İmam Sadiq (ə. s)-ın Əbu Cəfər Muhəmməd İbn Nu’man Əhvəl’ə [1] nəsihətləri


“Ey Musa, bu qövm açıq-aşikarda zina edir, sələm yeyir, sinaqoqları təmir edir lakin zəkatı heçə sayırlar. (bax bu səbəblərdən yana əzaba müstəhəq oldular.)”



Yüklə 19,99 Kb.
səhifə3/4
tarix08.03.2023
ölçüsü19,99 Kb.
#87021
1   2   3   4
hedis

“Ey Musa, bu qövm açıq-aşikarda zina edir, sələm yeyir, sinaqoqları təmir edir lakin zəkatı heçə sayırlar. (bax bu səbəblərdən yana əzaba müstəhəq oldular.)” Hz. Musa (ə): “Allahım öz rəhmətinlə onlara lütf et. Çünki onlar haqqı qavraya bilmirlər.” – dedi. Bunun üzərinə Allah-Təala Hz.Musaya belə vəhy etdi: “Mən qırx gündən sonra onlara yağış göndərib sınayacağam; (bu vəd gizli idi, lakin bəziləri bundan xəbərdar olar-olmaz) bunu ifşa edib yaydılar; bu səbəbdən qırx il yağış onların üzərinə yağmadı: Sizin də işiniz (zalım hökmdardan xilas olmanız) yaxınlaşmışdı; amma yığıncaqlarınızda onu ifşa etdiniz (beləcə də qurtuluşunuz təxirə salındı. )”
Ey Əbu Cəfər (Nu’manın oğlu)! Sizin xalq ilə nə işiniz var? (Nəyə görə məsləhətə riayət etməyib onları öz məzhəbinizə çağırıb özünüzü onlara tanıdırsınız) onları öz hallarına buraxın. Heç bir kimsəni bu işə (şiəliyə) dəvət etməyin. (Çünki bu iş səbəbsiz sıxıntıya düşməyinizə səbəb olar). Allaha and olsun ki, əgər yer və göy əhli birləşib, Allahın hidayət olmasını dilədiyi bir qulu, sapdırmaq istəsələr sapdıra bilməzlər. Xalqın yaxasını buraxın. Heç biriniz, “qardaşım”, “əmim”, “qonşum” deməsin. Allah–Təala, xeyr çatdırmağı dilədiyi qulun ruhunu təmizləyər; belə ki, haqq və gözəl bir söz eşidər–eşitməz onu qəbul edər və pis bir söz eşidər–eşitməz onu rədd edər. Daha sonra Allah–Təala onun ürəyinə, halını düzəldəcək (qəlbində yəqinə yol açan) bir söz ilham edər.
Ey Nu’manın oğlu! Əgər qardaşının səninlə səmimi dost olmasını istəyirsənsə onunla zarafat etmə; münaqişə etmə; ona qarşı öyünmə və ona qarşı düşmənçilik etmə. Sirlərini dostuna açıb demə; ancaq düşməninin xəbərdar olmasıyla sənə zərəri olmayacaq sirlər olsa o başqa; Çünki dostun da bir gün sənə düşmən ola bilər.”
Ey Nu’manın oğlu! Bir qulda üç sünnət olmadıqca mömin ola bilməz: Allahından bir sünnət, Peyğəmbərindən bir sünnət və İmamından bir sünnət. Allahdan olan sünnət, sirləri (mümkün olduqca) gizləməkdir. Necə ki, Allah-Təala, öz haqqında belə buyurmuşdur: 
Yüklə 19,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin