Əks göstərişlər:
Böyüklər üçün təyin edilməyib. 12 yaşına qədər uşaqlara yalnız həkim nəzarəti altında. "Xitozan" və "İkiqat sellüloza"nı bir proqramda təyin etmək olmaz.
İstifadə qaydası:
Daxilə:
1) profilaktika üçün: gün ərzində 1-2 dəfə 1-2 kapsul;
2) ağır zəhərlənmələrdə: hər 1,5 - 2 saatdan bir 1 kapsul;
3) mədə və 12 barmaq bağırsaq xoralarında, mədə - bağırsaq sisteminin onkoloji xəstəliklərində kapsulu açıb içindəki tozu 0,5-1 stəkan ilıq suda qarışdırıb, üzərinə 20 damcı limon soku sıxıb, qarışdırıb istifadə etməli.
Xaricə (dəriyə):
"Xitozan" kapsulunu açıb içindəki tozu birbaşa olaraq və ya az miqdarda su, kremi ilə qarışdırıb yara nahiyəsinə çəkməli.
Buraxılış forması: 100 kapsul.
Tərkibi:
Qarğıdalı sellülozası, yemişan toxumlarının və yarpaqlarının tozu, dekstrin, maqnezium.
Müasir insanın, xüsusilə də iri şəhər sakininin qəbul etdiyi qidada, yağ və karbohidratlarla zəngin konservləşdirilmiş məhsulların payı artır, bitki sellülozası isə faciəli surətdə çatışmır. Bu isə aterosklerozun, şəkərli diabetin, allergik xəstəliklərin, disbakteriozun və onkolojı xəstəliklərin artmasının başlıca səbəblərindəndir.
Həzm sisteminin divarı böyük sorucu səth yaradan narın xovlardan ibarətdir ki, məhz onların vasitəsi ilə qidalı maddələr qan axınına daxil olurlar. Bu xovlar çirklənə, selik və qida qalıqları ilə dola bilərlər. Qidada olan sellüloza isə xovları təmizləyir, bağırsaqların peristaltikasını təmin edir, qida kütlələrini hərəkətə gətirir. Mütəxəssislər bitki sellülozasını zülallar, yağlar, karbohidratlar, vitaminlər, mikro, makroelementlər və su ilə yanaşı 7 vacib qida komponenti siyahısına daxil edirlər.
Dostları ilə paylaş: |