İmam Sadiq (ə. s)-ın Əbu Cəfər Muhəmməd İbn Nu’man Əhvəl’ə [1] nəsihətləri


Ey Nu’manın oğlu! Sirlərimizi ifşa edən kimsə bizi qılıncla öldürən kəs kimi deyil; onun günahı bizimlə qılıncla döyüşəndən daha böyük və daha çoxdur.”



Yüklə 19,99 Kb.
səhifə2/4
tarix08.03.2023
ölçüsü19,99 Kb.
#87021
1   2   3   4
hedis

Ey Nu’manın oğlu! Sirlərimizi ifşa edən kimsə bizi qılıncla öldürən kəs kimi deyil; onun günahı bizimlə qılıncla döyüşəndən daha böyük və daha çoxdur.”
Ey Nu’manın oğlu! Bizim söyləmədiyimiz bir hədisi bizim adımıza nəql edən kimsə, bizi səhvən deyil, məqsədli şəkildə qətl etmişdir.”
Ey Nu’manın oğlu! Zülm hökumətində (yaşadığın zaman) öz yolunda get; qorxduğun təhlükəli insanlara da salam verib (onları zahirdə) xoş qarşıla. Çünki (zalım bir) hökumətə qarşı çıxan kimsə özünü ölümə ataraq həlak etmiş olar. Allah buyurur ki; “Öz əlinizlə, özünüzü təhlükəyə atmayın.” [4]
Ey Nu’manın oğlu! Biz elə bir Əhli–Beytik ki, şeytan daima bizdən və bizim dinimizdən olmayan kəsləri bizim aramıza soxmaqdadır; elə ki, şeytan onu (şiə və tərəfdarlarımız ünvanında) ucaltdı və insanlar onları tanıyıb sözlərinə qulaq asdı, artıq əleyhimizə yalan danışmağı ona əmr edər, onlardan biri aradan getdiyində onun yerinə başqasını gətirərlər.”
Ey Nu’manın oğlu! Kim (bilmədiyi) elmi bir sualın cavabında “bilmirəm” deyərsə elmin yarısını əldə etmişdir (elmin haqqını əda etmişdir).
Mömin olduğu yerdə oturduğu müddətcə, kinli ola bilər; lakin yerindən qalxdığında kin də ürəyindən çıxar.”

“Ey Nu’manın oğlu! Alim bildiyi hər şeyi sənə deyə bilməz. Bunlar Allahın Cəbrailə, Cəbrailin Muhəmmədə (sallallahu əleyhi və alih), Muhəmmədin (s) Əliyə (əleyhis-səlam), Əlinin Həsənə (əleyhis-səlam), Həsənin Hüseynə (əleyhis-səlam), Hüseynin Əliyə (İmam Zeynul-Abidinə) (əleyhis-səlam), Əlinin Muhəmmədə (İmam Baqirə) (əleyhis-səlam), Muhəmmədin də sirrini söylədiyi (İmam Sadiq özünü nəzərdə tutur) kimsəyə buyurmuş olduğu sirlərdir. Elə isə tələsməyin. Allaha and olsun ki, bu işin (zühurun) baş verməsi üç dəfə tezləşmişdi. Amma onu ifşa etmənizlə Allah onu təxirə saldı. Allaha and olsun ki, düşməninizin sizdən daha yaxşı bilmədiyi heç bir sirriniz yoxdur”.
Ey Nu’manın oğlu! Əmrimdən çıxdığın üçün özünə acı! Sirrimi ifşa etmə. Muğeyrə ibn Səid [5] atamın əleyhinə yalan danışdı və sirrini ifşa etdi; Allah da (qızmış) dəmirin istiliyini ona daddırdı. Əbul-Xəttab da, mənim əleyhimdə yalan danışdı, sirrimi aşkar etdi; bu səbəbdən Allah–Təala, dəmirin şiddətli istiliyini ona da daddırdı.
Allah-Təala, sirlərimizi gizli tutan kimsəni, etdiyi işdən ötəri dünya və axirətdə zinətləndirər, ona (layiqli) payını bağışlayar, onu qızmar dəmirin istiliyindən və zindanın darlıq və sıxıntısından qoruyar.

Bəni-İsrail, elə bir qıtlığa düçar oldular ki, heyvan və uşaqları həlak oldu. Musa ibn İmran əleyhis-sələm (qövmünə gələn bu bəladan yana) Allaha münacat etdi; Allah-Təala Hz. Musaya belə xitab etdi: 
Yüklə 19,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin