İmam Sadiq (ə. s)-ın Əbu Cəfər Muhəmməd İbn Nu’man Əhvəl’ə [1] nəsihətləri


“O qeybi biləndir; öz qeybini kimsəyə göstərməz.”



Yüklə 19,99 Kb.
səhifə4/4
tarix08.03.2023
ölçüsü19,99 Kb.
#87021
1   2   3   4
hedis

“O qeybi biləndir; öz qeybini kimsəyə göstərməz.” [6] Peyğəmbərdən olan sünnət, xalqla yaxşı keçinmək və onlarla doğru bir əxlaqla davranmaqdır. İmamdan olan sünnət də, Allah qurtuluş verənədək sıxıntı və çətinliklərdə səbirli olmaqdır.”
Ey Nu’manın oğlu! Fəsahətli danışmaq, insanın dilinin itiliyiylə olmadığı kimi axmaq söz söyləmək də onunla deyil; bəlağət, məqsədi izah etmək və dəlili tapmaqdır.”
Ey Nu’manın oğlu! Kim Allah dostlarını söyən bir kimsənin yanında oturarsa günah etmişdir. Kim bizim üçün (bizə edilən zülmlərdən yana) hirslənib (və buna rəğmən) səbr edərsə cənnətin ən yüksək dərəcəsində bizimlə birlikdə olar. Kim sirlərimizi ifşa etməklə gününə başlayarsa, Allah, (qızmar) dəmirin istiliyini və zindanın darlığını ona daddırar.”

“Ey Nu’manın oğlu! Üç şey üçün elm öyrənmə: Göstəriş, öyünmək və mübahisə etmək. Üç şey üçün də elmi tərk etmə: Cəhalətə meyl etmək, elmə rəğbətsiz olmaq və xalqdan utanmaq. Yayılmayan elm, üstü bağlı qalan şama bənzər.”
Ey Nu’manın oğlu! Allah, bir qulun xeyirini dilədiyi zaman ürəyində nurlu bir nöqtə meydana gətirər, bununla onun qəlbi nurlanar, haqqı tələb edər; daha sonra quşun yuvasına getməsindən daha sürətli bir şəkildə sizin məktəbinizə qaçar.”
Ey Nu’manın oğlu! Allah, biz Əhli-Beytin sevgisini göylərdən, ərşin altındakı xəzinələrdən, qızıl və gümüş xəzinələri kimi, müəyyən bir miqdarda endirər və onu ən yaxşı məxluquna bağışlayar; Bu xəzinələrin yağış buludlarına bənzər buludları vardır; Allah-Təala varlıqlarından sevdiyi kimsəyə bu neməti vermək istədiyində, bu buludların, şiddətlə yağmasına icazə verər; belə ki, bu lütf anasının qarınında olan dölə belə çatar.” [7]
 —————
[1] -“Mumin- Taq” – deyə məşhur olan Əbu Cəfər Muhəmməd İbn Nu’man, İmam Cəfər Sadiq (ə.s) və İmam Museyi-Kazim (ə.s)-ın əshabındandır. Öz zəmanəsində Şiələrin tanınmış mühəddis, fəqih, şair və kəlam (əqaid) alimlərindən idi; Əbu hənifə ilə müxtəlif mövzularda bəhsləri vardır.
[2] -Nisa / 83
[3] -Al-i İmran / 27
[4] – Bəqərə / 195
[5] -Yalançı, bid’ətçi və hədis uydurub İmam Baqir əleyhis-səlam’a isnad edən bir şəxs
[6] – Cin /26
[7] – “Biharul-Ənvar”, c.75, s.288
Yüklə 19,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin