15
deməkdir, o, insanları silk və ailə strukturlarına məlum olmayan
kənardan idarəetmənin və kənardan standartlaşdırmanın haki-
miyyəti altına verir. Əmək bazarı şəxsi xüsusiyyətləri nəzərə
almadan mobillik tələb edir. Risklər cəmiyyətində elm və siyasət
bir-birinə nüfuz edir.
Elm həqiqətin sosial cəhətdən məcburi
müəyyənləşdirilməsi üçün getdikcə daha zəruri, eyni zamanda
yetərsiz olur. Cəmiyyət təhlükəli vəziyyətləri nə qədər aydın dərk
edirsə, siyasi fəaliyyətə məcburetmə bir o qədər güclü olur və
sivilizasiyanın elmi yolla yaradılmış «tabu cəmiyyəti»nə
çevrilməsi təhlükəsi bir o qədər böyük olur. Elmlər tabu dağıdıcısı
kimi əzəli mövqeyini saxlamaq gücündə deyildirlər, üstəlik, onlar
bu mövqeyə zidd olan tabu konstruktoru rolunu qismən öz
öhdələrinə götürməyə məcburdurlar. Risk zonalarında səbəblərin
təhlili sənaye istehsalı zonalarında operativ müdaxilə üçün siyasi-
elmi skalpeldir. Risklər cəmiyyətin
özünüsiyasiləşdirməsinin
hərəkətverici qüvvəsinə çevrilir; bu zaman «siyasət»in anlayışı,
yeri və vasitələri dəyişir. İstər proqramın tərtibini və həll yolla-
rının axtarışını, istərsə də onların reallaşdırılmasını kollektiv
Dostları ilə paylaş: