Imtahan suallari cavabi



Yüklə 304,46 Kb.
səhifə3/15
tarix05.06.2023
ölçüsü304,46 Kb.
#125243
1   2   3   4   5   6   7   8   9   ...   15
Imtahan sualların cavabı yeni

Qrafik (blok-sxem) üsul. Alqoritmin təsvirində ən geniş tətbiq edilən üsul blok-sxem üsuludur. Bu üsulda alqoritm, hər biri müəyyən funksiyanı yerinə yetirən bloklar ardıcıllığı şəklində təsvir olunur. Adətən bir blok alqoritmin bir mərhələsinə uyğun olur. Lakin bir blokda bir neçə eyni tipli mərhələ və ya əksinə, bir mərhələ bir neçə blokda təsvir oluna bilər. Bloklar həndəsi fiqur şəklində ifadə olunur və bir-biri ilə şaquli, yaxud üfüqi xətlərlə birləşdirilir. Əgər xətlərin uclarında istiqaməti göstərən ox işarəsi yoxdursa, onda keçidin şaquli istiqamətdə yuxarıdan aşağıya, üfüqi istiqamətdə isə soldan sağa verildiyi qəbul olunmuşdur. Lazım gəldikdə bloklar nömrələnir.

Blokların qrafik şəkildə ifadə olunması üçün Proqram Sənədlərinin Vahid Sistemi (PSVS) çərçivəsində standart qəbul olunmuşdur.




5.Mürrəkəb budaqlanan alqoritmin tərtibi:
Alqoritmik dildə budaqlanan struktur iki cür olur:

tam formalı budaqlanma natamam formalı budaqlanma



İki budaqdan ibarət olan prosesə sadə, ikidən çox budağı olan prosesə isə mürəkkəb budaqlanan struktur deyilir. Blok-sxemdə hər hansı şərtdən asılı olaraq, bütün hesablama istiqamətləri göstərilməlidir. Lakin alqoritmin icrası zamanı istiqamətlərdən yalnız biri üzrə hesablama aparılır.


Budaqlanan alqoritmik struktura aid misal
x və y ədədlərindən ən böyüyünün tapılması alqoritminə aid misala baxaq. Tutaq ki, bu ədədlərdən maksimumunun tapılması məsələsinin alqoritmi blok-sxem şəklində təsvir edilməsi tələb edilir. Burada X-in Y-dən böyük olması yoxlanılır və nəticədən asılı olaraq ya 1-ci, ya da 2-ci əməliyyat seçilir.
Cavab: Tərkibində məntiqi blok olan hesablama prosesini təsvir edir.Hər bir budaqlama nöqtəsi uyğun məntiqi blokla təyin olunur Mürəkkəb struktur isə biri digərinə daxil olan iki və daha çox dövrdən ibarət olur.
6.Dövrü alqoritimlər:
Dövrü alqoritmik strukturlar. Təcrübədə çox rast gəlinən dövrü hesablama proseslərində məsələnin həlli eyni hesablama düsturları ilə dəyişənlərin müxtəlif qiymətləri üçün bir neçə dəfə təkrarən hesablamaların aparılmasını tələb edir.
Hesablama prosesinin təkrar yerinə yetirilən hissəsinə dövr deyilir.


Dövrü strukturlar sadə və mürəkkəb ola bilər. Sadə struktur bir, mürəkkəb struktur isə bir-birinə daxil olan iki və daha çox dövrdən ibarət olur.
Dövr baza strukturuna məntiqi blok (şərtin yoxlanması bloku) və bir funksional blok (A bloku) daxildir. R şərti doğru olduqda A blohku yerinə yetirilir, R yalan olduqda isə dövrdən çıxış alınır. Əgər, R şərti elə
hesablama prosesinin əvvəlində ödənilməz və (yalan olarsa) A bloku heç bir dəfə də yerinə yetirilməyəcək. Bu struktur ön şərtli dövr (dövr-hələ) adlanır.

𝑖=1
.Tutaq ki, 𝑆 = ∑𝑛 𝑖2 cəminin hesablanmasına baxaq.




i=1, S=0
3 – cü blokda və s dəyişənlərinə ilkin qiymətlər mənimsədilir. 4-cü blokda i parametrinin n-i aşıb-aşmadığı yoxlanılır. i n ödəndikdə S = S + i2 mənimsədilir və i = i + 1 blokuna keçilir, yəni parametrin qiyməti bir vahid artırılır və şərtin yoxlanmasına qayıdılır. Bu proses şərt pozulana qədər davam etdirilir.

Bundan əlavə daha iki dövr strukturundan istifadə olunur:





  1. Yüklə 304,46 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin