İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014



Yüklə 286,46 Kb.
səhifə114/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   110   111   112   113   114   115   116   117   ...   161
SALAMLIQHAQQINDADNCLR

Sağlam qida həzmetmə

Anatomo-fizioloji xüsusiyyətləri. Yeni doğulmuş uşağın qida həzmetmə orqanı kifayət qədər təkminləşməyib, ancaq ana südünü həzm etmək üçün uyğunlaşıb. Ağız boşluğunun selikli qişası çox incə və qanla zəngindir.Uşağın birinci aylarında selik bir o qədər çox deyil və ağız boşluğunda selikli qişa quru qalır. 3-4 aylarında sonra seliyin miqdarı artır. Bu dövrdə uşaqda seliyi udmaq refleksi olmadığından, ağız boşluğu bu seliklə dolur və selik axması müşahidə olunur.

Uşaqlarda mədə çox kiçikdir. Yeməkdən sonra onun fizioloji həcmi böyüyür və birinci ilin axırında uşağın mədəsi 200-250 ml tutur. Ancaq mədənin formalaşması 8 yaşında formalaşır. Mədə fermentlərinin fəallığı aşağıdır.

Bağırsaq divarının yüksək keçiriciliyi nəticəsində tam həzm olunmamış qida və toksinlər toxumalara çox asan keçir, bu isə toksikozun inkişafına gətirib çıxarır. Nazik bağırsağın uzunluğu nisbətən çoxdur, bu isə kompensator uyğunlaşmasıdır, belə ki, mədə fermentlərinin fəallığının aşağı olmasına görə qida həzmetmə prosesində aparıcı rolu nazik bağırsaq oynayır.

Yeni doğulmuş uşaqlarda qaraciyər böyük olur və o, sağ, habelə sol qabırğa altı boşluğu tutur. Bu yaşda qaraciyərin toksik qidanı zərərləşdirmək xüsusiyyəti tam inkişaf etməyib. Bunun nəticəsində müxtəlif xəstəliklər zamanı toksikozun inkişafına şərait yaranır. Öd yağın mənimsəməsini az miqdarda məhdudlaşdırır və onun xaric olunmasına (steatoreya) təsir göstərir.

Yeni doğulmuş uşağın mədə-bağırsaq yolları təmizdir. Yoğun bağırsaqdakı floranın xarakteri sonrakı qidalanmadan asılıdır. Döş əmən uşaqlarda bifidum bakteriya, süd qarışığı verilən uşaqlarda asidofil çöpü, enterokok üstünlük təşkil edir. 1 yaşından sonra uşaqlarda enterokok və bağırsaq çöpü üstünlük təşkil edir.

Bağırsağın normal mikroflorası üç əsas funksiya yerinə yetirir: immunoloji sədd yaradır, qida qalığını axıra qədər həll edir, vitaminləri və fermentləri sintez edir.

Uşaq nəcisinin tərkibi qidalanmanın növündən və bağırsaqda olan mikrofloradan asılıdır. Döş əmən uşaqlarda nəcis sıyığa bənzər sarı, turş iyli olur. Süni süd qarışığı alan uşaqlarda isə nəcis pastaya bənzər, ağ-sarı rəngli, xoşagəlməz çürümüş iyli olur.

Enterit, kolit, enterokolit, proktosiqmoidid, bağırsağın şiş xəstəlikləri kimi mədə-bağırsaq xəstəliklərinin yaranmasında ximusun bağırsaqlarda gec hərəkəti böyük əhəmiyyət kəsb edir. Qida yığıntısının gec hərəkəti toksik maddələrin, ximusun bağırsaqda çox qalması nəticəsində bağırsağın sinir aparatı zədələnir. Sinir-əzələ aparatının zədələnməsi isə öz növbəsində peristalikanın pozulmasına və bağırsaqda qida yığıntısının daha da ləngiməsinə səbəb olur. Beləliklə, bu proseslər bir-biri ilə əlaqədədir və bu əlaqəni qırmaq lazımdır.

Çürümə prosesləri patogen mikrofloranın fəallığının artmasına səbəb olur, bu isə disbakterioz yaradır. Bu fakt da maraqlıdır ki, minerallar bağırsaq çöpünə toxunmayaraq, bağırsaqdan bəzi patogen mikrofloranı xaric etməyə qadirdilər. Bu onunla izah edilir ki, bağırsaq çöpləri başqa mikroorqanizmlərlə müqayisədə adgeziyaya daha az məruz qalır.

Şərti-patogen mikrofloranın fəallaşması, yaxud patogen ştamların əmələ gəlməsi selikli qat hüceyrələrin, sekresiya və sorulma balansının pozulmasına səbəb olur.

Minerallar isə mikroorqanizmlərin aqreqasiyasına təsir göstərərək, konqlomerat yaradır. Patogen mikroflora ilə orqanizmdən xaric olunur.

Qida yığıntılarının ləngiməsi nəticəsində bağırsaq divarlarının genişlənməsi və peristalikin olmaması divertikul və nəcis daşlarının yaranmasına səbəb ola bilər.


Bağırsağın disbakteriozu

Təxminən 95% hallarda uşaqlar arasında təsadüf olunur. Disbakterioz iki cür olur.

Birinci disbakterioz (sağlam bağırsaq fonunda), ikinci (xəstəlik fonunda).

Birinci disbakteriozun əsas əlamətləri: narahatlıq hissi, bağırsağın üfürülməsi, qarın ağrıları və ya qəbizlik, immunitetin və iş qabiliyyətinin azalmasıdır. Mikrobların çatışmaması üzündən sidikdə böyük miqdarda oksalatların olması disbakteriozun dolayı yolla olmasına işarədir.

İkinci disbakterioz zamanı yuxarıda sadalanan əlamətlər əsas xəstəliyin simptomlarının təsiri nəticəsində hiss olunmur. Xəstəlik uzun və kəskin hal ala bilər. Disbakterioz əsasən inkişaf edən orqanizm üçün təhlükəlidir. Bağırsağın mikroflorası korreksiyasını biopreparatlarla (bifikol, bifidumbakterin, lakdobakterin, kolibakterin) aparırlar.


Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin