İmam Sadiq (ə. s)-ın Əbu Cəfər Muhəmməd İbn Nu’man Əhvəl’ə [1] nəsihətləri



Yüklə 19,99 Kb.
səhifə1/4
tarix08.03.2023
ölçüsü19,99 Kb.
#87021
  1   2   3   4
hedis


İmam Sadiq (ə.s)-ın Əbu Cəfər Muhəmməd İbn Nu’man Əhvəl’ə [1] nəsihətləri
Muhəmməd İbn Nu’man deyir ki, İmam Sadiq əleyhis-sələm mənə belə buyurdu:
“Allah–Təala, Quranda bəzi insanları sirləri ifşa etmək günahıyla qınamışdır.” Mən: “Canım sənə fəda olsun, onları Quranın harasında qınamışdır?” – O Həzrət (ə.s): “Bu ayədə; “Onlara (münafiqlərə bəzi müsəlmanların sadəlövhlüyü üzündən) əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar.” [2]
İmam Sadiq əleyhis-sələm daha sonra belə buyurdu:
Sirlərimizi ifşa edən, üzərimizə qılınc çəkən kəs kimidir. Gizli elmlərimizi (sirlərimizi) eşidib və onu ayaqları altında basdıran (gizlədən) qula Allah rəhmət etsin. Allaha and olsun ki, mən sizin pislərinizi, baytarın heyvanı tanımasından daha yaxşı tanıyıram. Sizin pisləriniz, Quranı pis və xoşa gəlməyəcək bir şəkildə oxuyan, namazı vaxtın sonunda əda edən və dillərini qorumayan kəslərdir. Bil ki, Həsən ibn Əli əleyhiməs-səlam, xəyanətə uğrayıb insanlar ətrafından dağıldığı zaman, işi Müaviyəyə buraxdı; o zaman bəzi həddini aşmış və bu sülhdən yana hirsli və qəzəbli olan şiələr İmama: “Əleykəs–səlam ya muzilləl–mu‘minin” (Əleykəs–səlam ey möminləri zəlil edən!) deyə salam verirdilər. İmam Həsən əleyhis–səlam da cavab olaraq: “Mən möminləri zəlil edən deyil əziz (izzətli) edənəm. Sizin onlara qarşı döyüşməyə gücünüzün olmadığını görüncə, canımızın qorunması üçün belə etdim. Necə ki, o alim (Hz. Xızr (ə.s)), kasıbların gəmisini (sahiblərinə qalması və düşmənlərin əlinə düşməməsi üçün) deşdi. Mən də öz canımı və sizlərin canını qorumaq üçün belə etdim.” deyirdi.
Ey Nu’manın oğlu! Mən bəzən sizlərdən bəzinizə (gizli) bir söz söyləyirəm, o da o sözü yayır; belə etdiyi üçün ona lənət etməyi və ondan uzaq durmağı (onunla əlaqəni kəsməyi) caiz bilirəm.
Atam buyururdu ki: “Təqiyyədən daha çox gözü işıqlandıran nə var? Təqiyyə möminin sipəridir. Təqiyyə olmasaydı Allaha ibadət olunmazdı.”
Allah buyurur ki: 
“Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə (bilsin ki,) Allah ilə (onun) heç bir əlaqəsi yoxdur. Ancaq onlardan (gələ biləcək təhlükədən yana) çəkinməklə təqiyyə etməyiniz istisnadır.” [3]
Ey Nu’manın oğlu! Münaqişədən (yersiz və faydasız mübahisədən) çəkin; çünki münaqişə əməlini zay edər. Cədəl və mübahisədən qaçın; çünki mübahisə səni həlak edər. Həddindən artıq düşmənçilikdən də uzaq ol; çünki həddindən artıq düşmənçilik səni Allahdan uzaqlaşdırar.”
İmam Sadiq əleyhis-sələm daha sonra belə buyurdu:
“Sizdən əvvəlki kəslər susmağı öyrənirdilər, halbuki sizlər danışmağı öyrənirsiniz. Onlardan biri abid olmaq istədiyində bu işə başlamazdan əvvəl on il susmağı öyrənirdi; bu işi bacarıb susmağa səbr edə bildiyi zaman ibadətə başlayırdı. Əks halda, mən istədiyim işin əhli deyiləm, deyirdi. Ancaq uzun bir müddət, çirkin söz söyləməkdən çəkinən və batil bir hökumətdə əziyyətlərə qarşı dözən kimsə xilas olar. Bunlar, həqiqətən əsil nəcabətli (zadəgan), seçilmiş kəslər və (Allahın) dostlarıdır; onlar, məhz möminlərin özüdür. Mənim ən çox nifrət etdiyim kimsə riyasət (rəhbərlik və ağalıq) istəyən, söz gəzdirən və qardaşlarına həsəd edən kəslərdir; nə onlar məndəndir nə də mən onlardanam. Bizim dostlarımız, ancaq əmrimizdən çıxmayan, hər işdə bizi izləyən və bizə uyğun gələn kəslərdir.”
Daha sonra buyurdu ki: “Allah’a and olsun ki, əgər sizlərdən biri Allah yolunda yer üzü dolusu qızıl sədəqə versə və (bununla yanaşı) sonra da bir möminə həsəd edərsə, elə o qızıllarla da cəhənnəmdə dağlanar.”

Yüklə 19,99 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin