İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014


Bağırsağın disbakteriozunda



Yüklə 286,46 Kb.
səhifə115/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   111   112   113   114   115   116   117   118   ...   161
SALAMLIQHAQQINDADNCLR

Bağırsağın disbakteriozunda

Tyanşi” BAƏ-nin qəbulu


Bağırsağın disbakteriozu zamanı bioəlavələri yoğun bağırsağın fəal olan vaxt-saat 5-dən 7-yə kimi, nazik bağırsağın isə saat 13-dən 15 kimi fəal saatlarında qəbul etmək lazımdır.

I. 6 yaşından yuxarı uşaqlarda bağırsağın təmizlənməsi xəstəliyin vəziyyəti ilə əlaqədar 7-14 gün ərzində keçirilir:

1. İkiqat sellüloza  axşam (saat 21-dən 23 kimi 30 dəqiqə yeməkdən qabaq həbin 1/2 hissəsini əzmək, 1/2 stəkan suda həll etmək, 5 dəqiqə saxlamaq, sonra içmək. 3 gündən sonra gündə 2 dəfə, səhər 5-dən 7-yə kimi) və axşam həbin 1/2 hissəsini qəbul etmək olar. Sonra 10 yaşından sonra dozanı 2 dəfə artırmaq olar. Əsas şərt  kifayət qədər su (gün ərzində 1-2 litr) içməkdir.

2. Antilipid çay  10 yaşına qədər uşaqlara  gündə 2-3 dəfə 50-70 ml, 10 yaşından yuxarı  gün ərzində 2-3 dəfə 1 stəkan, səhər və nahar yeməyindən 1 saat qabaq. Əvvəlcə 1 paket çayı 15-20 saniyəyə (1-ci dəm istifadə olunmur) qaynanmış suya  100-150 ml salmaq lazımdır. Sonra bu paketi 500 ml qaynanmış su tutan qaba salmaq və 15-20 dəqiqə ağzı bağlı halda saxlamaq lazımdır. Alınan çayı termosa töküb üstünə 1 litr isti su əlavə etmək və ilıq halda içmək lazımdır.

II. 28 gün ərzində bağırsağın funksiyasının bərpası, selikli örtüyün regenerasiyası, mübadilələr prosesinin pozulmasının normalaşması:

3. Uşaqlar üçün biokalsium  səhər yeməyindən 30 dəqiqə qabaq isti suda, sıyıqda 1 tam olmayan kofe qaşığı ilə gündə 1 dəfə. Su rejiminə riayət etmək üçün dəmlənmiş itburnu qəbul etmək daha yaxşıdır.

4. Biosink  şam yeməyindən 1-1,5 saat sonra 2 kapsul qəbul edib, üstündən 100 ml su içmək lazımdır. 5. Veykan  Günaşırı şam yeməyindən 1-1,5 saat sonra (saat 21-dən 23-ə qədər( 1 kapsul qəbul edib üstündən 100 ml su içmək lazımdır.
Xroniki qastrit

Mədəni selikli qatının xroniki iltihab prosesi və mədə vəznlərinin atrofiyasının inkişafı zamanı baş verən xəstəlikdir.

Xəstəliyin inkişafı düzgün qidalanma prinsiplərinin pozulması (pis çeynənmiş, soyuq və ya isti qida, quru yemək), keyfiyyətsiz qida, zülalların, yağların, vitaminlərin çatışmaması, əsassız olaraq uzun müddət dərmanların qəbul edilməsi, müxtəlif infeksiyaların xroniki mənbələri xəstəliyinin inkişafına təkan verir. Xəstəlikdə irsi rol da müəyyən yer tutur. Xəstələnmənin zirvəsi 10-13 yaşlarında olur.

Kiçik və məktəbə qədər yaşlı uşaqlarda qastritin toksik infeksiyalı və alimentar forması (mədənin selikli qişasının iltihabı) xarakterikdir. Toksik infeksiyalı qastrit qidada bağırsaq çöpləri, stafilokok, salmonel və başqa infeksiyaların olması və həmin mikroblar və toksinlərin orqanizmə təsiri nəticəsində əmələ gəlir. Alimentar forma isə düzgün qidalanmamaq nəticəsində əmələ gəlir. Belə ki, həddindən çox yemək, qidada bu və ya digər ərzaqların üstünlük təşkil etməsi və s. kimi amillər mədənin bu formalı qastritini törədir.

Xroniki qastrit zamanı mədədə ağırlar əsasən epiqastral sahəsində cəmlənir və bu pis qidanın qəbulu ilə əlaqədardır. Yüksək sekresiyalı qastrit üçün gecikən ağrılar xarakterikdir. Bu ağırlar yeməkdən 1,5-2 saat sonra baş verir və əsasən kəskin, tutma xarakterli olur. Bununla yanaşı istaha yaxşı olur. Belə hallarda turş gəyirmə, mədənin göynəməsi, qəbizlik xarakterikdir.

Mədə sekretorunun funksiyasının aşağı səviyyədə olması yeməkdən 15-20 dəqiqə sonra hər tərəfə yayılan, sancı verən ağrılar əmələ gəlməsinə səbəb olur. Uşaq epiqastral sahəsində ağırlıqdan, ürəkbulanmadan, iylənmiş gəyirmədən şikayət edir. Onun iştahası azalır, bağırsağı üfürülmüş vəziyyətində olur. Bəzən sıyıq və süd məhsullarına qarşı iyrənmə yaranır.

Xroniki qastritin əsas müalicəsi günün rejimini optimal vəziyyətdə saxlamaq və düzgün qidalanmadadır.
Yara xəstəliyi

Mədə və onikibarmaq bağırsaqda yara formalaşması ilə keçən xroniki xəstəlikdir.

12 yaşa qədər oğlanlar və qızlar eyni vaxtda, sonrakı dövrdə isə oğlanlar xəstələnirlər. Xəstəliyin 80%-i məktəb yaşında başlayır.

Yara xəstəliyinin yaranmasına müxtəlif amillər  psixogen (emosional gücə düşmə, mənfi emosiyalar, məktəbdə və ailədə konflikt şəraitlər), rejimin pozulması və qidanın keyfiyyətsiz olması (çox yemə, quru yemək, qıcıqlandırıcı kəskin qidalar, səliqəsiz qidalanma), irsi, bakterial təsir, müxtəlif infeksiyanın xroniki maddələri, allergiya şərait yaradır.

Kiçik yaşlı uşaqlarda xəstəlik müxtəlif növdə keçir. Yuxarı yaşda isə simptomlar böyük adamların simptomlarına oxşayır. Şikayətin əsasını ağrılar təşkil edir. Əvvəlcə bu ağrı müəyyən olunmayan xarakterli olur, epilqastriya, göbək sahəsində cəmləşir və bəzən ağrı bütün qarın nahiyəsinə yayılır. Yaranın mədədə cəmlənməsi zamanı ağrılar yeməkdən sonra güclənir. Əgər yara onikibarmaq bağırsaqdadırsa ağrılar yeməkdən 2-3 saat sonra əmələ gəlir və gecələr bu ağrılar xarakterik olur.

Əksər uşaqlarda iştaha pozulmur. Yuxu pozulur, güclü tərləmə müşahidə olunur.

Mədənin yara xəstəliyi uşaqlarda adətən normal və aşağı turşuluqda keçir. Onikibarmaq bağırsağın yara xəstəliyi isə onun yüksək göstəriciləri nəticəsində baş verir.

Xəstəliyin yaz-payız aylarında kəskinləşməsi müşahidə olunur.

Xəstəliyin kəskin dövründə müalicəni ancaq xəstəxanada etmək lazımdır. Pəhrizə mütləq riayət edilməlidir.
Mədə xəstəlikləri zamanı


Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin