Qırmızı quşarmudu ilə
vitamin topluları:
quşarmudu (meyvə) -6 q,
moruq (meyvə)-10 q.
qarağat (yarpaqlar)-5 q.
Qarağatın 1 x.q. üzərinə 0,5 litr qaynar su tökülüb yavaş odda qaynadılır. 3-4 saat ərzində kip bağlanmış qabda dəmlənir.
Gündə 2-3 dəfə 0,5 stəkan içilir.
Meşə çiyələyi.
Vitamin şirələrini hazırlamaq üçün C vitamini ilə zəngin olan yarpaqlar çiçəklənmə dövründə yığılır.
a) 1 x. Q. xırdalanmış yarpaqları farfor və ya şüşə qabda qaynadılır, 10-15 dəqiqə dəmlənir və cunadan keçirilir.
Çay kimi içmək.
b) 1 x. q. xırdalanmış yarpaqların üzərinə qaynar su töküb, 5-10 dəqiqə yavaş odda qaynadılır, 2 saat ərzində dəmlənir və cunadan keçirilir. Gündə 3-4 dəfə 1 x. q. içmək.
Limon.
Qurutmaq üçün meyvələr yığılır, yarpaqlar isə avqustun sonunda yığılır. Qurutma havafa aparılır, günəş şüaları olmadan, yarpaqları faner və ya kağızın üzərində bir qat yerləşdirilir.
Şirəni hazırlamaq üçün 10 meyvə və 10 yarpağın üzərinə qaynar su tökülür, 30-40 dəqiqə dəmlənir.
Çay kimi içilir.
Qara qarağat.
Yarpaqlarda vitamin C miqdarı çox olduğundan şirə üçün yapaqlar istifadə olunur.
25 q təzə yığılmış, xırdalanmış yarpaqların üzərinə 0,5 litr qaynar su tökülür, 4-6 saat ərzində dəmlənir.
Bütün dozanı gün ərzində 0,5 stəkanla içirlər.
Adi başınağacı.
Vitaminli çayı təzə və ya quru meyvələrdən hazırlayırlar.
1 x.q. meyvələrin üzərinə qaynar su töküb, 1-2 saat dəmləmək, sonra isə cunadan keçirtmək.
Gündə 2 dəfə 0,5 stəkan içmək.
Qaragilə.
Vitamin şirələri üçün (may-iyun aylarında hazırlayırlar) C vitamini ilə daha zəngin olan yarpaqları hazırlayırlar.
1 x. q. xırda yarpaqların üzərinə qaynar su töküb, 1-2 saat dəmləyib, cunadan keçirirlər.
Çay kimi gündə 2-3 dəfə 0,5 stəkan içilir.
Ağcaqovaq (qabıq, tumurcuq).
Ağcaqovağın tumurcuq və xırdalanmış qabığı 05 litr qaynar suda 10-15 dəqiqə yavaş odda qaynatmaq.
4 saat dəmləmək və cunadan keçirmək.
Gündə 2-3 dəfə şəkər və ya bal əlavə etməklə içmək.
Dostları ilə paylaş: |