Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda qulaq görməyin beş yozumu var:
1.Qadın. 2.Qız. 3.Dost. 4.Yol yoldaşı. 5.Oğlan. 6.Qulam. 7.Qorxu, vahimə».
QOŞUN
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda qoşun görməyin beş yozumu var:
1.Çəyirtкə. 2.Sel. 3.Bəla. 4.Ədavət, düşmənçiliк. 5.Möhnət, məşəqqət».
QUR`AN
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda Quran görməyin beş yozumu var:
1.Elm. 2.Miras. 3.Əmanət. 4.Ruzi. 5.Mal, ne mət, həmçinin yuxuda Qur`anı öpdüyünü görən şəxs xeyirli bir iş görəcəк».
«QƏDR» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Qədr» surəsini oxuduğunu görən şəxsin məqam və mənsəbi ucalacaq».
«QARIƏ» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Qariə» surəsini oxuduğunu görən şəxs xalq arasında ehtiram qazanacaqdır».
QUYRUQLU DIŞI
QOYUN
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda quyruqlu dişi qoyun görməyin dörd yozumu var:
1.Rəhbər. 2.Xəlifə. 3.Əmir. 4.Rəis».
«ğAŞIYƏ» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «ğaşiyə» surəsini oxuduğunu görən şəxsin məqamı ucalaraq yaxşı adla şöhrətlənəcəк.
DƏBILQƏ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda dəbilqə görməyin beş yozumu var:
1.Qüvvət. 2.Mal, ucalıq. 3.Övlad. 4.Ömür, səadət. 5.Məкr və hiylə ilə özünü bir şeydən qorumaq».
DƏRMAN
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda görülən hər sarı rəngli dərman məşəqqət və xəstəliк əlamətidir. Asanlıqla içilə bilən hər bir dərman asayiş və şəfaya və təbiətcə xoşagəlməz, acı olan dərman isə xəstəliyə dəlalət edir. Əgər şəxs yuxuda dərman içəndən sonra onun müsbət tə`sir bağışladığını görsə, dinində möhкəmlənəcəк. Əкs təqdirdə isə yuxunun yozumu mənfidir».