Sulaq dastanı
Öncə qeyd etdiyimiz kimi, Gürcüstanın XII əsrə qədərki ədəbiyyatı yalnız gürcülərin ədəbiyyatı deyildir. Kür boyunda gürcülərdən qabaq yaşayan albanların, iberlərin, buntürklərin, xəzərlərin şifahi xalq ədəbiyyatı nümunələridir.
B
“Sulaq” metexlərin yox, sulaqların dastanıdır.
unu bilən gürcü tədqiqatçıları xüsusi olaraq diqqətə çatdırırlar ki, Sulaq yalnız metexlərin dastanıdır (Xaxaнов 1895, 5. 57). Onların fikrincə, Metex kartvellərin qədim əcdadlarından biridir (Лордкипанидзе 1978. 20. 22; Бакрадзе, Берзенов 1870. 84).
Əslində isə Turan xalqlarından biri olan metexlər indiki gürcülərin əcdadları deyildir. Bir çox iltisaqi dilli etnoslar Gürcüstanda sami mənşəli baqrationlar tərəfindən assimilyasiya olunmuş, tədricən indiki gürcü xalqı yaranmışdır. Metex və ya meşexlər də onlardan biridir. Kerop Patkanov hələ XIX əsrin sonlarında yazırdı: – Moiseyin təfsirçilərinə görə, iberlər (baqrationlar yox) tiber və ya metexlərdən törəyiblər (Патканов 1848. 240, 245).
Metexlər Kür çayı boyuna köçməzdən qabaq Elam ərazisində yaşayırdılar. Onların adı mixiyazılı kitabələrdə Mataktu formasında yazıya alınmışdır. Elamın bir vilayəti və həmin vilayətin mərkəzi şəhəri Mataktu adlanırdı (Мещанинов 1917, 6; Юсифов 1968, 270).
Fikrimizcə, “Sulaq” dastanı metexlərin deyil. Metexlər onu öz qonşuları Sulaq nəslindən mənimsəmişlər. Sulaqlar kimdir? Onlar hansı xalqın əcdadlarıdır? Bu barədə erməni və gürcü tədqiqatçıları çox şey bilirlər. Azərbaycan tədqiqatçıları isə ümumiyyətlə, bu mövzuya toxunmamışlar.
Sulaq Qafqazdan Misirə, Romaya və Krıma qədər yayılmış türk etnoslarından biridir. İlk dəfə onların adına qədim Misirin piramida mətnlərində rast gəlirik. Yəhudi tarixçisi İosif Flavi (I əsr) yazır ki, Misir fironlarından biri Sulak olmuşdur. O, İudeya hökmdarı Davidin çağdaşı idi (Иосиф Флавий 52390. 381).
N
Misir fironlarından biri Sulak totem adı daşıyırdı.
əzərə alsaq ki, çar və peyğəmbər David eradan öncə XI yüzildə yaşamışdır, deməli Sulak e. ö. II minilliyin sonlarında Misirin ən güclü nəsillərindən biri olmuşdur. Əldə olan mənbələrin tədqiqi göstərir ki, Sulak bütün Misirdə yox, Misirin bir hissəsində hökmranlıq etmişdir.
D
Sulaq Ay nəslindəndir. Qədim erməni mənbələrinin çoxunda H’Ay Ay adlandırılır.
aha sonra Sulak nəslinə Kolxidada rast gəlirik. Kolxidanın ilk kahin-hökmdarlarından biri Sulak totem adı daşıyırdı. Yunan tarixçilərinin yazdığına görə, kolxların hökmdarı Sulak çar Ayetin oğludur (Лордкипанидзе 1978. 138). Məlumdur ki, Kolxida etnoslarının bir hissəsi Misir mənşəlidir. Belə hesab edirik ki, sulaklar kolxlar, ayetlər və b. birlikdə Nil vadisindən qovulmuş, e. ö. VI əsrdə Qara dənizin şərq sahillərinə gəlib çıxmışdır.
Mətnşünaslar həmin Sulakın adını gah Sulak, gah Saulak, gah da Savmak kimi oxuyurlar (Голенко 1951. 199). Plini Sekunda görə, həmin Saulak Savmak deyildir (Лордкипанидзе 1978. 135).
Q
Sulak nəslindən fironlar, kahinlər, xristian din xadimləri çıxmışdır.
ədim erməni tarixçiləri Sulak nəslinin adını Slaq kimi yazıya almışlar. Həmin mənbələrdən görünür ki, sulaklar h’ayların hakim feodal nəsillərindən biri olmuşlar. Musa Xorenli yazır: – Deyə bilmərəm, Sulaq H’Ay nəslidir, yoxsa aborigendir (Хоренский 1893. 60).
Sulaq nəslindən çarlarla yanaşı görkəmli din xadimləri çıxmışdır. Sulaq tayfa başçıları arasında tanınmış din xadimləri vardı. Onlardan biri V əsrdə yaşamış, katolik kilsəsinin nümayəndəsi kimi Romadan Mesopotamiyaya göndərilmişdi (Касумова 2005. 9).
Sulakların hamısı yunanlarla, daha sonra romalılarla döyüşlərdə məhv olub getməmişdir. Onların sağ qalan nəsilləri çox sonralar səfəvi və osmanlı hərbi qüvvələrinin tərkibinə daxil olmuşlar.
Sultan Süleyman öləndə Solaq tayfasının odabaşıları və kəndxudaları papaqlarını yerə çırpıb, başlarına torpaq tökmüşdülər (Faruk Sümər 1992, 384). Bundan yüz il qabaq Solaq tayfasının başçısı Pir Əli Sivas hökmdarı Qazi Bürhanəddinə (1444-1498) qarşı çıxmış və döyüşdə öldürülmüşdü (Yaşar Yücel 1994. 131).
XVII əsrdə sulaqların bir qolu Anadoluda köçəri yürüklər arasında yaşayırdı (Еремеев 1969. 11). II Şah İsmayılın dövründə səfəvilərin Alaşkert hakimi Sulaq Hüseyn Təkəli idi (Əfəndiyev 1993. 121).
S
Sulak eynik adı qutan quşuna sitayişlə bağlıdır.
ulaq etnotoponimləri Anadoluda və Qafqazda son illərə qədər qalırdı. XVIII əsrdə Anadoluda Solaq kəndi qeydə alınmışdı. Həmin kənddə əfşarlar yaşayırdılar (Faruk Sümər) Yunan tarixçilərinin yazdığına görə, kolxların hökmdarı Sulak çar Ayetin oğludur (Лордкипанидзе 1978. 138). Bundan əlavə, XIX əsrdə Göyçə mahalında Solaq adlı kənd olmuşdur (Bayramov 2005. 51).
D
Musa Xorenli yazır ki, Sulaq “nizə” deməkdir. Çünki, onlar nizənin ucluğunu qutan quşunun dindiyindən hazırlayırdılar.
ağıstanda indi də Sulak adlı şəhər var. Səfəvilərin və Nadir şahın zamanında həmin şəhər gah İranın, gah da Rusiyanın təsir dairəsinə düşürdü (Bakıxanov 1993. 69). M.Q.Canaşvili həmin Sulaq şəhərini Solaq adlandırır (Джанашвили 1908. 269).
Sulak etnik adı qutan quşuna sitayişlə bağlıdır. Mahmud Kaşğarinin “Divanü-luqat-it-türk” əsərində sulaq sözü “qutan quşu” mənasında verilmişdir (DTC 1969. 513).
Monoteizmə qədərki türk mifik düşüncəsində qaz, durna, qutan quşu müqəddəs sayılırdı. Belə hesab edilirdi ki, ağ qu türündən olan quşlar Tanrının qızlarıdır (Родинов 1983. 19-28; Гумилев 1967. 347).
Musa Xorenliyə görə, Sulaq etnik adı “nizə” sözündən törəmişdir (Хоренский 1893. 247). İltisaqi dilli h’aylar ona görə nizəyə sulaq deyirdilər ki, dəmirin kəşfindən qabaq onların əcdadları nizə ucluqlarını qutan quşlarının dimdiyindən hazırlayırdılar.
“Sulaq” gürcülərin dastanı deyil. Eradan öncə VI-IV əsrlərdə Kolxidada hökmranlıq etmiş Sulaq nəslinin qəhrəmanlıq eposudur. Həmin dastanın ilkin nüsxələrindən biri əlimizdə olsaydı, biz İberiyanın etnik tarixi və iberlərin etnogenezi haqqında daha qiymətli bilgiləri aşkara çıxara bilərdik.
Acariya – ikinci Azərbaycan
A
Azərbaycan xalqının əcdadlarından biri olan azərlər Acar xalqının mənşəyinə daxil olmuşdur.
zərbaycan xalqının əcdadlarından biri olan azərlər eyni zamanda Acar xalqının mənşəyinə daxil olmuşdur. Acar ölkə adına çox sonralar rast gəlirik. Qədim erməni, yəhudi tarixçilərinin əsərlərində, Misir kahini Manetonun (e. ö. III əsr) salnaməsində Azər nəslinin ölkəsi Azaria adlandırılır (Хоренский1809. 224; Орбели 1913. 114; Рагозина 1902. 481, 492; Эрнст Ренан 2750. 202; Генрих Грець 2. 1907. 80; Велльгаузен 1909. 170, 193).
Acariya – ikinci Azərbaycandır. İbn-Xordadbeh yazır: – Azərbaycandan başqa Ərməniyyə sınırında ikinci bir Azarbazqan da vardır (Ибн-Хордадбех 1986. 106). Müəllif həmin Azərbaycan ölkəsinin hakimini Azarbazqan şah adlandırır. III əsrdə həmin şahlıq (əslində vassal ölkə) Sasani Ərdəşirə tabe idi (Ибн-Хордадбех 1986. 161).
B
Azər nəslinin qədim yurd yerlərindən biri Naxçıvan idi.
elə hesab edirik ki, orta yüzil tarixçilərinin ikinci Azarbazqan adlandırdıqları ölkə hardasa Naxçıvanla Van gölü arasında yerləşmiş, Azər nəslinin bir sıra görkəmli simaları Naxçıvanda yaşamışdır. Çünki Yaqut Həməvi Naxçıvanın tanınmış zadəganları arasında əl-Azari nisbəli bir neçə adamın adını çəkir (Ибн-Хордадбех 1986. 51).
İ
Strabon ikinci Azərbaycanı Azaria, yəni Azər ölkəsi adlandırır.
osif Orbeli Azər etnik adını Aşaruni kimi oxuyur. Yazır ki. Van gölü yaxınlığından tapılan VII əsrə aid Baqavan kitabəsində Asaruni qəbiləsinin adı çəkilir (Орбели 1913. 114). Həmin Azar (-uni xaldey sonluğudur) qəbiləsi o zaman xristian idi. Məşhur Aləm kilsəsini Azar nəslinin yepiskopu tikdirmişdi (Орбели 1913. 131).
Strabon (I əsr) yazır ki, Araz çayı Azar ölkəsinin, yəni Naxçıvan mahalının yanından ötüb keçir (Кемал Алиев 2010. 63). Strabon Azər ölkəsini İrandilli mənbələrdə olduğu kimi Aderbeqan və ya Aturpatkan yox, Azaria adlandırır.
Heç gürcü mənbələrində də həmişə Azər ölkəsi Acariya kimi yazıya adlandırılmır. D.M.Bakradze yazır ki, acarların ölkəsi qədim gürcü salnamələrində bəzən Azaria kimi göstərilir (Бакрадзе 1878. 352).
M
Musa Xorenlidə Azər nəslinin ölkəsi Azaria şəklindədir.
usa Xorenli də azərlərin ölkəsini Acaria yox, Azaria adlandırır. Yazır ki, Azaria İberiyanın bir vilayətidir (Хоренский 1809. 224). İstəxridə isə (IX əsr) Naxçıvan H’Açaran formasındadır (Валиханова 1987. 82). Bu da acaran, yəni azərlər deməkdir.
Azər nəsli yalnız Ərdəbil və Naxçıvan ərazisində yaşamışdır. Onların bir qolu xeyli müddət Şəkini idarə etmişdir. Məsudi (-956) yazır: – Şəki hakimi Azər ibn-Nəbih ibn-Mühacirdir (Vəlixanlı 1974. 61).
A
Babəkə qədər ərəblərə qarşı azadlıq mübarizəsinə Azər və Cavidan nəsilləri başçılıq etmişdir.
zər nəslinin başqa bir yurd yeri Azərşəhr adlanırdı. Həmin şəhər Təbrizdən Marağaya gedən yolun üstündə yerləşirdi (Велиханова 1987. 70). Bundan başqa Lütfəli bəy Azərin yazdığına görə, XVIII əsrdə Fars İraqında Atəşgədəye-Azər adlı məbəd vardı (Рахмани 1987. 120). Bu da onu göstərir ki, Azər nəslinin bir hissəsi öz tarixi torpaqlarından şimala keçməmiş, Azərbaycanda qalmışdır. Azərlər Babəkin zamanında Ərdəbil ətrafında yaşayırdılar.
Səid Nəfisi yazır ki, Azər xalqı cavidanilərlə birlikdə Bəzz qalasında yaşayır. Babəkə qədərki xürrəmi başçılarından biri Azərək oğlu Həmzə (Səid Nəfisi 1940. 27, 31) Azər tayfa başçılarından biridir.
Azərlər mixiyazılı mənbələrdə Atar, daha sonra Aderba adlandırılır. -ba Elam şəkilçisidir. Belə hesab edirik ki, -ba Elam kitabələrindəki eba, yəni oba sözünün şəkilçiləşmiş variantıdır.
Atar, yəni Azər nəsli eradan öncə II minillikdə kassitlərlə birlikdə Elamı özünə tabe etmişdir. Onların bir hökmdarı Atar Kittax (e. ö. 1310-1300) titulu daşıyırdı (Хинц 1987. 111; Юсифов 1968. 74).
E
Kaspilər Elamı tutandan sonra Azər Ata titulunu əvəz etdi.
lam dövlətçilik ənənəsinə görə, o zamana qədər Elam federativ dövlətinin başçıları Ata titulu ilə taxta çıxırdılar. Kassitlər Azərbaycandan gələrək Elamı tutandan sonra Atar (Юсифов 1968. 77), yəni Azər Ata titulunu əvəz etdi.
Ərəb mənbələrini nəzərdən keçirərkən görürük ki, Ader adındakı “d” səsi “z” məxrəcində deyilmişdir. Deməli, qədim və orta əsr mənbələrindəki Aderba elə Azər obadır. Artıq V əsr Suriya kilsə salnamələrində Azərbaycan adı Atropateni əvəz edir (Fazili 1984. 92).
Babəkin məğlubiyyəti ilə ölkəmizin ən qüdrətli nəsillərindən biri olan azərlər ölümcül yara aldılar. Ancaq tarix səhnəsindən tamamilə silinib getmədilər. Onların bir hissəsi Qara dəniz sahilinə köçüb, XIV əsrə qədər baqrationlara tabe olmadılar. Güclü assimilyasiyaya uğrasalar da, öz varlıqlarını qoruyub saxladılar (История Грузии 1946. 290) və Sultan Süleymanın dönəmində İslam dinini qəbul etdilər. Onlar indi də müsəlmandır və gənc nəslin demək olar ki, hamısı türkcə bilir, türkcə sərbəst danışır.
Azərlərin bir qolu son zamanlara qədər özünü Aderba adlandırır və Cənubi Azərbaycanda yaşayırdı. Onlar XVII əsrin sonlarında Sərab və Gərmrud şəhərləri arasında müşahidə edilmişdilər (Рахмани 1987. 123).
N
Azər kultu Azərbaycandan İudeyaya və Nil vadisinə qədər yayılmışdı.
.Maknevə görə, Acar etnik adı türk dillərindəki “sağlam”, “güclü”, “möhkəm” sözlərindən törəmişdir (Макневъ 1902. 4). Əslində isə qədim forması Azər olan bu adın kökündə od sözü durur. Azər kultu oda sitayişlə bağlıdır. Əlində mixiyazılı mənbələr olmasa da, Əbdüləzəl Dəmirçizadə bunu bir dilçi fəhmi ilə keçən əsrin 60-cı illərində duymuşdu.
Azər kultu və Azər nəslinin tarixi Azərbaycan alimləri tərəfindən öyrənilməmişdir. Bu nəslin Urfada, İudeya və Misirdə tarixi varlığı yəhudi alimləri tərəfindən öyrənilmiş, Azərbaycan tarixçiləri həmin tədqiqatlardan xəbər tutmamışlar.
Y
Osiris Azərin Misir formasıdır.
əhudi tarixçiləri azərləri yevreylərin bir nəsli kimi təqdim edirlər. Ernst Renan yazır: – Misirli kahin Manetonun (e. ö. III əsr) siyahısında Azer yevreylərin 12 qolundan biridir (Эрнст Ренан 2750. 88). Əslində isə azərlər sami mənşəli etnos deyildilər. Onlar Kənan nəsli üzərində hökmranlıq edən şimal mənşəli nəsillərdən biri olmuşlar. Məlumdur ki, Kənan tayfa ittifaqı daim bir-biri ilə vuruşan əkinçilərdən və köçərilərdən ibarət idi.
A
Azər nəslindən 2 tayfa başçısı İudeya və İsraildə hökmranlıq etmişdir.
zərlər yəhudi olsaydılar, İsrail və İudia tayfa başçıları Azərin məbədini dağıdıb, bütünü yıxmazdılar. Azər kultu daha çox Ofra (indiki Urfa) ölkəsində yayılmışdı. Bundan əlavə, Baal məbədində Azərin ağacdan bütü qoyulmuşdu. Həmin məbədi ziyarətə gələnlər Azərin bütünə buğa qurban kəsərdilər (Эрнст Ренан 2750. 201-202).
B
İsrail oğullarının Baalbek şəhərinə gəlişinə qədər burada Azeram məbədi var idi.
əzi mənbələrdə Azərin məbədi Azeram adlandırılır. İsrail övladlarının gəlişinə qədər Azeram məbədi Baalbek şəhərində müqəddəs ibadət yerlərindən biri idi (Эрнст Ренан 2750. 187).
Azərlər yəhudi mənbələrində Abiezer (tanrısı Azər olan nəsil) də adlandırılır. Çox cəsur nəsil olan abizerlər e. ö. XIII əsrdə İordan çayının sol sahilində yaşayırdılar (Эрнст Ренан 2750. 196, 201).
Belə hesab edirik ki, əslən Azərbaycandan olan Azər övladları əvvəl kassitlərlə birlikdə Şərqi Anadolunun Urfa ölkəsinə gəlmiş, oradan Kənan tayfa ittifaqına qoşularaq Misirə köçmüşlər. Nil çayının deltasında Azrek şəhərinin olması (Иосиф Флавий 52390. 111) göstərir ki, azərlər kənanlarla birlikdə Misirdə yurd salmış, sonra Musa peyğəmbərlə birlikdə oradan İordan çayı boyuna qayıtmışlar.
Azrak-tanrı Azərin övladları deməkdir. Ancaq bəzən onlar yanlış olaraq İsrail əhalisi kimi təqdim edilir. B.A.Turayev yazır: – Assurlar e. ö. 720-ci ildə azrakların çarlığını məhv edib, İsrail ərazisinə Matay və Kuta ölkələrindən adamlar köçürdülər (Тураев 1913. 66).
Ə
İudeya hökmdarı Azaria ( e. ö. 805-755) David peyğəmbərin nəslindəndir.
slində azraklar o yerlərin sami mənşəli etnosu deyildilər. Samilər üzərində hökmran olan şimal xalqı idilər. Azər və ya Azrak nəsli çar Daviddən və Süleyman peyğəmbərdən sonra İudeya və İsraili öz qılıncı altında birləşdirdi.
Azər nəslindən 2 tayfa başçısı İudeya və İsrail üzərində hökmran olmuşdur. Onlardan biri Assuriya çarı II Tiqlaspalasarın (e. ö. 745-727) çağdaşı idi (Патканов 1879. 1).
Henrix Qretsə görə, İudeya çarı Azaria (e. ö. 805-755) David peyğəmbərin nəslindəndir (Генрих Грець 2. 1907. 78). Məlumdur ki, İudeya çarı David mənşəcə şami deyildi. Ağüzlü, mavi gözlü, sarı saçlı adam idi. Əgər yəhudi tarixçiləri təsdiq edirlərsə, Azər övladları David nəslindəndir, bu, o deməkdir ki, onlar sami və ari mənşəli deyillər.
D
İudeya çarı Azərin atası Satuk türk totem adı daşıyırdı.
avidin və Süleyman peyğəmbərin zamanında Azər nəslinin başçıları ölkənin baş kahinləri idilər. Henrix Qrets yazır: – Azaria Sadokun oğludur. Solomon onu atasının yerinə Yerusəlim məbədinə baş kahin təyin etdi (Генрих Грець 1. 266). Sadok türk dillərindəki Satuk totem adıdır. Yerusəlim sarayının baş kahinləri Qaraxanlı hökmdarı Satuk Buğra xan ilə eyni totem adı daşıyırdı.
Azər nəsli Süleyman peyğəmbərdən sonra ölkənin ən qüdrətli nəslinə çevrildi. Arximandrit İeronimin yazdığına görə, Azaria Solomondan 150 il sonra Qırmızı dəniz sahilindəki Elat və ya Alat şəhərini tutdu. Körfəzə çatıb, Solomon dövründə olduğu kimi. Ərəb və Hindlə ticarəti bərpa etdi (Архимандрит Иероним 1883. 273; Генрих Грець 2. 1907. 80). Alat və ya Elat türk tayfasıdır. Onların adı Kiçik Asiyanın mixiyazılı kitabələrində Alateye kimi göstərilir. Azərbaycanda Alat, Ələt kəndlərinin əhalisi qədim elatların son qalıqlarıdır.
A
Müqəddəs torpaqlarda Elat, Durna şəhərlərini salanlar bizim əcdadelarımızdır.
zər adlı iki tayfa başçısından (Велльгаузен 1909. 170, 193) biri e. ö. 805-758-ci illərdə İsrail və İudeya çarı olmuşdur. Yaqub peyğəmbərin nəslindən olan Azər 16 yaşında taxta çıxmışdır (Рагозина 1902. 481; Генрих Грець 2. 1907. 78).
Azər hakimiyyət başına gələndən sonra Laxiş şəhərində dəfn olunan atası Amasianın sümüklərini qəbirdən çıxartdırıb, David nəslinin qəbiristanlığında basdırdı (Генрих Грець 2. 1907. 78). Amasia Azərin atasıdırs, deməli indiki Ermənistanın Amasiya rayonu 2-ci Azərbaycanın mahallarından biri olmuşdur.
Bəzi mənbələrdə isə Azər Yaqub peyğəmbərin kənizdən olan oğludur (Эрнст Ренан 2750. 225; Роллен 1751. 39). “Bibliya” əfsanələrində kənizdən olan oğul adı altında adətən vassal vilayətlərin tayfa başçıları təqdim olunur.
İ
İosif Flaviyə görə Azər İbrahim peyğəmbərin Keturadan olan oğludur.
osif Flavi (I əsr) Azərin adının İazar kimi yazıya almışdır. Onun fikrincə, İazar İbrahim peyğəmbərin Keturadan olan oğludur (Иосиф Флавий 52390. 50). “Tarixi-Sistan”da isə Azər İbrahim peyğəmbərin 5-ci babası kimi göstərilir (Тарихи-Систан 1974. 75). Bütün bu məlumatlar təsdiq edir ki, azərlər Azərbaycanın qədim qeyri-ari və qeyri-sami etnoslarından biri olmuşlar.
A
Uz türk tayfalarından biridir.
ssurlar e. ö. 720-ci ildə İudeya və İsraildə Azər nəslini hakimiyyətdən salsalar da, onlar məhv olub, tamamilə tarix səhnəsindən çıxmadılar. Həmin nəsildən Şlum ben-Azar Kserksin və II Daranın zamanında Kənan şəhəri Elefantində mülk, var-dövlət sahibi idi (Волков 1915. 34).
Yəhudi tarixçilərinə görə, Azər (bəzi mənbələrdə Ezeron) oğulları çar və peyğəmbər Davidin zamanında tamamilə iudalaşmışdılar (Велльгаузен 1909. 189). Yəhudi tarixçilərinin iudalaşmışdı iddiası ilə razılaşmaq olmaz. Karaim və Krımçaklar min ildən artıqdır ki, yəhudi dinini qəbul ediblər. Ancaq onlar hələ də iudalaşmayıblar, yəhudi dinli olsalar da, türk dilində danışırlar. İkincisi, David və Solomon özləri İuda nəslindən deyildilərsə, onlar Azər övladlarını necə yəhudiləşdirə bilərdilər?
T
Azər və Oz, yəni totemi od olan eyni tarixi şəxsiyyətlərdir.
arixi mənbələrin çoxunda Azər oğulları həm də Oz/Uz övladları adlandırırlar. Henrix Qrets yazır: – Yaqub peyğəmbərin nəslindən olan Azaria elə Uziadır. Onu gənc yaşlarında İudeyaya çar dəvət etdilər. Uzia təxminən e. ö. 805-758-ci illərdə Samariada çar oldu. Uzia adı Azarianın qısa variantıdır (Генрих Грець 2. 1907. 76, 78).
Fikrimizcə, Uz və ya Oz Azər adının qısa forması deyil. Oz Azər teoniminin köküdür. Oz “od”, Azər “oda tapınan ər” deməkdir.
A
Azər və ya Oz nəslindən olan kahinlərdən biri Süleyman peyğəmbərin zamanında böyük nüfuz sahibi idi.
rximandrit İeronim də Azar ilə Ozu eyni tarixi şəxsiyyətlər hesab edir. Yazır ki, kahin Azaria və ya Ozia çar Solomonun zamanında böyük nüfuz sahibi idi (Архимандрит Иероним 1883. 273).
“Bibliya”nın təfsirçilərinə görə, Ozia e. ö. 750-ci ildə ölmüşdür (Тураев 1913. 97). Belə hesab edirik ki, həmin Azaria və ya Ozia Assuriya işğalından qabaq yaşamışdır. E. ö. 720-ci ildə taxtdan salınan onun oğlu və ya qardaşı oğludur.
Süleyman peyğəmbərdən 150 il sonra hakimiyyətə gələn Oz, yəni Azər 52 il İudeyanı idarə etmişdir. Bəzi mətnşünaslar onun adını Osia (Роллен 1751. 39), bəziləri Az (Авраам Норов 1854. 25), bəziləri isə Uzia (Генрих Грець 1. 327; Генрих Грець 2. 1907. 26) kimi oxuyurlar.
Tarixi mənbələrdə İudeya çarlığı, eləcə də çarlığın hakim sülaləsi Azaria və Uzia adlandırılır (Генрих Грець 1. 327; Роллен 1751. 39; Архимендрит Иероним 1883. 273; Рагозина 1902, 481, 492).
M
Makedoniya qoşunları İberiyaya gələndə Azər nəslinin saldığı Ozrax şəhərində buntürklər yaşayırdılar.
usa Xorenliyə görə, Ozia: (1. tayfa, 2. vilayətdir. Ancaq “Erməni tarixi”nin nə 1808-ci il, nə də 1893-cü il nəşrinin nasirləri həmin vilayətin harada yerləşdiyini göstərmirlər (Хоренский 1808. 223). Şahzadə Vaxuştinin və atası VI Vaxtanqın məlumatına əsasən düşünmək olar ki, Ozia tayfası indiki Acaryaya köçməzdən qabaq yuxarı Kür çayı boyundakı Ozrax şəhərində və ətrafında yaşamışdır.
İberiyanın qədim Uzrak şəhəri Azər və ya Oz nəslinin saldığı yaşayış məskənlərindən biri idi. Gürcü salnamələrində Odzrax adlandırılan Ozrak şəhəri uzun zaman baqrationlara tabe olmadı. Çariça I Tamar çox sonralar şəhərin əhalisini özünə tabe edə bildi (Джанашвили 1900. 98. 108).
M
Ozrax şəhərini salanlar Bun Türk boylarından biri idi.
akedoniya qoşunları İberiyaya gələndə, yəni e. ö. IV əsrin sonlarında Kür boyundakı Ozrax şəhərində buntürklər yaşayırdılar (Картлись Цховреба 1905. 203. 204), yəni samilərlə qatışmış türklər yaşayırdılar. M.Q.Canaşvili yazır ki, Ozrax baqrationlara qədər İberiyanın böyük şəhərlərindən biri olmuşdur (Джанашвили 1898. 23).
Gürcü dilçiləri sübut etməyə çalışırlar ki, Acar dilindəki türk sözləri onların dilinə Osmanlı dövründə daxil olmuşdur. Əslində isə həmin sözlərin çoxu acarların öz sözləridir. Həmin sözlər e. ö. II-I minilliklərdə onların dilində var idi. Acarlar uzun zaman çuxaya çoxa, arxalığa arxalux, qurşağa kuşak, çadraya çadra, at yəhər-yüyəninə arçax deyirdilər (Бакрадзе 1878. 164.166. 195). Abaşidze, Baltaşvili, h’Azar onların məşhur soyadlarıdır (Бакрадзе 1878. 27; Марр 1911. 130).
Acariya ikinci Azərbaycan, Ozrax oda tapınan Azər övladlarının qədim şəhəridir.
Qədim İber və orta əsr gürcü
salnamələrində türk soyadları
Gürcü dilinin tarixi leksikasında yüzlərlə türk mənşəli titullar, etnoqrafik sözlər, adlar və soyadları olmuşdur. Onların az bir qismi ərəb mənşəli olub, Azərbaycan dili vasitəsilə gürcü dilinə keçmişdir.
K
Gürcüstan saraylarında divanbəyilərə mdivanbeqi deyirdilər.
ilsənin fitvası və gürcü çarlarının sərəncamı ilə Azərbaycan (onların təbirincə tatar) kəndləri xristianlaşdırılırdı. Bu barədə kilsə salnamələrində ötəri də olsa? məlumatlar qalmaqdadır (Джанашвили 1908, 17-18; Хантадзе 1970. 122-123).
XVII-XVIII əsr gürcü salnamələrindəki Əliqulaşvili (Грузинское 1987, 75.), Abulhasan (Джанашвили 1900, 64), Veziridze (Дондуа 1967, 205), Mdivanbeqi (Сулхан Саба Орбелиани 1959, 6), Amiranaşvili (Амиранашвили 1956, 3-12), Amiraxuraşvili (Джанашвили 1908, 129), Amiraxvarov (İоселиани 1858, 7), Amilaxvari (Дондуа 1967, 311), Karbelaşvili (Грузинское 1887, 24; Дондуа 1967, 313) o qəbildən olan soyadlardır.
X
Gürcülər son 70 ildə türk adlarının çoxunu dillərindən çıxarmış, nədənsə soyadlarının çoxuna toxunmamışlar.
II-XIII əsr gürcü salnamələrində işlənən titulların çoxu orta yüzil müsəlman saraylarında mövcud olan vəzifə adlarıdır. Belə adlardan biri Supraçidir (Цагарели 1804. 1, 5). Kaxeti və Ereti knyaz saraylarında aşpazların və ümumilikdə, mətbəx işçilərinin başçılarına supraçi, yəni süfrəçi deyilərdi. Belə titullar sonralar soyadlarına çevrilmişdir.
Gürcüstanın məşhur knyaz nəsillərindən biri Mdivanbeqi adlanırdı. Mqivanbeqi divanbəyi titulunun azca dəyişilmiş variantıdır. Divanbəyi feodal və çar saraylarında yüksək rütbəli məhkəmə hakimlərinə deyilirdi. Məşhur elm və din xadimi Sulxan Saba Orbelianinin nəsli Mdivanbeqi adlanırdı (Сулхан Саба Орбелиани 1959. 6).
Tiflisdə və ayrı-ayrı knyazların saraylarında müşrib, yecib titullu məmurlar çalışırdılar. Sonralar həmin məmurların nəsilləri Müşribi, Yecibi soyadları ilə tanındılar (İоселиани 1860. 53). Yecib haciblərə, müşrib məhkəmə katiblərə deyilirdi.
Bundan əlavə, Gürcüstanda Naziri adlı zadəgan nəsli olmuşdur (İоселиани 1860. 53) ki, o da nazir titulundan törəmişdir.
X
Gürcü dilindəki Qziri soyadı gizir titulundan törəmişdir.
üsusilə maraqlıdır ki, XVII əsrdə Gürcüstanın bir zadəgan nəsli Turkistanov soyadı daşıyırdı (İоселиани 1860. 39). Azərbaycan dilinin tarixi leksikasında Türküstanlı soyadına təsadüf etmirik.
Dostları ilə paylaş: |