İmam Hüseyn və Aşura qiyamı



Yüklə 1,08 Mb.
səhifə13/25
tarix21.04.2017
ölçüsü1,08 Mb.
#15182
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

Nə üçün Aşura məclislərini əzadarlıq, ağlamaq, qara geyinmək və sinə vurmaqla yad edirik? (Nəyə görə İmam Hüseynin (ə) xatirəsini başqa dahi şəxsiyyətlərə keçirtdiyimiz il dönümləri və digər dövlət səviyyəsində qurulan konfrans və seminarlar şəklində qeyd etmirik?)


Bu suallara belə cavab veririk ki, İmam Hüseynin (ə) şəxsiyyəti barəsində elmi və mədəni yığıncaqların keçirilməsi çox yaxşı və gərəklidir. Hətta belə yığıncaqların davamlı şəkildə olması, cəmiyyətimizin Kərbəla hadisəsinə baxışlarının elmi cəhətdən formalaşmasına səbəb ola bilər. Ancaq, bu hadisəni sırf elmi və mədəni formada cəmiyyətə çatdırmaqla, istənilən nəticəni əldə etmək olmaz. Ona görə ki, insanın zahiri rəftarları təkcə elmi və agahlıq üzündən baş vermir. Əksinə, bu rəftarların böyük bir qismi həyəcanlar və daxili hisslər nəticəsində həyata keçir. Məsələn, biz bilirik ki, yağı düşmənlərimiz, ölkəmizin ən gözəl guşəsi olan Qarabağı əlimizdən almış və minlərlə igidlərimizi qətlə yetirmiş, uşaq və qocalarımız yandırmaq və doğramaqla işgəncə verib, qadınlarımızı əsir götürmüşlər. Bu hadisəni eşitmək və bilmək hər bir insan üçün ağır və narahatedici haldır. Lakin əyani şəkildə günahsız bir körpəni erməni quldurlarının əli ilə yanmasını görmək, hətta bu hadisəni film vasitəsilə belə müşahidə etmək hər bir azərbaycanlının qeyrətini coşdurur, xalqına və vətəninə olan eşqi, onu düşmənlə amansız şəkildə mübarizə etməyə vadar edir. Deməli, bizim əməl və rəftarlarımızın çoxu elm və agahlığımızla yox, müşahidələrimiz və daxili hisslərimizlə əlaqədardır. Kərbəla əzadarlığı da bu ümumi qanundan müstəsna deyil. Özümüz dəfələrlə İmam Hüseynin (ə) şəhadətini və Aşura hadisəsini minbər və moizə vasitəsilə eşitmişik. Və artıq demək olar ki, bu hadisə bizim zehnimizdə həkk olunmuşdur. Lakin görürük ki, təkcə bilməklə nə gözümüzdən yaş axır, nə ürəyimiz yanır və nə ülvi hisslərimiz oyanır. Halbuki, yanıqlı bir mərsiyə sədası eşitmək və qəlbləri eşqlə dolmuş bir dəstə cavanın sinə vurmalarını görmək insanın dininə və vətəninə olan duyğularının coşqunlaşmasına səbəb olur. Doğrudan da, qara libas geymiş əzadarların gözlərindəki yaş, onların mə`nəvi saflıqlarından xəbər verir. Bunlar hamısı İmam Hüseyn (ə) adına qurulan məclislərin bərəkətindəndir. Hətta Məhərrəm ayında ölkəmizdə olan əhval-ruhiyyəni və cəmiyyətimizdəki şəfqət və mərhəməti başqa aylarda müşahidə etmək qeyri-mümkündür.

Beləliklə məlum olur ki, ata-babalarımızdan yadigar qalmış əzadarlıq məclisləri, bizləri Kərbəla faciəsi haqda məlumatlandırmaqla yanaşı, imanımızın möhkəmlənməsi və ruhumuzun paklaşmasında mühüm rol ifa edir.


Hər il qurulan Aşura mərasimləri bizə Səfəvilər dövründən qalma adətdirmi?


Keçən bəhslərimizdə mə`lum oldu ki, Məhəmməd peyğəmbər (s) və digər mə`sumlar İmam Hüseynin (ə) şəhadətinə ağlamış və müsəlmanları bu müsibətə ağlamağa tövsiyə etmişlər. Hətta bə`zi mənbələrə görə Aşura hadisəsindən sonra Peyğəmbərin məscidində və evində, əzadarlıq mərasimi təşkil olunmuşdur. 219 Əzadarlıq mərasimlərinin İmam Səccadın (ə) yaşadığı dövrdə keçirilməsində isə heç kimin şübhəsi yoxdur. Kufə, Bəsrə, Şam, Mədinə, Məkkə və sair şəhərlərdə, Aşura münasibətindən sonra qurulan geniş əzadarlıq mərasimləri də buna sübutdur. 220

Tarixi mənbələrə əsasən bəzi mərasimlərin bütün mə`sum İmamlarımız tərəfindən hər il Aşura günü qurulmasını söyləmək olar. 221

Bu əza məclisləri bə`zən gizli və bə`zən də, aşkar şəkildə qurulurdu.

Dövlət səviyyəsində isə rəsmi olaraq hicri qəməri tarixi ilə dördüncü əsrin ikinci yarısından e`tibarən Ali-Buyənin hakimiyyəti zamanı (352 h. q. ) geniş şəkildə hər il qeyd olunmağa başladı. Bu barədə İbn Əsir «Kamil»də, İbn Kəsir «Əl-bidayə vən-nihayə»də, Yafei «Miratül-cinan»da, və başqaları öz kitablarında mə`lumat vermişlər.

Məşhur tarixçi İbn Cuzi «Əl-müntəzəmu fi tarixil-muluk vəl-üməm» adlı kitabında yazır: «352 hicri qəməri ilində Muizzud-dövlə Deyləmi müsəlmanlara Aşura günü bir yerə yığışaraq, birgə əzadarlıq etməyə icazə verdi. Bazarlar bağlandı, alış-veriş işləri tə`til edildi, qəssablar dükanlarına qıfıl vurdu, ... Meydanlarda, bazarlarda qara çadırlar quruldu. Geniş əzadarlıq mərasiminə başlandı.»222

Şafei yazır: «Bu, tarixdə Aşura əzadarlığının aşkar şəkildə və geniş formada keçirildiyi ilk gün idi.»223

Ümumiyyətlə hicri-qəməri tarixilə dördüncü əsrin ikinci yarısından beşinci əsrin ortalarına qədər olan dövrdə, hər il Aşura günündə geniş və təntənəli surətdə əzadarlıq mərasimləri keçirildi. Novruz bayramı Məhərrəm ayına təsadüf etdikdə isə, bayram mərasimləri təxirə salınırdı.224

Misir əhli Aşura günü İmam Hüseynin (ə) övladlarının qəbrini ziyarət edir, orada böyük əzadarlıq məclisləri təşkil edirdilər.225 Belə məclislər Qahirə cümə məscidində də, qurulurdu. 226

Ali-Buyə hakimiyyətindən sonrakı illərdə hökumətlərin yürütdüyü fərqli siyasətlərə uyğun olaraq, Aşura əzadarlığı bəzən geniş bəzən də, müxtəsər formada qeyd olunurdu.227

Səfəvilərin hakimiyyəti zamanı da, belə əzadarlıq mərasimləri özünə məxsus əzəmətlə qeyd olunmuşdur. Lakin bu bizə Aşura yas mərasimlərinin o dövrdən ərməğan qalmasını söyləməyə əsas vermir.

Bu əzadarlıq mərasimləri hətta keçmişdə əhli-sünnə tərəfindən də, qeyd olunurdu.

Əbdülcəlil Razi h. q. tarixi ilə 560-cı ildə «Kitabu-nəqz» adlı kitabında məlumat verir: «Hər kəsə məlumdur ki, Hənəfi və Şafei (sünni) firqələrinin rəhbərləri, həmçinin onların davamçıları olan alimlər, fəqihlər Aşura ildönümlərini qeyd edərək, ahu-zar etmiş, təziyə mərasimləri qurmuşlar. Kərbəla şəhidlərinin müsibətini yad edib, minbərlərə çıxmış, rəvayətlər söyləmişlər....»

Sünni alimləri Xacə Əbu Mənsur Maşad (536 h.q. vəfat) İsfahanda, Xacə Əli Qəzvini Hənəfi (551 h. q. vəfat) Bağdadda; Əmir Əbbadi Qütbuddin (562 h. q.vəfat) Bağdadda; Əbu Mənsur Ümdəddin Şafei, Nişapurda; Xacə Əşəri Hənəfi Nişapurda; Qazi Hənəfi və digərləri də, hər il Aşura əzadarlığı üçün mərasim keçirən alimlərdəndir.228

Bu barədə bə`zi kitablarda da geniş məlumat verilmişdir: «Silsilətüz-zəhəb», «Rəşəhat», «Məqamati-Cami», «Məqtəli-Xarəzmi», «Tarixi-Təbəri», «İthafüs-süəda fi mənaqibi seyyidüş-şühəda», (Əfiduddin Hənəfi), «Cövrül-əşqiya» (Qadirbəxş Hənəfi), «Məqtəl» (Mahmud ibn Osman Hənəfi), «Məqtəl», (Əli Ənbər Hənəfi), «Rövzətuş-şühəda», (Molla Hüseyn Kaşani).

Necə ki, İbn Sirin deyir: «Yəhya ibn Zəkəriyyədən sonra səma əhli Hüseyn ibn Əlidən (ə) başqasına ağlamadı.»229


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin