XİTOZAN
Tərkibi:
Qırmızıayaq dəniz xərçənglərinin xitinlərindən ona möhkəmlik verən birləşmənin – qasilin aradan qaldırılması yolu ilə əldə edilir. "Xitozan" bioloji sellülozadır və quruluşuna görə insan fibrininə oxşayır. Məhsulun tərkibinə daxildir:
85% - xitozan
15 % -xitin
Məhsulun əsas xüsusiyyətləri:
- Məhsulun tərkibindəki xitin həlli olunduqdan sonra gel şəklini alaraq, güclü adsorbsiya qabiliyyətinə malik olur və bağırsaqlarda olan zəhərli maddələri özünə birləşdirərək nəcislə xaric edir. O, peristaltikanı yaxşılaşdırır, nəcis kütlələrinin həcmini çoxaldır, bu da öz növbəsində meteorizm və şişmə hisini aradan qaldıraraq bağırsağın müntəzəm olaraq boşalmasına şərait yaradır. Xitin toksinlərin qana sorulmasını azaldır, nazik bağırsaq xovlarını təmizləyir və mikrofloranı bərpa edir, disbakteriozun aradan qaldırılmasına, yoğun bağırsaq xərçənginin profilaktikasına kömək edir.
- Qana sorulmuş xitozan xərçəng hüceyrələrinin inkişafının qarşısını alır. Birincisi, toxumların pH-ni (turşu-qələvi tarazlığı) zəif qələviliyə doğru dəyişməklə. Belə ki, pH-in məhz bu səviyyəsində limfositlər (normada bədxassəli hüceyrələri məhv edən qan hüceyrələri) daha fəal olur. İkincisi, qana sorulan "Xitozan" komponentləri şiş xəstələrində xərçəng intoksikasiyasını zəiflədir, iştahı bərpa edir və xərçəng kaxeksiyasına – çəkinin kəskin itirilməsinə mane olur. Üçüncüsü, "Xitozan metastaza mane olur: qan damarlarının daxili səthinə sıx şəkildə yapışaraq, xərçəng hüceyrələrini digər orqanlara keçməyə qoymur.
- Qanda Lipidlərin (yağların) o cümlədən, xolesterinin səviyyəsini normal göstəricilərə qədər aşağı salır. Qanda xolesterinin səviyyəsinin tənzimlənməsi bir neçə mexanizmlə baş verir. Birincisi "Xitozan" öd turşusu ilə birləşir (onun köməyi ilə xolesterinin sorulması baş verir), onu və xolesterini nəcis kütlələri ilə çıxarır. İkincisi, "Xitozanı" qəbul edərkən qanın xolesterini eləcə də, qida ilə daxil olan xolesterin orqanizm tərəfindən qaraciyərdə öd turşusunun sintezinə sərf edilir. Beləliklə, "Xitozan" yalnız aterosklerozun deyil, həm də onun qorxulu nəticələrinin qarşısını alaraq , "damarların təmizləyicisinə" çevrilir.
- Bir tərəfdən hipertoniyanın əsas səbəbi olan ateroskleroza mübarizə yolu ilə, digər tərəfdən, hipertoniyada xörək duzunun mənfi təsirini aradan götürərək, qan təzyiqini aşağı salır. "Xitozan" (müsbət ion) xörək duzundakı xlor ionu (mənfi ion) ilə birləşərək onu nəcislə çıxarır və angiotenzinin – orqanizmdə damarların spazmanı yaradan maddənin əmələ gəlməsinə mane olur.
- Yapon alimləri tərəfindən müəyyən edilib ki, "Xitozan" çəkisi artıq olan şəxslərin sidiyində şəkərin səviyyəsini aşağı salır və diabetin inkişafı riskini aradan qaldırır.
- Toxumaların pH-nı tənzimləməklə və onu zəif qələvi vəziyyətdə saxlamaqla, immunitetin səviyyəsini qaldırır. Məlumdur ki, məhz pH-ın bu vəziyyətində orqanizmin immun gücü maksimal olur.
- Birincisi, aterosklerozu aradan qaldıraraq, ikincisi isə, damarların, xüsusilə də xırda kapillyarların spazmanı aradan götürərək toxumaların qan dövranını yaxşılaşdırır.
- Orqanizmdə toplanmağa meylli olan, orqanizmi illərlə zəhərləyən və bir çox xəstəliklərə səbəb olan ağır metalların duzlarını, qurğuşun, civə, kadmiumu, kimyəvi boyaları, dərman qalıqlarını, radionu-kilidləri özünə birləşdirərək xaric edir.
- Toksik maddələrin əsas toplanma yeri olan limfanın axınını və təmizlənmə qabiliyyətini yaxşılaşdırır.
- "Xitozan" həmçinin yanıqların, yara və digər dəri zədələnmələrinin, psoriazın, dəri xərçənginin müalicəsində geniş istifadə olunur. "Xitozan"dan hazırlanan nazik təbəqə, yanmış səthlərə sürtülərək asanlıqla toxumalarla birləşir, dəri hüceyrələrinin artması üçün qidalandırıcı mühit rolunu oynayır. "Xitozan" yanıqların və yara səthlərinin çapıq olmadan sağalmasını təmin edir. Belə ki, dərinin elastikliyini təmin edən kollagen liflərin sürəti inkişafını stimullaşdırır. Bundan başqa təzə yaraya "Xitozan" sürtəndə, o, qankəsici və ağrıkəsici effektə malik olur. "Xitozan"ın tətbiq edilmə tarixində dəri örtüyü 80 % yanmış oğlanın dəri örtüyünün "Xitozan"dan olan süni dərinin köməyi ilə tamamilə bərpa edilməsi kimi qeyri-adi bir fakt vardır. (Yaponiya).
Dostları ilə paylaş: |