtuban, Kara yazı (David Qareci) mağara-monastırlarını tikdilər. Monastırlarda dini, şəhər-qalalarda dünyəvi ədəbiyyatın ilk nümunələri yaradıldı. Şərq və qərb ədəbiyyatından seçmələr tərcümələr edildi. Ən qədim ədəbi nümunələr Sarı Yaqubun “Bütlərin yıxılması haqqında söz”, Çorlu Yaqubun “Şuşanikin iztirabları”, “Karaman” dastanı və başqaları idi (Марр 1901. 25; Джанашвили 1900. 20).
Albanlar, iberlər, buntürklər Kür çayı boyunda, Kaxeti və Eretidə antik və ilk orta əsr şəhərləri salanda baqrationlar hələ Qafqaza gəlməmişdilər. Onlar tarix səhnəsində 575-ci ildə göründülər. Çorok çayı (Türkiyə) vadisində özlərinə kiçik bir knyazlıq yaratdılar (Эсадзе 1801.6; Бакрадзе, Берзенов 1870. 19-26; Джанашвили 1900. 3; Марр 1907. 44).
K
Şota Albaniyanın Aran nəsillərindən biri olmuşdur.
lassik gürcü şeirinin və poetik dilinin qüdrətli nümayəndəsi Rustaveli (Марр 1895. 229) Şota nəslindən çıxmışdır, yoxsa Şota şairin adıdır, bu barədə gürcü alimləri susurlar. Yalnız poemanın bir hissəsini 1885-ci ildə nəşr etdirən Yevgeni Stalinski yazır ki, Şota şairin soyadıdır (Шота Руставели 1885. 6). Əldə olan mənbələrin tədqiqi göstərir ki, Şota Albaniyanın Aran nəsillərindən biri olmuşdur. Onların bir qolu Sünikin Zod mahalında məskunlaşmış, bir qolu isə İberiyaya köçmüşdür.
A
İberlərin Almaz dağında ucaltdıqları baş büt Şota adlanırdı.
.S.Xaxanov yazır ki, xristianlıqdan öncəki iberlərin Almaz dağında qoyulan baş bütü Şota adlanırdı (Хаханов 1897. 244). Əgər e. ö. III əsrdə Şota İberiyanın baş bütü sayılırdısa, deməli həmin bütə sitayiş edən adamlar o zaman İberiyanın ən güclü etnosu olmuşdur. O da mümkündür ki, Şota Aran nəslinin özünün bütü imiş. Məlumdur ki, Aranın oğlu Azon Makedoniyanın vassalı kimi 24 il İberiyanı idarə etmişdir (Картлис Цховреба 1905. 204; Меликсетбеков 1939. 5; Мамулиа 1979. 175. 181).
A.S.Xaxanova görə, Şota qədim gürcü sözüdür (Хаханов 1897. 244). Qədim gürcü dili deyəndə iberlərin dili nəzərdə tutulur. Elmi ədəbiyyatda qədim gürcü dili iber dilinin qarşılığı kimi işlənir (Патканов 1883. 199-265; Марр 1903. XVII-XXIX; Марр 1925. 3-12). Deməli, Şota indiki gürcülərin yox, iltisaqi dilli İberiya nəsillərindən birinin adı olmuşdur.
K
Şota şəhəri 780 15̍ – 44040̍ uzunluq və en dairələrində yerləşirdi.
lavdi Ptolomeyə (II əsr) görə, Şota (Sioda variantı da var) Albaniyanın bir vilayəti və həmin vilayətin mərkəzi şəhəridir. Şota şəhəri 780 15̍ – 44040̍ uzunluq və en dairələrində yerləşirdi. Kerop Patkanov “Albaniya tarixi”nin 1861-ci il nəsrinə izahında yazır ki, antik tarixçilərin Sioda adlandırdıqları etnik-inzibati ərazi Zod mahalıdır (История Агван 1861. 361; Шопен 1866. 306).
Yepiskop Sebeosun (VII əsr) “İmperator İraklın tarixi” kitabında Zod mahalının adı Soda formasında göstərilmişdir. Həmin mahal ermənilərin yox, albanların ölkəsində yerləşirdi (Себеос 1862. 54).
S
Soda etnik adının kökündə zod “süd” sözü durur.
V-VII əsr erməni tarixçiləri Zod mahalını Sotk, yəni Süd adlandırırlar.
oda etnik adının kökündə zod “süd” sözü durur. – a totem adlarından etnonimlər düzəldən şəkilçidir (Марр 1922. 59, 97; Марр 1927. 86; Капанцян 1947. 58). Bəzi antik tarixçilər Albaniyanın bu mahalını Sodikena adlandırırlar. Bu da totemi zod, yəni süd olan nəslin ölkəsi deməkdir. -ena şəkilçisi etnik adlara artırılaraq ölkə, məskən anlamı yaradır (Пиотровский 1946. 9-10; Меликишвили 1960. 378).
V-VII əsr erməni tarixçiləri Zod mahalını Sotk, yəni Süd adlandırırlar (Шопен 1852. 66; Хоренский 1893. 293). Sotk totemi süd olan etnosun ölkəsi deməkdir. Bir çox Yafəs dillərində -k sonluğu etnik mənsubluq və çoxluq bildirir (Хоренский 1893. 270; Шор 1931. 232; Капанцян 1947. 14, 145).
Xeyli sonra Vardanın (XIII əsr) “Coğrafiya”sında Sotk mahalının adı Zod kimi göstərilmişdir (Шопен 1852. 318). Nikita Emin Musa Xorenlinin kitabının 1893-cü il nəşrinə izahında yazır ki, Zod vilayəti Sünik mahalında Dəvəli yolunun üstündə yerləşir (Хоренский 1893. 293).
K
Sünik yüz illərlə etnik, iqtisadi və siyasi baxımdan Albaniyaya bağlı olmuşdur.
erop Patkanov da bildirir ki, Zod Sünik mahalının bir vilayəti olmuşdur (История Агван 1861. 215). Ancaq bu, o demək deyil ki, Zod vilayətinin Arminiyə və Zod nəslinin ermənilərə bir aidiyyatı var. Müəyyən istisnaları nəzərə almasaq, Sünik yüz illərlə etnik, iqtisadi və siyasi baxımdan Albaniyaya bağlı olmuşdur. Hər iki ölkənin köçəri-maldar əhalisi bir-birini müdafiə edirdi. Aranın sürüləri Göyçə vadisinə yaylağa gedir, Sünikin heyvanları Kür-Araz ovalığında qışlayırdı.
“
Zod mahalı eyni zamanda Sara yerkir (Sarı gəlinin mahnısı) adlanırdı.
Albaniya tarixi”ndə verilən bilgilərə görə, Zod mahalının əhalisi Aran nəslindən çıxmışdır. Zod mahalı eyni zamanda Sara yerkir (Sarı gəlinin mahnısı) adlanırdı (Шопен 1852. 318). E. ö. II-I minilliyə aid yazılı mənbələrdə Sari və ya Sara Aranın qız nəvəsidir (Энеида 1971. 408). Əslində Sari Aran nəsli deyildi. Aran nəsli ətrafında toplaşan etnik toplumlardan biri idi. Onların ölkəsi Aranın şimalında yerləşirdi (Велльгаузен 1909. 278).
Nəzərə alsaq ki, Aran e. ö. II-I minilliklərdə Güney Azərbaycanının Eraq mahalını əhatə edirdi, onun şimalı əvvəllər Sari, Sariq adlanan Sərab ölkəsi olmuşdur.
Ş
Şota, yəni Zod kultu ana südünə sitayişlə bağlıdır.
ota, yəni Zod kultu ana südünə sitayişlə bağlıdır. Urartu mixi yazılarında, eləcə də qədim erməni dilində “ü” səsi olmadığından süd sözü zod kimi yazıya alınırdı. Yalnız bir yerdə Musa Xorenli Süd etnik adını Süt formasında vermişdir. Tarixçi yazır ki, Süt tayfası Sarmatiyada yaşayır (Шопен 1866. 216).
K
Zəngəzur qəzasında Şotalı Azərbaycan kəndi olmuşdur.
ilsə salnamələrindən fərqli olaraq türk dillərinin onomaloji leksikasında bu söz daha çox süd formasında işlənmişdir. XIX əsr sənədlərində Kutais quberniyasında, Zəngəzur qəzasında Şota və Sütlü Azərbaycan kəndləri qeydə alınmışdır. (Шопен 1866. 555; Пагирев 1913. 99; Bayramov 2005, 80).
S.T.Yeremyan yazır ki, qədim Süd (Zod) mahalı indiki Basarkeçər rayonudur (Еремян 1958. 303). Həmin mahal Albaniyadan Dəvəli (Dəbil) şəhərinə gedən yolun üstündə idi (История Агван 1861. 171; Шопен 1852. 66).
Qədimr İber salnamələrində süd sözü zud kimi yazıya alınmışdır. “İlk əzabkeş Rajdenin kitabı”nda mama + zud + ze sözü “dayə”, “süd anası” anlamında işlənmişdir. Digər İber salnamələrində isə süd anasına deda + züd + ze deyilir (Джуаншериани 1986. 112, 133). Sonralar Tiflis və əyalət saraylarında həmin titullar atalık və analık sözləri ilə əvəz edildi.
XII əsrdən sonrakı gürcü mənbələrində türk mənşəli etnoqrafik terminlər tanınmaz hala salınır. Məsələn, atabəylərə məxsus mülklər sa + atabaq + o, Kulbak yurd yeri na + Kulbak + i, ilahi Ananın məbədi Aynina kimi yazıya alınır (Вахушти 1976. 229, 295; Марр 1901. 9; Апакидзе 1968. 62).
Gürcü salnamələrində göstərildiyinə görə (əgər məqsədli şəkildə redaktə edilməyibsə), Şota Rustavelinin atasının adı Çiaber olmuşdur (Бакрадзе 1870. 30). Güman edirik ki, şairin atasının adı Çiaber yox, Çiber və ya Siber imiş. İlk öncə ona görə ki, Cənubi Qafqazın və Şərqi Anadolunun tarixi toponimləri arasında Çiaber adına təsadüf etmirik. Bundan azca fonetik fərqlə V-VII əsr iber və erməni salnamələrində Sper etnotoponimi vardır (История Грузии 1946. 44; Патканов 1883. 208, 240, 245; Капанцян 1947. 65).
F
İndiki Gürcüstan ərazisində iki Uruz yaşayış məskəni olmuşdur.
ikrimizcə, Anadolunun qədim sakinləri olan sperlər mixiziyalı kitabələrdəki tiberlərdir. Belə hesab edilir ki, həmin tiberlər iberlərin əcdadlarından biridir (Меликсетбеков 1942. 44; Пиотровский 1944. 61, 236; Техов 1980. 11).
İ
Ereti Er oba sakinlərinin sonrakı yurdudur. Rustavi adı sonradan uydurulmuşdur.
ndiki Gürcüstan ərazisində iki Uruz (redaktədən sonra Rustavi) yaşayış məskəni olmuşdur. Onlardan biri Metex yaxınlığında, digəri Er oba (Ereti) ərazisində idi. Gürcü tədqiqatçılarının fikrincə, şair Metex yaxınlığındakı Rustavi kəndində yaşamışdır (Джанашвили 1900. 126; Габашвили 1949. 20; Шота Руставели 1937. 8).
Bizi şairin hansı Rustavidə yaşamasından çox Rustavi etnoniminin özü maraqlandırır. A.Apakidze yazır ki, Rustavi İberiyanın qədim şəhəri və iri ticarət mərkəzi olmuşdur (Апакидзе 1968. 5).
Öncə qeyd etdiyimiz kimi, hər 2 şəhəri salan etnik toplunun adı Rustavi yox, Uruz olmuşdur. Çünki nə mixiyazılı mənbələrdə, nə V-VII əsr salnaməçilərinin əsərlərində Rustavi adına təsadüf etmirik. Həmin mənbələrdə Ros və ya Urus etnoslarından bəhs edilir. Rustavi şəhər və kənd adları sonradan uydurulmuşdur.
Gürcüstan Elmlər Akademiyasının ümumiləşmiş əsərlərində Rustavi adının vahid forması inandırıcı şəkildə əsaslandırılmamışdır. Həmin əsərlərdə Uruz yaşayış məskənləri gah Uruşeti, gah Eruşeyi, gah da Rustavi variantlarında göstərilir. L.M.Meliksetbekov yazır: – Gürcü salnamələrindəki Eruşeti elə Uruşetidir (Меликсетбеков 1961. 31). Bu da “Uruz elinin yurdu” deməkdir. Rustaveli təxəllüsü həmin etnonimlə bağlıdır. Elam mənşəli -eti şəkilçisi gürcü dilində (Блейхштейнер 1936. 186), -eli şəkilçisi minqrel dilində (Анчабадзе 1959. 193) etnonimlərə artırılaraq ölkə, vətən anlamı yaradır.
Uruz nəslindən XI əsrdə yaşamış tarixçi Murovlu Leonti (Leonti Mroveli) çıxmışdır. Çünki o, XIII əsrə qədərki salnamələrdə Uruzlu (redaktədən sonra Ruisski) adlandırılır (Меликсетбеков 1939. 9). Bu da onu göstərir ki, Şota Rustaveli Albaniya və İberiyada Uruz nəslindən çıxan yeganə tarixi şəxsiyyət deyildir.
X
Salnaməçi Murovlu Leonti Uruz nəslindən çıxmışdır.
VII əsrə qədər Gürcüstanda Uruz nəslinin xristian qolunun ayrıca monastırı və yepiskopluğu olmuşdur. Sonrakı mənbələrdə həmin etnik-dini mərkəz Ruis adlandırılır (İoceлиани 1858. 9).
Uruz nəslinin müsəlman qanadı XVIII əsrin əvvəllərinə qədər öz etnik cizgilərini qoruyub saxlayırdı. Osmanlı ordusu qərargahının 1721-ci ildə tərtib etdiyi “Dəftəri-müfəssəli-Tiflis”də göstərilir ki, tərəkəmə Uruz camaatının ayrıca yaylağı və qışlağı vardır (Məmmədov 1984. 159).
L
Uruşeti və Rştunik etnonimlərinin kökündə Uruz adı durur.
.M.Meliksetbekov yazır ki, V əsr kilsə salnamələrində Çortav, Rustav şəhərlərinin adları tavsız yazıya alınmışdır (Меликсетбеков 1939.4). Tav qədim və yeni gürcü dillərində “baş” mənasında işlənir: tavad – adamların başçısı, eristav - ərlərin, döyüşçülərin başçısı (Законы Вахтанга VI. 1986. 297, 301; Джуаншериани 1986. 97).
L.M.Meliksetbekova görə, erməni tarixçilərinin əsərlərindəki Rştunik tayfası gürcü salnamələrindəki Uruşetidir. Hər iki etnonim kökündə Urus sözü durur (Меликсетбеков 1942. 31. 42).
B
Uruşeti Uruz nəslinin yurdudur.
elə hesab edirik ki, ilk Uruz şəhəri Urartu dövründə Van gölünün şimalında olmuş, sonra şəhərin sakinləri öz yurdlarından şimal-şərqə sıxışdırılmışdır. P.İ.İoseliani yazır ki, Uruşeti İberiyanın qədim şəhəridir (İoceлиани 1860. 3). M.Q.Canaşviliyə görə, həmin şəhər indiki Ərdəhan yaxınlığında yerləşmişdir (Джанашвили 1893. 48). Əslində isə Uruşeti və ya Rştunik nə erməni tayfasıdır, nə iber. Özünü Uruz adlandıran bu nəsil üç çarın timsalında Urartu dövlətini bir müddət idarə etmiş, onların adı Urartu mixiyazılı kitabələrində dinqir Rusaşe-tanrı Uruzun övladları kimi yazıya alınmışdır. Assuriya qaya yazılarında isə çar Uruzun adı Ursa və Urus formasında göstərilmişdir.
Assuriya və Urartu mixi yazılarında “s”, “ş”, “z” səsləri bir-birindən fərqləndirilmir, eyni işarə ilə göstərilir. Ona görə assuroloq və urartuşünaslar Uruz teofor adını gah urus, gah uruş kimi də oxuyurlar.
Uruz nəsli Urartu tayfa ittifaqının başında Assuriya ağalığına qarşı qanlı döyüşlər aparırdı. Artıq e. ö. VIII əsrdə Uruz nəsli I, II, III Rusanın şəxsində güclü liderlər yetişdirdi və onlar Van-Urartu dövlətini güclü düşmənlərdən qoruya bildilər (Меликишвили 1860. 438; Арутюнян 1985. 16, 212; Solmaz Qaşqay 2006. 35).
N
Alçalı və Atamxan yazılarında çar Rusanın adı dinqir, yəni tanrı işarəsi altında göstərilmişdir.
.Y.Marra görə, Ursa və ya Rusa “tanrısı Urus olan” etnos deməkdir (Марр 1920. 34). M.N.Nikolski də Urus adının teonim mənşəli olduğunu bildirir. Yazır ki, Alçalı, Atamxan və Kolanı mixi yazılarında çar Rusanın adı dinqir, yəni tanrı işarəsi altında göstərilmişdir (Никольский 1893. 2).
Urartu tayfa ittifaqı dağılandan sonra (e. ö. VI əsr) Uruz nəslinin bir qolu şimala köçdü. Albaniyanın hakim nəsillərindən birinə çevrildi. Zaza Aleksidze yazır ki, Uruz (onun iddiasına görə Rustavi) nəsli İberiyaya yeni eranın VI əsrində gəlmişdir (Aleksidze 2003. 23. 24).
Ə
Erməni mənbələrində Oroys kimi yazıya alınmış Albaniya çarının adı Uruz olmuşdur (Tofiq Hacıyev).
ksinə, Uruz nəsli Uruztav şəhərini Vaxtanq Qorq Aslandan (446-499) qabaq salmışdır. Qorq Aslan Uruztav mahalını sasanilərdən geri alıb, şəhərin kilsəsinə yepiskop təyin etmişdi (Джуаншериани 1986. 91).
Əgər Qorq Aslandan qabaq İr oba (Ereti) ölkəsində Uruz şəhəri vardısa, Uruz nəslinin İberiyaya VI əsrdə gəlməsi haqqında Zaza Aleksidzenin düşüncələri özünü doğrultmur.
Ola bilsin ki, Uruz nəsli VI əsrdə Albaniyanın İr oba vilayətindən İberiyanın Metex şəhəri ətrafına gəlmişdir. Çünki sasanilər Albaniya və İberiyanın özlərinə tabe edə bilmədikləri nəsillərini öz torpaqlarından şimala sıxışdırırdılar. Nəticədə İberiyanın etnik xəritəsi albanların hesabına dəyişirdi.
P
Urartu kitabələrində çar Rusanın adı dinqir Rusaşe – tanrı Uruzun övladı kimi yazıya alınmışdır.
ompeyin zamanında (I əsr) Uruz Albaniyanın hakim nəsli idi. T.İ.Hacıyev hələ 1984-cü ildə yazırdı ki, erməni dilli mənbələrdə Oroys kimi yazıya alınmış Albaniya çarının adı Uruz olmuşdur (Hacıyev 1984. 131). T.İ.Hacıyevin fikri Pompeyin yürüşlərini qələmə alan son antik tarixçilərin məlumatları ilə təsdiq olunur. Onlar Albaniya çarının adının Oroys yox, Oroz olduğunu göstərirlər (Армения и Рим. 2765, 156).
Q
Gürcülərin Kosidze və Kozişvili nəsilləri Pompeylə vuruşan Albaniya sərkərdəsi Quzunun törəmələridir.
eyd etmək lazımdır ki, heç də bütün erməni salnaməçiləri Uruz nəslinin adını Oroys kimi yazıya almamışlar. Onların bəziləri 943-944-cü illərdə Bərdəni tutan rosları Uruz və Ruzik adlandırırlar (Акопян 1987. 233-234).
Şota və Uruz adlarının hər ikisi türk mənşəlidir. Uruz Turan ilə yanaşı e. ö. I minillikdə etrusk tayfa ittifaqının sevgi və incəsənət ilahəsi idi (Марр 505. 35-36; Марр 1927 . 122, 124).
Uruz daha qədim mənbələrdə tanrı Arazla eyniləşdirilir. Bəzən də Uruz və Araz qohum etnosların tanrıları kimi təqdim edilir. Uruz və Araz qədim Ön Asiyanın döyüş tanrıları olmuşlar (Марр 1920. 34-35; Блейхштейнер 1936. 182, 188). B.B.Piotrovski yazır ki, Araz Urartunun qəbilə tanrılarından biri idi. Ayin zamanı ona 1 buğa, 2 qoç qurban kəsərdilər (Пиотровский 1944. 272; Меликишвили 1960. 417).
Sonra tanrı Araz Ares şəklində indiki Türkiyə ərazisindən Elladaya keçdi. Suriyadan tapılan yunan dilində bir kitabədə göstərilir ki, Araz Kiçik Asiyada yerli döyüş tanrısı olmuşdur (Бекерман 1985. 217; Иванов 1980. 132).
U
Araz çayı tarixi mənbələrdə Uruz və Araz adlandırılır.
ruz və Araz kultları uzun illər Azərbaycan ərazisində yanaşı şəkildə mövcud olmuşdur. XIV əsrin sonlarına qədər Araz çayının aşağı axarı Araz, yuxarı axarı Uruz adlanırdı. İ.İ.Şopen erməni tarixçilərinə istinadən yazır: – Əmir Teymur Araz və ya Urus çayını keçib, Cuqa şəhərinə gəldi (Шопен 1852. 322).
N.Y.Marra görə, Urartu tayfa ittifaqının tərkibindəki Araz və Urus qohum etnoslar olmuşdur (Марр 1920. 32, 35). Həm Urartu mifik düşüncəsində, həm “Kitabi-Dədə Qorqud” dastanlarında Uruz adının bəzi məna çalarları uyğun gəlir. B.B.Piotrovskiyə görə, Urartu çarı Uruzun adı “qırmızı” deməkdir (Пиотровский 1959. 48). Təsadüfi deyil ki, Oğuz dastanlarının arxaik variantlarında Alp Uruz (Aruz forması yanlışdır) “od gözlü” təsəvvür olunur.
Y
Alp ər Tonqanın oğlunun adı Alp Uruz olmuşdur.
azıçı oğlu Əlinin qələmə aldığı “Səlcuqnamə”də Alp Ər Tonqanın oğlunun adı Alp Uruzdur (Бартольд 1999. 237). Fikrimizcə, Böyük Qafqaz dağlarının Elbrus zirvəsi və Xəzər dənizinin cənubundakı Elbrus silsiləsi Alp Uruzun adını yaşadır.
Bu gün dünyanın ərazicə ən böyük ölkəsi olan Rusiya qədim bir türk etnosunun adını daşıyır (Cəfərsoy 1995. 8-16). Uruz nəslinin bir qolu şərq slavyanlarını özlərinə tabe etmiş, slavyanlar özlərini qalib xalqın adı ilə Urus, ölkələrini Rusiya adlandırmışlar. Təsadüfi deyil ki, Əbülqazi Bahadur xan rusların adını Urus kimi göstərmişdir (Рычков 1767. 9).
Q
Musa Xoneli Elbrus dağını Elp Urus adlandırır.
ədim rus salnamələrində göstərilir ki, Urus qıpçaq tayfalarından biridir (Попов 1986. 130-131). Əbdürrəşid Bakuvi yazır: – Urus türk tayfasıdır. İtil çayı ilə ticarət edirlər. Slavyanları əsir tutur və qul bazarında satırlar. Onların öz qanunları və ayrıca dilləri var (Бакуви 1971. 104).
U
Urus türk tayfasıdır (Əbdürrəşid Bakuvi).
rusların bir hissəsi slavyanlar arasında əriyib itmiş, bir hissəsi isə qırğız və qazax xalqlarının mənşəyinə daxil olmuşdur. Çokan Valixanov yazır ki, Urus xan ilk qırğız sultanı və Ak Orda dövlətinin banisidir. Ak Ordanın mərkəzi Sıqnax şəhərini o salmışdır (Валиханов 1984. 165. 391).
Ellada və Urartu panteonunda olduğu kimi, əski türk inancında Urus kultu müharibə ilə bağlıdır. Van qaya yazılarında silaha uriş deyilir ki, həmin sözün kökündə türk dillərindəki ur “vur” feili durur.
Mahmud Kaşğarinin “Divan”ında urus sözü “vuruş” mənasında verilmişdir (MK I. 1939. 61; MK I. 2006. 136). Dədəmiz Qorqudun kitabında ur sözü vurmaq mənasında işlənmişdir (KDQ 1988. 100, 102).
Türk dillərində Urus sözünün başqa bir mənası “bəxt”, “uğurlu tale”dir (Казахско-русск. 1954. 938; Каракалпакского-русск. 1958. 759). Belə hesab edirik ki, bu sözün hər iki mənası bir-biri ilə bağlıdır. At üstə doğulan və at üstündə ölən əcdadlarımız üçün uğurlu döyüşlər həyat, uğursuz savaşlar ölüm rəmzi idi. Ona görə də onlar həm döyüşə, həm silaha, həm də silahla qazanılan uğurlara uruş, uruz deyirdilər.
Ş
“Bars dərisi” Qurd dilində yazılmışdır.
ota Rustavelinin adı, atasının adı və soyadı türk dillərinin tarixi leksikası əsasında izah olunur. O ki qaldı şairin mənşəcə Mesx, yəni Metex olmasına (əgər doğrudan da olubsa), metexlər baqrationlar kimi sami deyillər. Bibliyanın “Xalqlar cədvəli”ndə göstərilir ki, meşex, yəni metexlər şimal xalqı olub, kumerlər, tiberlər və b. kimi Qoq və Maqoq nəslindəndirlər. Yəhudi tarixçisi İosif Flaviyə (I əsr) görə, metexlər indiki gürcülərin yox, iberlərin əcdadlarıdır (Барамидзе, Ватейшвили 1978. 156).
Şota Uruztaveli “Bars dərisi” poemasını hansı dildə yazmışdır? Gürcüstan Təhsil Nazirliyinin dərsliklərinə inansaq, əsər gürcü dilində yazılmışdır. Əslində isə şair Aran folklorundan aldığı süjeti yaradıcılıqla Qurd dilinə çevirmişdir.
N.Y.Marr 1936-cı ildə belə bir fikirlə elmi ictimaiyyəti təəccübləndirdi ki, Şota Rustaveli poemanı Qord dilində yazmışdır. Sonra əsərin üzərində məqsədli düzəlişlər edilmiş, islamiyyətdən və xristianlıqdan qabaqkı əski adət və ənənələrin qalıqları mətndən çıxarılmışdır (Марр 1936. 38-39).
Cənubi Qafqazın qədim etnoslarından biri olan qord və ya kortlar kimlərdir? Onların dili hansı dil ailəsinə aid olmuşdur? Bu suallara indiyədək inandırıcı cavab tapılmamışdır.
Məlum olan odur ki, Qord nəsli I Tamarın və atası III Georginin (1184-1213) zamanında Gürcüstanın hakim feodal nəsillərindən biri olmuşdur. Qord tayfa başçıları orduda və sarayda mühüm vəzifələr tuturdular.
Q
Həsən Cəlalın anası Arzu xatun Qurdun qızı idi.
ord nəsli baqrationların İberiyaya gəlişindən qabaq – VIII əsrdə Kayen (indiki Dilican) vilayətin hakim nəsli olmuşdur. Həmin nəsildən Sadun Kurd Xaçın hakimi Həsən Cəlalın ana babasıdır. O, qızı Arzu Xatunu Həsən Cəlalın atası Ağbağa (Vaxtanq H’Axbaxa) ərə vermişdi (Киракос Гандзакеци 1946. 273).
Kurdun qardaşı Vasak III Georginin zamanında Tiflis şəhərinin rəisi olmuşdur. Həmin Vasak I Tamarın sərkərdələri Zaxare və İbane qardaşlarının dayısıdır (Блейхштейнер 1936. 173-175). Zaxare Mxarqradze eyni zamanda Tamarın oğlu Alaşanın atabəyi idi.
Şota Rustaveli çariça Tamara həsr etdiyi əsərini Qord dilində yazmışdısa (Марр 1936. 38-39), deməli onların dili XII yüzildə Gürcüstanın hakim nəsli üçün anlaşıqlı olmuşdur. Qord dili gürcü dilinə qohum deyildi. A.A.Qlonti yazır ki, Qord dili kartvellər üçün anlaşıqlı olmamışdır. Kartvellərdən fərqli olaraq İmereti və Quriya əhalisi o dili daha yaxşı başa düşürdü (Глонти 1936. 232).
Q
Qurd dili gürcülər üçün anlaçıqlı deyili.
ordlar kimi imerlər və qurlar da kartvel deyildilər. XIII əsrdən sonra baqrationlar tədricən onları gürcüləşdirdilər. Ancaq buna baxmayaraq onların dili indi də gürcülərin dilindən fərqlənir (Блейхштейнер 1936. 189).
Qordlara qohum olan imerlərin dilində XX əsrin əvvəllərində çoxlu türk sözləri qalırdı. Onlar kəfənə bez, toya dügün, kilsəyə sakdar, doşaba bekmez, evə konax, aşa pilov, qovurmaya kaurma, atasız uşaqlara yetim deyirdilər (Марр 1911. 48-57).
Antik tarixçilərin əsərlərində Qordien, erməni və gürcü salnamələrində Qord, Kort adlandırılan qurdlar Qafqaz və Anadolunun qədim etnoslarından biridir. Eranın əvvəllərində Ararat dağı onların adı ilə Qordien dağları adlanırdı (Описание армян 1831. 40).
Q
Ararat dağı bəzi mənbələrdə Qord dağı adlandıırılır.
ordlar haqqında bizə məlum olan ilk mənbə eradan öncə IV əsrin sonlarına aiddir. O zaman onların cənub-şərqi Anadoluda Qord adlı şəhəri olmuşdur. Makedoniyalı İsgəndər e. ö. 333-cü ildə həmin şəhərdə qışlamışdı (Вильгельм Вагнер 1901. 813).
İ
Şota Uruztaveli “Bars dərisi” poemasını Qurd dilində yazmışdır (N.Y.Marr).
nsanlar o yerdə qışlayırlar ki, düzənlik, isti bir yer olsun. Ararat vadisi sərt iqlimli, soyuq yerdir. Fikrimizcə, qordlar makedoniyalılar tərəfindən sıxışdırılandan sonra özlərinin münbit torpaqlarından şimala köçmüşlər.
Qord I əsr Roma mənbələrində həm tayfanın, həm də ölkənin adıdır. Qordların adı Pompeyin Mitridatla və Tiqranla döyüşləri ilə bağlı çəkilir. Həmin məlumatlardan görünür ki, qordlar döyüşlərdə romalıların yox, parfiyalıların tərəfini saxlamışlar (Кемал Алиев 1987. 54, 57, 63).
Qordlar bundan xeyli sonra – imperator Yustinianın (525-565) zamanında Bospor mahalında yaşayırdılar. VI-VII əsr Suriya salnamələrində göstərilir ki, hun tayfa başçılarından biri olan Qord əcdadlarının qızıl və gümüş bütlərini atıb xristian oldu, ancaq qardaşı tərəfindən öldürüldü (Кулаковский 1914. 60; Пигулевская 1941. 87-88).
Y
Qarabağdan başqa Güney Qafqazda Ağbağ nəsilləri və şəhərləri olmuşdur.
ulian Kulakovski yazır ki, həmin qordlar sonrakı qurzuvitlər, yəni Qara dənizin şimal sahilindəki Qurzuf qalasını salanlardır (Кулаковский 1914. 61). Buradan aydın olur ki, qordların hamısı romalılara tabe olmamış, Parfiyalı Mitridatla birlikdə İberiyaya, oradan Qara dənizin şimal sahilinə köçmüşdür. Xristianlığı qəbul edən Qord hunlara qoşulub, Qurzufdan ata yurduna qayıdan qurdların tayfa başçısıdır. Onlar əski yurda dönüb, Şərqi Anadolunun və Cənubi Qafqazın bir neçə bölgəsində yurd saldılar.
Q
“Bars dərisi” poemasının dilini imerlər və qurlar anlayır, gürcülər anlamırlar (A.A.Qlonti).
ordların bir qolu XII əsrdə Gəncə yaxınlığında yaşayırdı. Rüstəm Əliyev N.Gəncəvinin anasının ölümü ilə bağlı yazdığı:
An madəre mən, rəiseyi-qord,
Madərsefətane nişe mən mord
b
Qurd dili Qafqaz dillərinin təsirinə uğramış türk dilidir.
eytinə istinadən belə hesab edir ki, şairin anası Qurd tayfa başçısının qızı idi. Rəiseyi-qord “qurd rəisinin qızı” deməkdir. Persofil tədqiqatçılar qord etnomini kürd kimi qələmə verirlər. Əslində qord və kürd ayrı-ayrı etnonimlərdir. İlk öncə ona görə ki, kürdlər özləri özlərinə kürd yox, kurmanc deyirlər. Fikrimizcə, qurd kurmancların etnogenezinə daxil olan türk mənşəli etnoslardan birinin adıdır. Onların azlığı, irandilli etnosların çoxluğu şəraitində kurmanc dili formalaşmışdır. Qurdlar irandilli kurmanclarla qarışdıqlarına görə, türklər onlara kürd, yəni qurd adı vermişlər.
İ
İberiyanın qərbində 60, şərqində 6 dildə danışırdılar.
.İ.Şopen yazır ki, kürd adı türkcə qurd və ya kartvelcə oğru sözündəndir (Шопен 1866. 121). Oğru etnik ad deyil. Gürcülər öz qonşularının adını həyat tərzinə görə oğru anlamında qəbul etmişlər. Kürd, yəni qurd isə totem mənşəli etnonimdir.
N
“Miriani” poeması Əssar Təbrizinin “Mehr və Müştəri” əsərinin tərcüməsindən başqa bir şey deyildir (Mari Brosse).
.Y.Marra görə, “Bars dərisi”nin yazıldığı dil, yəni qord dili Qafqaz dillərindən biri olmuşdur (Марр 1936. 39). Əslində isə qurd dili türk dillərindən biri olmuş, sonradan Qafqaz dillərinin təsiri ilə öz leksik və qrammatik quruluşunu xeyli dəyişmişdir. Çünki qurdların Şirvanda qalıb, Gürcüstana köçməyən hissəsi XX əsrin əvvəllərinə qədər türk dillərinin ayrıca bir ləhcəsində danışırdı.
A.P.Fituni 1927-ci ildə Azərbaycanı öyrənmə cəmiyyətinin xəbərlərində çap etdirdiyi məqaləsində yazır: – Şirvanda və Qarabağda yaşayan qurdların kəndləri Kurtşen adlanır. Onlar çox cəsur adamlardır. Dilləri türk dilidir, ancaq Azərbaycan dilindən xeyli fərqlənir (Фитуни 1927. 10).
A
Ermənilər gürcülərin (İlya Çavçavadze), gürcülər albanların (İ.Cəfərsoy) qədim ədəbi abidələrini məhv ediblər.
.P.Fituni onu da bildirir ki, Şirvandakı Qurdlar kəndlərinin həyət qapılarında, saxsı əşyaların üzərində qədim türk yazılarına bənzəyən yazılar var. Biz o əşyaları Azərbaycan tədqiqatçılarının əlinə keçməsin deyə Tiflisə göndərdik (Фитуни 1927 1927. 10-12).
Gürcüstan muzeylərinin zirzəmilərində belə qiymətli arxeoloji nümunələr çoxdur. Mən Tiflisdə olarkən çox çalışdımsa da, həmin eksponatlar saxlanan otaqlara buraxılmadım.
İlya Çarçavadze yazır ki, ermənilər gürcülərin qədim salnamələrini məhv ediblər (Вермишев 1904. 46). Əslində o salnamələr indiki gürcülərin deyildi. Kür çayı boyunda gürcülərdən qabaq yaşayan iberlərin, qurdların, albanların, buntürklərin ədəbi abidələri idi.
B
Ereti Albaniyanın bir vilayəti, Kaxeti Albaniyanın ucqarıdır.
u gün Gürcüstan Respublikasının baş naziri səviyyəsində Azərbaycanın xristian abidələrinə iddialar qaldırılması, ali və orta məktəb dərsliklərində soydaşlarımızın Borçalı mahalına gəlmə xalq kimi təqdim edilməsi bizi vadar edir ki, Kaxeti və Eretini Albaniyanın ucqarı kimi Azərbaycanın tarixi coğrafiyasına daxil edək.
Azərbaycan türklərinin Kartli adlanan ölkənin qədim sakinləri olduqlarını elmi dəlillərlə əsaslandıraq. İber adı altında gizlənən xalqların etnik tarixini və etnogenezini tədqiqatlarımızın obyektinə çevirək.
Eyni zamanda sübuta yetirək ki, Şota Rustaveli Aran nəslindən çıxmış, onun davamçısı Çolakaşvili mənşəcə türk olmuşdur. Yaqub Çortaveli türkmənlərin Çor, İakov Saruqski Sarı nəslindən çıxmışdır.
Dostları ilə paylaş: |