748) Hüceyrədaxili sAMF miqdarının artması hansı ilə müşahidə olunur?
A) Saya əzələnin yığılması
B) Mediator reseptorlarının blokadası
C) Oyanmanın sürətlənməsi
D) Sadalananların heç biri
E) Saya əzələnin boşalması
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.109
749) Bronxial astması olan xəstələrdə α- və ß- adrenergik reseptorların disbalansı nədədir?
A) Sadalananların hamısında
B) α- və ß- adrenergik reseptorların qismən blokadasında
C) Sadalananların heç birində
D) α-adrenergik reseptorların qismən blokadasında
E) ß-2 adrenergik reseptorların qismən blokadasında
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.490
750) Adenilatsiklazanın stimulyasiyası hesabına sAMF səviyyəsinin artmasını hansı törədir?
A) ß-aqonistlər
B) Kalsium blokatorları
C) Ksantin törəmələri
D) Sadalananların hamısı
E) α-aqonistlər
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.109
751) Fosfodiesterazanın blokadası hesabına sAMF səviyyəsinin artmasını hansı törədir?
A) α-aqonistlər
B) Kalsium blokatorları
C) Sadalananların hamısı
D) Ksantin törəmələri
E) ß-aqonistlər
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.109
752) Tozcuq allergiyası zamanı xəstələrdə nə zaman kliniki təzahürlər qeyd olunur?
A) Həşaratlar dişlədikdə
B) Allergik bitkilərin tozlanma dövründə
C) Yaz fəslində
D) Ev tozu ilə kontakt zamanı
E) İlboyu
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
Dostları ilə paylaş: |